Dünyanın ən böyük şəhərlərindən biri olan və milyonlarla insanın yaşadığı İstanbulda ictimai nəqliyyatdan istifadə edənlərin sayı 60 faiz azalıb.
Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib.
Qeyd edilib ki, dünyada minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusla (COVİD-19) mübarizə istiqamətində Türkiyədə aparılan qabaqlayıcı tədbirlər çərçivəsində şəhərdə metro, metrobus, gəmi səfərləri də daxil olmaqla 24 saat fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin iş qrafikində də dəyişikliklər edilib. Şəhərin 100 nöqtəsində taksilər də daxil olmaqla vətəndaşların istifadə etdiyi nəqliyyat vasitələrində hər gün mütəmadi olaraq dezinfeksiya işləri aparılır.