Qorxutmaq, qınamaq yerinə mərhəmət, şəfqət göstərək - Əliməmməd Nuriyev yazır

10/04/2020 [13:55] - Gündəm (554)



Koronovirus pandemiyası 21-ci əsrin dinamizmi, texnoloji inkişafı, enerjisi ilə unudulmaqda olan ənənəvi dəyərlərin insanların dinc, təhlükəsiz birgəyaşayışı, harmonik inkişafı üçün necə fundamental əhəmiyyət kəsb etdiyini bir daha xatırlatdı. 21-ci əsrdə bəşər övladı çox yüksək texnoloji imkanlar əldə edib, süni intellekt yaradıb, robotlaşma, rəqəmsal texnologiyalar, avtomatlaşmış istehsala və s nail olub. 

Bütün bunlar inkişaf, tərəqqi üçün görünməmiş imkanlar yaradıb, sanki, texnologiyanın, innovasiyaların irəliləməsi son məqsədə çevrilib. Əsas məqsəd - insan xöşbəxtliyi, mənəvi rahatlığı, mərhəmətin, şəfqətin, insanlarda “insanlığın” artması isə arxa plana keçib. İnsan sanki texnoloji inkişafın bir komponenti kimi nəzərdən keçirlməyə başlayıb, insanların dəyəri bu dinamik prosesə nə qədər töhfə vermək bacarığı ilə ölçülməyə başlayıb. Uğurlu olmaq, dəyişikliklərdən geri qalmamaq, müasir dövrün tempi ilə uyğunlaşmaq uğrunda ağılasığmaz rəqabət Jan Jak Russonun qeyd etdiyi kimi “insanı insanın canvarına çevirib”. Düzdür 21-ci əsrdə insan qurban kəsilmir, heç qız uşaqlarını da, diri-diri basdırmırlar, qocaları köməksiz buraxmırlar. Əvəzində insanlar təməl ayarlarından uzaq düşüblər, hər kəs-hər kəsi rəqib görür, insanlar özlərinə qapanıb, hər kəs nəyin bahasına olursa olsun bir addım öndə olmaq üçün ölüm-dirim savaşına girir, daha çox istehlak, daha çox yığım əsas yaşam prinsip və tərzinə çevrilib. Bu amansız yarış, hərislik insanlarda sosial dəyərləri arxa plana keçirib və bioloji instinktlər qabarıq müşahidə olunur.

Koronovirus pandemiyası isə bir daha göstərdi ki, bigəyaşayış, təhlükəsiz mühit, toplumun rifahı kollektiv səylər, insanlardan şəfqət, mərhəmət, hər kəsdən məsuliyyətli davranış tələb edir. Koronovirusun yayılmasının məhdudlaşdırılmasının əsas şərti kollektiv məsuliyyətli davranış, hər kəsin ayrılıqda və cəmiyyət olaraq bütöv olaraq həmrəyliyinn keçir. Belə bir vəziyyətdə hər kəsin ayrılıqda məsuliyyəti olması ilə yanaşı toplum qarşısında da məsliyyəti vacib məqam kimi vurğulanmalıdır. Hazırda xüsusi karantin rejimi qaydalarına əsasən insanlar evdə qalmağa məcburdurlar. Bununla həm özlərini, həm də digərlərini qoruyurlar. Lakin bir çox insanların maddi imkanları evdə qalmağı mümkünsüz edir, ehtiyac üzündən bu insanlar gündəlik minumum qazanc əldə etmək üçün sosial izolyasiya tədbirlərinə əməl edə bilmirlər. Formal hüquqi baxımdan və ümumi fayda, təhlükəsizlik baxımından bu cür insanları qınamağa haqqımız var. Amma humanizm, adı insanlıq normaları baxımından necə qiymət verək? Bu insanlar obyektiv və yaxud subyektiv səbəblərdən, fərqi yoxdur, gündəlik dolanışqılarını təmin edə bilmirlər. Belə vəziyyətdə hansı çıxış yolumuz var? Humanizm, insanlıq prinsipləri bizdən nə tələb edir? Bəlkə onları sosial məsuliyyətə dəvət etməklə yanaşı əlimizi daşın altına qoyaq, bir anlıq onların vəziyyətində özümüzü təsəvvür edək... Qorxutmaq, qınamaq yerinə mərhəmət, şəfqət göstərək. Xalqımızın “Əl tutmaq əldən qalıb” –atalar sözünü yada salaq. Bu həm də hər brimizin və toplum olaraq hamımızın ən qısa xilas yoludur. Çünki, bu gün evdə qalmağa imkanı olmayanlara əl tutmasaq, bizim də evdə qalmağımızın faydası olmayacaq, xəta bizdən də yan keçməyəcək. Gərək daha çox insanın evdə qalmağa imkanı ola ki, sosial izolyasiya tədbirləri və hökumətin səyləri hədər getməyə. Evdə qalmaq imkanı olmayanların sayı çox olduqca evdə qalanların da riski bir o qədər artıq olacaq...

Birgə səylərlə, yardımlaşmaqla çox böyük təöhə verərik. Hər kəs bu həqiqəti anlasa bəladan tez bir zamanda uzaqlaşacağıq və az itki verəcəyik. Ona görə yardım etməyə imkanı olanlar ilk növbədə özlərini, daha sonra toplum mənafeyini düşünüb yardım kampaniyalarına qoşulmalıdır. Artıq uğurlu yardım kampaniyaları da var, nümunə kimi Milena Nəbiyevanın “Həyata ümid” adlı aksiyasını qeyd edə bilərəm. “Konstitusiya” Araşdırmalar Fondu Milena xanımın könüllü kimi çalımasına dəstək verib. Həmçinin digər şəxslər – Zaur Darabzadə, Zəhra Bədəlbəyli, Emil Ağayev,Ümüd Ismayılov və tanımadıgımız və məlumatımız olmadığı digərləri də bu cür aksiyalar həyata keçirirlər.

“Həyata ümid” adlı aksiya çərçivəsində artıq yüzlərlə insana yardım edilib, onlar zəruri ərzaqla təmin edilib. Hər kəsi bu cür aksiyalarda iştiraka dəvət edirəm və xatıarladıram ki, hamımızın sağalamlığı, təhlükəsizliyi hər kəsin məsuliyyətindən asılıdır. Eyni zamanda hər kəsin sağlamlığı hamının məsuliyyətindən asılıdır. Dövlət üzərinə düşəni edir, amma dövlət imkanları da hüdudsuz deyil, insanların sosial izolyasiya tədbirlərinə riayət etməsi üçün onların zəruri ehtiyaclarını qarşılamağa hər birimiz töhfə verməliyik. Bu töhfələrlə əslində özümüzün sağlamlığına, virusdan qorunmağımıza dəstək veririk. “Başqaların kömək etməklə özünə kömək edirsən” şüarı indi hər zamankından daha realdır və gerçəkdir. Zaman hər birimizə humanist, xeyirxah olmağımızı və bunu ən azı özümüzün faydası üçün etməyimizə şans verib. Bunu unutmayaq, ən azı özümüz üçün mərhəmətli olaq...Bundan tutarlı səbəbmi var?

Sonda Milena Nəbiyevanın “Həyata ümid” adlı aksiyası ilə tanış olmaq və zəruri məlumatalar əldə etmək, dəstək vermək üçün onun Feysbuk profilinin linkini əlavə edirəm.

https://www.facebook.com/mina.en.142

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin