Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb

30/03/2020 [13:07] - Cəmiyyət (330)



Qalmaqal yaratmaq haqlı olmaq demək deyil və ya özü yıxılan ağlamaz
Dünyada, eləcə də ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə tədbirləri görüldüyü bir vaxtda şakəri qalmaqal yaratmaq olan insanlar yenə də sakit dayanmır, böhtan xarakterli və əsassız iddialarla müxtəlif informasiya vasitələrinə müraciət edir,  guya ki, həqiqət axtarırlar.Belə “həqiqət axtaranlardan” biri də Nicat Göyüşlüdür. Bu, həmin Nicat Göyüşlüdür ki, vaxtilə Qazax Dövlət-Sosial İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini “işləmişdir”. İşləmişdir sözünü ona görə dırnaq arasında verdik ki, əslində Nicat müəllim burada, bu məsul vəzifədə işləməmiş, fəaliyyətə başladığı ilk gündən qalmaqalla məşğul olmuş, saxta və böhtan xarakterli əməllər törətmişdir. Elə özü də bu “əməllərin” qurbanı olmuşdur.

Nicat Göyüşlü bu günlərdə bir neçə internet portalında çıxış edərək 1 il 3 ay bundan qabaq qeyd olunan vəzifədən haqsız çıxarıldığını iddia edir və özünün haqlı olduğunu sübüt etmək üçün həmişə olduğu kimi, yenə də yalan və böhtanlara əl atır, qalmaqal yaratmağa çalışır. Onun qalmaqallı adam olduğunu, daha doğrusu, özünün necə bir adam olduğunu portalda dərc edilən yazısında bilmədən özü də açıq etiraf edir. Oxuyuruq: “Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmaqallı Nicat müəllimsiniz?” Burada əlavə şərhə ehtiyac yoxdur. 

Özünün etiraf etdiyi kimi Nicat müəllim hər yerdə qalmaqallı adam kimi tanınır. Bunun günahkarı isə yalnız və yalnız özü və tutduğu əməllərdir. Məqalədə qeyd edir ki, işlədiyi müddətdə bir sıra qanun pozuntuları ilə üzləşib, tələbələrə saxta diplomlar verilməsinin, ixtisası olmayan adamların müəllim kimi işə götürülməsinin və başqa nöqsanların şahidi olub. Belə yerdə sual olunur: “Bu nöqsanların qarşısını almaq üçün onun özü kollecin direktor müavini kimi heç olmasa bir dəfə hər hansı məsələ qaldırıbmı?” Əlbəttə ki, yox. Belə olan halda niyə özünü həqiqət carçısı kimi qələmə verib xal qazanmaq istəyir, ötən qatarın arxasınca fit çalır?

Yazdığı digər bir “qanun pozuntusu” isə direktorun birinci müavin təyin etmək səlahiyyətinin Təhsil Nazirliyində olduğu, direktor Elşad Quluyevin həmin yerə Vüqar Əyyubovu qanunsuz təyin etməsidir. Bu “iradı” araşdıranda məlum olur ki, 2017-ci ildə, fikir verin 3 il bundan qabaq,  E.Quluyev 2 günlük Bakıya getməsi ilə əlaqədar V.Əyyubovu müvəqqəti olaraq həmin yerə təyin edib. Guya direktor 2016-cı ildə (indi isə 4 il bundan qabaq) ödənişli əsaslarla oxuyan tələbələrin təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarını qulaqardına vurub... 

Və bu kimi böhtan xarakterli uydurmalar. Nicat Göyüşlünün bu tipli yalan və böhtanlarına cavab olaraq xatırladırıq ki, 2018-ci ildə Maliyyə Nazirliyi tərəfindən kollecdə 3 illik yoxlama keçirilmiş və heç bir əsaslı qanun pozuntusu aşkar edilməmişdir. Bildirir ki, “direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb”. Əgər belə olsaydı, direktor ona təqdimat verməzdi və o, hər ay direktorun əmri ilə əlavə əmək haqqı almazdı. Yazır ki, işlədiyi müddətdə direktorun basqıları ilə üzləşib. Nicat Göyüşlü əsassız arqumentlər gətirərək heç bir əsası və faktı olmayan sözlərlə kollektivə və onun rəhbərliyinə şər və böhtan atır. Həqiqət isə tamamilə başqadır və onun əməllərini onun özü kimi ümumi sözlərlə deyil, əsaslı faktlarla deyirik.
Nicat Göyüşlü kollecdə ilk gündən qalmaqal yaradaraq müəllimlərlə konfliktlər yaradıb. Bu konfliktlər isə yetərincədir. Belə ki, kollecdə metodist işləyən Sevil Səmədova, baş mühasib Nədafə Baratova, şöbə müdiri Elvira Əfəndiyeva ilə münaqişələr yaradaraq tədris prosesinə, tələbələrin təlim-tərbiyəsinə mənfi təsir göstərmişdir. Bu münaqişələr sonda 37 nəfərin Təhsil Nazirliyinə müraciət etməsi ilə nəticələnmişdir. Hələ onun hər hansı bir tədbirdə iştirak etmək adı ilə tələbələrə başlığı yazılmamış kağıza qol çəkdirdiyini, bunun tələbələrin onu direktor olmasını istəməsi adı ilə qələmə verməsi kimi çirkin əməllərini demirik. Onun sonunu gətirən cinayət xarakterli bu əməli Nicat Göyüşlünün ərizə yazıb öz istəyi ilə işdən çıxması ilə nəticələnmişdir.

Məqaləsinin axırında müəllif “son dövrlər ölkədə aparılan islahatlara güvənərək yola çıxdığını” yazır. Bu yerdə Nicat Göyüşlüyə xatırladırıq ki, bəli, islahatlara güvənib yola çıxmaq olar. Amma yalan və böhtanlarla deyil, həqiqət ilə. Bir də onu xatırladırıq ki, şər və böhtan atmaq yolu ilə heç nəyə nail olmaq olmaz. Şər və böhtan sabun köpüyü kimidir – şişib-şişib partlayır. Necə ki, Nicat Göyüşlünün böhtan və yalanları partlayıb faş olan kimi. Unutmayaq ki, qalmaqal yaratmaq hələ haqlı olmaq deyil.

Nicat Göyüşlü özü öz əməlləri, yalan və böhtanları nəticəsində tutduğu vəzifədən azad olunmuşdur. İndi isə o, müxtəlif instansiyalara müraciət edərək iş axtarışına çıxmışdır. Bu yerdə ona məşhur bir atalar məsəlini xatırladırıq: “Özü yıxılan ağlamaz”.

1. Tədris işləri üzrə direktor müavini Əyyubov Vüqar Ramiz oğlu
2. Təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev İlkin Əhməd oğlu
3. Tədris hissə müdiri Mustafayev Arif Otdel oğlu
4. Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Əfəndiyeva Elvira Vəli qızı
5. I əyani şöbə müdiri Məmmədova Rahilə Şurəddin qızı
6. II əyani şöbə müdiri Hüseynova Vüsalə Maksim qızı
7. III əyani şöbə müdiri Alıyeva Fərqanə Fikrət qızı
8. Kadrlar üzrə mütəxəssis Mustafayeva Qətibə Firuddin qızı
9. Baş mühasib Axundova Nədafə Cabir qızı
10. Metodist Səmədova Sevil Mahal qızı
11.Müəllim Süleymanov İlham Rəhim oğlu
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin