ABŞ Universitetinin azərbaycanlı müəllimi koronavirus haqda sensasion faktları təqdim etdi - VİDEO

09/04/2020 [22:57] - Gündəm (201)



Amerikada Beynəlxalq Əlaqələr və Qlobal Məsələlər fakültəsində magistr üzrə təhsilini bitirən azərbaycanlı tələbə, Northeastern University-də türk dilində xarici tələbələrə dərs deyən Mövlan Əliyev, yeni bir layihəyə başlayıb. Layihənin cəlbedici adı: “Gerçəkləri bağır lütfən” (Roar Facts Bitte)

Mövlan Əliyev haqqında qısa məlumat versək, bakalavr təhsilini Şotlandiyada və magistr təhsilini Amerikada bitirib. Fərqli dövrlərdə bir çox fəaliyyətlərlə məşğul olub. Azərbaycan tələbə cəmiyətini qurub, Diaspora Komitəsi ilə yaxından əməkdaşlıq edib və müxtəlif xarici ölkə vətəndaşlarına Azərbaycan haqda məlumatlar verib. Tükiyənin Azərbaycandakı səfiri, Alpər Coşkun onu səfirliyə dəvət edərək ölkənin tanıdılmasında aktiv fəaliyyətini qiymətləndirib. Mövlan Əliyev bununla kifayətlənməyərək, Birləşmiş Millətlər Təşkilatında(BMT) insan haqlarının qorunması məsələlərində könüllü şəkildə iştirak edib və magistr oxuduğu universitetdə (Northeastern University) türk dilində xarici tələbələrə dərs deyib. Universitet onun fəaliyyətlərini və yüksək qiymətlərini göz önündə alaraq, onu oxuduğu departamentə səfir (Faculty Ambassador) təyin edib. Siyasi və iqtisadi məsələlər onu həmişə həvəsləndirib, ona görə də Xarici İşlər Nazirliyində də 3 aylıq staj dövrü keçib.

Mövlan Əliyev indiki layihəsini çox önəmli hesab edir YouTube üzərindən icra olunacaq layihədə insanlara bir çox önəmli məsələlərlə bağlı real faktlara söykənməklə məlumat verəcək. 
“Təhsilim zamanı əldə etdiyim bilgiləri bir araya toplayaraq, insanlara fərqli məsələlərdə, xüsusən siyasi və iqtisadi yöndə önəmli olan məsələlərdə YouTube vasitəsilə informasiya ilə təmin edəcəm. İlk videomu artıq yayında paylaşmışam və bu dünyanı silkələyən koronavirusla əlaqədərdir. Videoda Çin-Amerika iqtisadi məsələsi, dərman şirkətlərinin yüksəlişi, virusun bizə öncədən bildirilməsini, medianın rolu və Çinin iqtisadi vəziyyətini pandemiya ilə əlaqələndirib ortaya qoymuşam. Öz layihəmdə heç kəsi günahlandırmıram, əksinə bütün faktları göstərərək, qərarı izləyiciyə buraxıram. Bu yaxında gələcək videolarda, izləyiciləri Azərbaycan və Türkiyə haqqında araşdırmalar gözləyir. Və hər bir videoda türk və rus dilində tərcümə də əlavə edəcəm. İzləyicilərim arasında azərbaycanların da olmasını, həmyerlilərimin düşünməsini və ingilis dilində özlərini gəlişdirmələrini istəyirəm. Tək istəyim insanların bunları izləməsi və düşünməsidir. Hər kəs mənimlə eyni düşünməyə bilər, ona görə də bu platforma fərqli düşüncələri və görüşləri ortaya qoyacaq və bir diskusiya məkanı yaradacaq” – deyə Mövlan Əliyev bildirib. 

Mövlan Əliyev gələcəyi haqqında danışarkən söylədi ki, “Ailəm doktaranturaya getməyimi istəyir və mən də onların arzusunu gerçəkləşdirəcəm. Hələlik isə bu layihə ilə məşğul olub, kitab yazıb və insanlara faydalı olmağı düşünürəm. Hazırda 5 dildə sərbəst danışıram və yeni dillər öyrənirəm. Yeni dil öyrənmək məni həvəsləndirir. Bunun mənim gələcəyim üçün də önəmli olduğunu bilirəm və gələcəkdə Azərbaycan hökümətini xaricdə layiqli şəkildə təmsil etmək istəyirəm. Dövlətin yeni vizyonlu gənclərə ehtiyacı var və bizlər də məsuliyyət götürməyə hər an hazırıq”.
Mövlan Əliyevin dünyanı ağuşuna alan pandemiya haqda fikirlərini təqdim edirik: 

https://www.youtube.com/watch?v=pGVDQMCzFM0&feature=youtu.be

Qeyd edək ki, ingilis dilində olan video türk və rus dillərində titrlərlə müşayət olunur.   

İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin