Fuad Nağıyev: "Gücümüz birliyimizdədir"

26/03/2020 [16:22] - Cəmiyyət (315)



Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib.

F.Nağıyev qeyd edib ki, ötən müraciətlərində onlar ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduqlarını bildirib, sahibkarları sosial məsuliyyətə dəvət edib, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi birliyə çağırıb. 

"Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər. Bu hal dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaqdır. Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik sərgiləyən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik". 

Bildiyiniz kimi, hazırda həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı hotellərin doluluğunu da təmin edir.
  
Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk
.
Əmin ola bilərsiniz ki, Dövlət Turizm Agentliyinin əməkdaşları, bütün aidiyyatı dövlət qurumları ilə birlikdə qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücləri ilə çalışırlar və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq.
   
"Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olaraq turizmin böhrandan sonrakı dövrdə daha sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bu günədək nümayiş etdirdiyimiz həmrəyliyimizi ölkəmizin və cəmiyyətimizin qarşılaşdığı bu çətin günlərdə də göstərməliyik. Bir daha tövsiyələrə və çağırışlara müsbət cavab verən bütün sahibkarlara təşəkkür edir, hər kəsi sosial məsuliyyətlilik nümayiş etdirməyə çağırırıq".

Əminliklə bildiririk ki, gücümüz birliyimizdədir və məhz birlikdə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik.
Azərbaycanda son sutkada 118 nəfər yoluxub - 13 nəfər vəfat edib
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
Azərbaycanda pensiyalar artacaq
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
Xəbər lenti
18/01/2021 [18:41]:
Azərbaycanda son sutkada 118 nəfər yoluxub - 13 nəfər vəfat edib
18/01/2021 [18:24]:
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
18/01/2021 [17:58]:
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
18/01/2021 [17:11]:
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
18/01/2021 [17:02]:
Azərbaycanda pensiyalar artacaq
18/01/2021 [16:22]:
"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var" - İlham Əliyev
18/01/2021 [15:23]:
“UEFA-nın qərarı əsl dəlilikdir” – Berti Foqt
18/01/2021 [14:36]:
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
18/01/2021 [13:45]:
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
18/01/2021 [12:59]:
Neft bazarında canlanma ehtimalı
18/01/2021 [12:04]:
Qarabağda Mədəniyyət Muzeyi yaradılacaq
18/01/2021 [11:13]:
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
18/01/2021 [10:37]:
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
18/01/2021 [09:34]:
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin