BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"

03/04/2020 [15:00] - Cəmiyyət (811)



BMT-nin Baş katibi Antonio Quterreş COVİD-19-la bağlı yazdığı növbəti məqalə ilə cıxış edib. 

İstiqlal.az həmin  təqdim edir.

"Yalnız səyləri bir araya gətirməklə dünya xalqları COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklər. Ötən cümə axşamı fövqəladə virtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar. Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq".
İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100,000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu; tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlər olmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək.
Ən pis ssenariyə hazır olmalıyıq və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətə çağırışı sizinlə bölüşmək istəyirəm. 

Birincisi, koronavirusun ötürülməsini dayandırın.

Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.

Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir; xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.

İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq.

Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər. 
Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq.

BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib.
Qlobal Ümumi Daxili Məhsulun ikirəqəmli faizinə bərabər müfəssəl cavab tədbilərinə ehtiyac var.  
İnkişaf etmiş ölkələr bunu özləri edə bilər və bəziləri həqiqətən də edirlər. Eyni zamanda xüsusi borc hüquqlarının verilməsi yolu ilə biz BVF-in imkanlarını genişləndirməli, habelə resurslarını ehtiyacı olan ölkələrə sürətlə yatıra bilməsi üçün digər beynəlxalq maliyyə qurumlarının imkanlarını ciddi şəkildə artırmalıyıq. Bilirəm ki, bu çətindir, çünki ölkələr hazırda daxili xərclərini rekord səviyyədə artırmaqdadırlar. Virusa nəzarət etməsək, çəkdiyimiz xərclərin bir faydası olmayacaq. 
Mərkəzi banklar arasında aktivlərin razılaşdırılmış mübadiləsi də inkişaf etməkdə olan ölkələrə likvidlik imkanı aça bilər. Borcların azaldılması da prioritet olmalı, o cümlədən 2020-ci il üçün faizlərdən dərhal imtina edilməlidir
.
Üçüncüsü, effektli bərpa prosesini keçirin. 

Böhrana qarşı aciz qalan cəmiyyətlərimizlə COVID-19-dan əvvəl olduğumuz nöqtəyə qayıda bilmərik. Pandemiya, ən sərt şəkildə, səhiyyə sistemlərində, sosial müdafiə və ictimai xidmətlər sahəsində boşluqlara görə ödədiyimiz qiyməti xatırlatdı. Formal iqtisadiyyatın gözə görünməyən və ödənilməyən əmək fonunda dayanmasını təmin edən bərabərsizliyi, ələlxüsus gender bərabərsizliyini bariz şəkildə nümayiş etdirdi. Mövcud vəziyyət qadınlara qarşı stiqma və zorakılıq da daxil olmaqla davam edən insan haqları problemlərinə bir daha işıq saldı.

Bu gün pandemiya, iqlim dəyişikliyi və digər qlobal problemlər qarşısında daha dayanıqlı, daha inklüziv və güclü iqtisadiyyat və cəmiyyət qurmaq səylərimizi ikiqat artırmağın vaxtıdır. Bərpa prosesi fərqli bir iqtisadiyyata yol açmalıdır. 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri yol xəritəmiz olaraq qalır.

Ölkələrin cavab tədbirlərini dəstəkləməklə, tədarük zəncirlərimizi dünyanın ixtiyarına verməklə və qlobal atəşkəsi təşviq etməklə Birləşmiş Millətlər Təşkilatı sistemi bütövlüklə səfərbər olmuş vəziyyətdədir.

Pandemiyaya hər yerdə son qoymaq həm mənəvi, həm də dərk etdiyimiz maraq məsələsidir. Bu qeyri
-adi vaxtda öyrəşdiyimiz vasitələrdən istifadə edə bilmirik. Fövqəladə hal fövqəladə tədbirlər tələb edir. Hamımızdan və hamımız üçün qətiyyətli, razılaşdırılmış və yenilikçi hərəkət tələb edən böyük bir sınaqla üzləşmişik.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin