İspaniyada və Fransada həkimlər dövləti məhkəməyə verir

27/03/2020 [17:21] - Gündəm (289)



İspaniya və Fransanın həkimləri öz ölkələrinin hakim orqanlarını koronavirus epidemiyasına qarşı kifayət qədər tədbir görmədiklərinə görə məhkəməyə verirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təkcə İspaniyada 6,5 min həkim virusa yoluxub.

Bu səbəbdən ölkədə fəaliyyət göstərən həkimlərin həmkarlar ittifaqları Səhiyyə nazirliyinə qarşı iddia qaldıraraq zəruri müdafiə vasitələri ilə təmin olunmalarını tələb ediblər.

Lakin Ali Məhkəmə onların ərizələrini rədd edərək icraedici hakimiyyətin fəlakətin öhdəsindən gəlmək yolunda əlindən gələni etdiyini bildirib.

Avropa Birliyi də İspaniyaya yardım göstərmək üçün heç bir vəsaitdən çəkinmir.

Avropa Komissiyasının sədri Ursual fon der Layen ispan təbiblərə yazdığı təşəkkür məktubunda İttifaqın epidemiya ilə mücadilə məqsədilə rəsmi Madridə 11 milyard avro pul ayırdığını qeyd edib. Bu həftə Tuluzadan Madridə tibb maskaları gətirən təyyarə enib bundan başqa İspaniya Çindən 432 milyon avroluq tibbi inventar alıb.

Elə Fransa da durum o qədər də fərqli deyil. 600 fransız həkim baş nazir Eduard Filip və keçmiş səhiyyə naziri Anyes Büzeni məhkəməyə verib. Həkimlər adı çəkilən şəxsləri “dövlət səviyyəsində yalan xəbər verməkdə”, “koronavirusla bağlı situasiyanı gizlətməkdə” suçlayıblar. Onların fikrincə həm Eduard Filip, həm də Anyes Büzenin real vəziyyət barədə məlumatı olsa da onun qarşısının alınması üçün kifayət qədər tədbir görülməyib. Bunun üçün fransız tibb işçiləri eks-nazirin bu yaxınlarda verdiyi müsahibəni əsas gətiriblər. Orada A.Büzen hələ yanvar ayında iqtidarı yaxınlaşan təhdidin böyüklüyü barədə əvvəldən xəbərdar etdiyini deyibmiş.

Yeni səhiyyə naziri Olivye Veran isə həqiqətən dövlətin koronavirus epidemiyasına hazırlıqsız yaxalandığını etiraf etməyə məcbur olub. Maska və müdafiə vasitələrinin çatımazlığına gəlincə O.Veran 2011-ci ildə qəbul olunan bir qərarın burada mənfi rol oyandığını söyləyib. Belə ki, həmin qərara görə, hökumət 2009-cu ildə donuz qripi eidemiyasına görə yaradılan maskaların ehtiyat fondundan imtina edibmiş. Həmin fondda isə bir milyard ədəd cərrahiyə maskası və 600 milyon ədəd filtrli “FFP2” maskası saxlanılırmış. Lakin onların bir çoxu yalnız bir illik yararlığa malik olub və hökumət buna görə də bu ləvazimatlardan qurtulmaq qərarına gəlib.

2020-ci ilin yanvar ayının əvvəlinə qədər Fransada “FFP2” maskası ümumiyyətlə olmayıb və cəmi 150 milyon cərahiyyə maskası anbarlarda qalıb. Mart ayına qədər isə onların ehtiyatı 80 milyona qədər azalıb.

Fransada tibb naskası istehsal edən cəmi 4 fabrik mövcuddur. Mart ayının əvvəlindən həmin müəssisələr 3 növbədə gecə-gendüz işləyir. Lakin onlar belə Səhiyyə nazirliyinin tələb etdiyi minimal həddən dörd dəfə az məmulat istehsal edirlər. Buna görə də hökumət bu vaxta qədər lüks brendləri ilə məşhur sayılan “Balenciaga” və “Saint-Lauren” markalarını prosesə cəlb edib.

Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
21/09/2020 [21:29]:
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
21/09/2020 [20:39]:
Koronavirusun üçüncü dalğasının başladığı elan edilib
21/09/2020 [19:35]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasda videoformatda çıxış edib
21/09/2020 [19:32]:
“Abşeron” yatağı–neft strategiyasının daha bir uğuru
21/09/2020 [19:00]:
İşğalçı Ermənistanın uğursuz təxribatları
21/09/2020 [18:45]:
Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır
21/09/2020 [18:38]:
AZƏRBAYCANDA NEFT SƏNAYESİ
21/09/2020 [18:33]:
11 min vətəndaşın pasport məlumatları oğurlanıb
21/09/2020 [18:26]:
Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
21/09/2020 [18:10]:
Dağlıq Qarabağ və Ermənistan münaqişəsi
21/09/2020 [17:54]:
Qara pullar - tanınmış iş adamı yazır
21/09/2020 [17:53]:
Əsrin müqaviləsinin xüsusi rolu
21/09/2020 [17:53]:
Koronavirusun beyinə dağıdıcı təsiri
21/09/2020 [17:42]:
Mehriban Əliyeva: “Qarabağın hər bir kəndində və rayonunda Azərbaycan bayrağı dalğalanacaq...”
21/09/2020 [17:31]:
Dağlıq Qarabağ bizim qədim torpağımızdır
21/09/2020 [17:16]:
Qarabağ Azərbaycanındır!
21/09/2020 [17:00]:
Azərbaycanın inkişafında neft və qazın rolu
21/09/2020 [17:00]:
Hindistanda COVID pandemiyası ilə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlanıb
21/09/2020 [16:54]:
Hər şey Qarabağ üçün!
21/09/2020 [16:53]:
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib
21/09/2020 [16:45]:
Biz kosmik dövlətə çevrildik
21/09/2020 [16:40]:
Türkiyə millisinin futbolçusu "Lester"ə keçib
21/09/2020 [16:31]:
“Abşeron” qaz yatağının Azərbaycanın gələcək həyatında rolu
21/09/2020 [16:15]:
Qarabağ münaqişəsinə aid tarixi faktlar
21/09/2020 [16:11]:
Ermənistanın təxribatçı addımları hələ də davam edir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
Amerikalı rəssam Leninin bədənini almaq istəyir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin