Avropa İttifaqından Azərbaycana dəstək

31/03/2020 [12:30] - Cəmiyyət (621)



Avropa Komissiyası, koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirlər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək nümayiş etdirərək Azərbaycan da daxil olmaqla təcili diqqət tələb edən ehtiyaclar üçün 140 milyon avro dəyərində yardım paketi ayırıb. Avropa Komissiyası həmçinin, təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Varhelyi deyib ki, hHazırda həm Aİ, həm də tərəfdaş ölkələrimiz üçün çox ağır bir dövrdür: "Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.  

Təcili diqqət tələb edən ehtiyaclara cavab:

Azərbaycanın səhiyyə sisteminə dəstək: Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələr təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur. Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır və adı çəkilən zəruri ləvazimatların birlikdə və səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırmışdır. Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcəkdir. 

Vətəndaş cəmiyyəti tərəfaşları ilə birgə böhranın daha çox təsir göstərdiyi insanlara dəstək. Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırmışdır. Sözügedən vəsaitlər "Sürətli cavab mexanizmi" kimi hazırda davam edən regional proqram vasitəsilə bu ölkələrdə distant təhsilin inkişafına dəstək verərək ilkin ehtiyacları qarşılamaqdadır. Avropa Komissiyası, yay fəslinə qədər sözügedən dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətinə, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş "Şərq Tərəfdaşlığı Həmrəylik Proqramının" icrasına başlamağı nəzərdə tutur.

Xəstəliyin sosial-iqtisadi fəsadlarının aradan qaldırılması:

Azərbaycanın iqtisadiyyatına, xüsusilə kiçik və orta müəssisələrə (KOM) dəstək. Avropa İttifaqı, “TEAM EUROPE” kimi Aİ-yə üzv dövlətlərdə fəaliyyət göstərən Beynəlxalq Maliyyə Qurumları (BMQ-lər) və müvafiq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək KOM-lar daxil olmaqla, real iqtisadiyyata Avropanın əlaqələndirilmiş dəstəyini təmin edir və buraya aşağıdakı vasitələr daxildir: 

- Özünüməşğul və digər şəxslər daxil olmaqla, KOM-ların kreditlərə asan çıxış imkanına kömək və böhrandan sonra onların bizneslərinin inkişafına şərait yaratmaq üçün 100 milyon avro dəyərində yeni dəstək proqramının icrası;

- EU4Business təşəbbüsü və digər vasitələrlə KOM-lar üçün nəzərdə tutulmuş 200 milyon avro dəyərində olan və yerli valyutalarla ödənilən mövcud kredit xətlərinin və qrantların asanlaşdırılması, sadələşdirilməsi, sürətləndirilməsi və gücləndirilməsi;

- Bundan əlavə, cari böhran vəziyyətində Aİ risklərin idarə edilməsi üzrə 500 milyon avro həcmində əsas vasitəsi olan Avropa Dayanıqlı İnkişaf Fondunu (EFSD) səfərbər etmişdir. Bu yolla dərhal likvidlik təmin olunacaq və BMQ-lar təcili şəkildə ondan istifadə edərək Aİ-nın Qonşuluğunda dövriyyə kapitalı, maliyyə ticarəti, habelə borc xidməti üzrə moratorium və digər yollarla likvidliyi təşviq edəcəkdir. 

Avropa Komissiyası həmçinin fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlıq planlarının və səhiyyə sistemlərinin qiymətləndirilməsinə dair Aİ-yə üzv dövlətlərin təcrübəsindən və qabaqcıl təcrübələrdən istifadə edərək özünün qarşılıqlı əməkdaşlıq aləti olan TAIEX vasitəsilə də Aİ ilə Azərbaycanlı ekspertlər arasında ən yaxşı təcrübə mübadiləsinin aparılmasına yardım etməyə hazırdır.

COVID-19 virusunun kütləvi şəkildə yayılması həm Avropa İttifaqı daxilində, həm də xaricində yerləşən mənbələrdən bu virus haqqında çoxlu sayda mif və dezinformasiyaların yayılmasını sürətləndirib.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin