OPEK+ çərçivəsində yeni anlaşmanı Rusiya üçün alçaldıcı Brest sülh müqaviləsi ilə müqayisə etmək olar.
Musavat.com xəbər verir ki, bu müqayisəni “Lukoyl” neft şirkətinin vitse-prezidenti Leonid Fedun aparıb: “Mən müqayisə üçün Brest sülh müqaviləsini göstərərdim. 1918-ci ildə bolşeviklər məcburən Almaniya ilə alçaldıcı və ağır şərtləri olan müqavilə imzalamalı olmuşdular”.
Daha sonra Fedun etiraf edib ki, anlaşmanın Rusiya üçün müsbət tərəfləri də var. Belə ki, anlaşmanın sayəsində nefti qiyməti 30-40 dollar arasında olacaq ki, bu da Rusiya üçün əlverişli qiymətdir. Anlaşma əldə olunmasaydı, 40-45 gündən sonra dünyadakı bütün anbarlar dolar və Moskva nefti 15-20 dollara satmalı olardı. İndi isə Rusiya neft satışından gündəlik 70-80 milyon dollar qazanacaq ki, bu da anlaşmaya bəraət verir.
Qeyd edək ki, L.Fedun martın 6-da Rusiyanın hasilatın azaldılmasına dair OPEK+ razılaşmasından çıxmasını absurd addım kimi dəyərləndirmişdi.