İran portalı Bakının tarixi və görməli yerlərindən yazıb

30/03/2020 [21:22] - Mədəniyyət (319)



İranın tasvirrooz.ir informasiya portalında Bakı şəhəri barəsində məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda Bakının qədimliyi və müasirliyi əks olunub. Nəzərə çatdırılıb ki, İrana yaxın qonşu olan Azərbaycanın paytaxtı Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir.

Çoxsaylı istirahət mərkəzlərinə malik Bakı bir çox görməli, tarixi məkanları ilə tanınır. Bütün müasir görməli yerləri ilə yanaşı, şəhər böyük keçmişə malikdir. Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələri buna misal göstərmək olar. Bir sözlə, Bakı qədim ənənəvi simasını qoruyub saxlayır. Köhnə Bakı və ya İçərişəhərə səyahət etməklə, sanki əsrlər öncəyə qayıdırsınız.

İçərişəhər – qədim Bakı

Tarixi İçərişəhər ərazisi əslində bir çox görməli yerləri ilə minilliklərdən gələn kimliyini qoruyub saxlayır. Tarixi qala divarları ilə qorunan bu ərazi qədim Bakı şəhəridir. O, UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb.

Bu şəhər orta əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olub. Burada Şirvanşahlar hakimiyyətinin izləri bu gün də qalmaqdadır. Qədim İçərişəhər bu gün paytaxtın mərkəzinə çevrilib. Qız qalası kimi tarixi abidə, ənənəvi xalçaçılıq sexləri, müxtəlif gözoxşayan məkanlar, həmçinin ənənəvi restoranlar buranın bəzəyidir.

Qız qalası

Min ildən çox yaşı olan Qız qalası kərpicdən tikilmiş silindrik formalı tikilidir. O da UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Maraqlıdır ki, qala XVIII əsrdə gözətçi qülləsinə çevrilənədək Zərdüşt məbədi olub. Qalanın daxilində spiralvari pilləkənlər 29 metr hündürlüyü olan qüllənin zirvəsinədək qalxır. Buradan İçərişəhərə gözoxşayan mənzərə açılır.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı 800 illik Şirvanşahlar dövlətinin qərargahı olmuş dəyərli tarixi abidədir. O da UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan abidədir. Bu tarixi abidə əsas saraydan, məsciddən, bazar meydanından ibarətdir. Onun içərisində bir məzar da var. Bir sözlə, Şirvanşahlar sarayı ziyarət üçün olduqca maraqlı yerdir.

Nizami küçəsi

Nizami küçəsi Bakının ən populyar, insanların gur olduğu küçələrindən biridir. Oradakı çoxsaylı mağaza, kafe və restoran insanların əyləncəli, xoş bir axşam keçirməsinə şərait yaradır. Uzunluğu 3,5 kilometrə çatan küçə şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb. Burada Barokko və Renosans üslubundakı binaların bənzərsiz memarlığı, eyni zamanda, Stalin dövrünə aid üslub da görənləri valeh edir.

“Kiçik Venesiya”

“Kiçik Venesiya” şəhərciyi Bakıda İtaliyanın Venesiya şəhərini xatırladan gözəl məkandır. O, Bakı bulvarında yerləşir. Bir neçə manat ödəməklə, burada kiçik qayıq icarə götürmək mümkündür. Qayıqla gəzinti ətrafın təbii mənzərəsindən zövq almağa imkan verəcək. 1960-cı illərdə yaradılmış bu şəhərcik turistlərin maraqlı gün keçirməsi üçün əla fürsətdir.

Təzəpir məscidi

Təzəpir məscidi unikal memarlığı, qızılı rəngli minarələri ilə şəhərin göz oxşayan tarixi abidələrdən biridir. Məscid 1914-cü ildə tikilib. Lakin inşası tamamlandıqdan 3 il sonra 1917-ci ilin Oktyabr inqilabı baş verib. Nəticədə məscid Bakının bolşevik hakimiyyəti tərəfindən anbara çevrilib. Nəhayət, 1943-cü ildə o, məscid kimi fəaliyyət göstərməyə başlayıb.

İsmailiyyə sarayı

İsmailiyyə sarayı möhtəşəm memarlıq əsəridir. Binanın inşası ilə bağlı acı rəvayət var. Rəvayətə görə, XX əsrin əvvəllərində Bakı milyonçusu və neft sənayesinin görkəmli şəxslərindən olmuş Ağa Musa Nağıyevin oğlu cavan yaşda vəfat edib. Atası oğlu İsmayılın xatirəsini əbədiləşdirmək üçün saray tikdirmək qərarına gəlib.

1913-cü ildə o, binanı Müsəlman Xeyriyyə Dərnəyinin sərəncamına verib. Azərbaycan Milli Elmlər Akademiyası da məhz bu binada yaradılıb.

Məqalədə Bakı ətrafındakı kəndlərin tarixi haqqında da məlumat verilib.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin