BMT-nin Baş katibinin qlobal atəşkəsə çağırışı

23/03/2020 [21:20] - Dünya (172)



BMT-nin  Baş katibi Antoniu Quterreş qlobal atəşkəsə çağırış edib. İstiqlal.az Baş katibin mesajını təqdim edir.

Dünyamız ortaq bir düşmənlə üz-üzə qalıb: COVID-19. Bu virus milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca əhəmiyyət vermir. Bütün insanlara amansızcasına hücum edir.

Eyni zamanda dünyanın müxtəlif yerlərində silahlı münaqişələr davam edir.

Bunun ən böyük əziyyətini ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər, habelə təcrid olunmuş zümrələr və köçkünlər çəkir.

Onların COVID-19-a görə ən ciddi itkilərə məruz qalma riski də yüksəkdir.
Unutmayaq ki, müharibə vəziyyətində ölkələrdə səhiyyə sistemləri də dağılmış halda olur.
Sayı onsuz da az olan səhiyyə işçiləri tez-tez hədəfə çevrilirlər.

Zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər.
Cərəyan edən virus müharibənin ağılsızlığını bir daha nümayiş etdirir. 
Məhz bu səbəbdən bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram.
Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır.

Döyüşən tərəflərə üz tutub deyirəm:

Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun; artilleriyanı dayandırın; hava hücumlarını bitirin.

Həyatları xilas edən yardımlar üçün dəhlizlərin yaradılmasına kömək etmək, Diplomatiya üçün dəyərli imkanlar yaratmaq,

COVID-19-a ən həssas olan yerlərə ümid gətirmək çox vacibdir.

COVID-19-a birgə yanaşmaları təmin etmək üçün münaqişə tərəfləri arasında tədricən formalaşan koalisiyalar və dialoqdan ilham alaq. Eyni zamanda daha çox səylərə ehtiyacımız var.

Müharibə nifaqına son qoyun və dünyamızı məhv edən xəstəliklə mübarizə aparın.

Bunun yolu dünyanın hər yerində döyüşləri dayandırmaqdan başlayır. 

Elə indi bəşəriyyətin məhz buna ehtiyacı var, əvvəlkindən daha çox və daha təcili.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin