ABŞ Türkiyə ilə Rusiyanın arasını vurur

20/03/2020 [16:11] - Gündəm (260)



Vaşinqtonun Türkiyəyə dəstək vədi səmimidir, yoxsa...

ABŞ-ın dövlət katibi Mayk Pompeo Dövlət Departamentində keçirdiyi mətbuat konfransında  bəyan edib ki, ABŞ Suriyanın İdlib şəhəri yaxınlığında çoxsaylı hərbçilərinin öldürülməsi ilə nəticələnən hücumu Rusiyanın həyata keçirdiyinə inanır. Eyni zamanda Pompeo bildirib ki, Türkiyəyə ABŞ və NATO dəstək verməyə hazırdır.

Bu bəyanat Rusiya ilə Türkiyənin münasibətlərini pozmağa hesablanıb, yoxsa həqiqətə əsaslanır? Eyni zamanda ABŞ dəstək məsələsində səmimidir?
Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Pompeonun bu bəyanatı həm Türkiyə-Rusiya münasibətlərinin pozulmasına hesablanıb, həm də həqiqəti əks etdirir. Heç kəsə sirr deyil ki, türk hərbi kalonuna hücumun arxasında ruslar durur: “Bəşər Əsədin russuz bunu etməyə cəsarəti çatmazdı. Təbii, Rusiya bu hadisədən xəbəri olmadığını bildirdi. İdlibdə bir neçə gün rəsmi türk-rejim, qeyri-rəsmi isə türk-rus savaşı getdi. Bu hər iki lokal, kiçik savaşda türk tərəfi qalib oldu. Bu məsələnin əsas tərəfi də qeyri-rəsmi tərəfidir. Elə olmasaydı prezident Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinlə deyil, Bəşər Əsədlə atəşkəs imzalayardı”.

O ki qaldı ABŞ-ın Suriyada NATO-dakı müttəfiqi Türkiyəyə dəstək vədi məsələsinə, politoloq hesab edir ki, hələlik bu dəstək ən yaxşı halda sözdən o yana keçmir. Yaxşı olardı ki, tək sözdə deyil, əməldə də ABŞ Türkiyəyə dəstək verəydi: “Əslində NATO-nun qaydalarına, tələblərinə uyğun olaraq bu dəstək çoxdan olmalı idi. Təəssüf ki, bunun hələlik əksini görürük. Bu da o deməkdir Suriya və Liviyada Türkiyə-Rusiya qarşıdurmasında ABŞ birincilərin yanında olmadığına qədər Ankara Moskva ilə açıq konfrantasiyaya getməyəcək. Ən doğrusu da budur. NATO hələlik türkün rus ayısı ilə savaşına kənardan baxıb bəyanat verməklə məşğuldur. Bu məsələlər bəyanatlarla deyil, real aktiv iştirak və dəstəklə çözülə bilər. ABŞ Türkiyəni Rusiyadan tamamailə aralamaq üçün gərəkən ciddi addımları atmır”.

Xatırladaq ki, bu il fevralın 27-dən 28-nə keçən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinə xain hücum nəticəsində 33 hərbçi həlak olub, xeyli sayda hərbçi yaralanıb.

Rəsmi Ankara ilə Moskva arasında bu hadisədən sonra münasibətlər soyumuşdu. Lakin prezident Ərdoğanın Moskva səfərindən sonra münasibətlər normal məcraya yön aldı.


“Yeni Müsavat”
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
21/09/2020 [23:58]:
Evdə şampunu əvəz edən alternativlər
21/09/2020 [21:29]:
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
21/09/2020 [20:39]:
Koronavirusun üçüncü dalğasının başladığı elan edilib
21/09/2020 [19:35]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasda videoformatda çıxış edib
21/09/2020 [19:32]:
“Abşeron” yatağı–neft strategiyasının daha bir uğuru
21/09/2020 [19:00]:
İşğalçı Ermənistanın uğursuz təxribatları
21/09/2020 [18:45]:
Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır
21/09/2020 [18:38]:
AZƏRBAYCANDA NEFT SƏNAYESİ
21/09/2020 [18:33]:
11 min vətəndaşın pasport məlumatları oğurlanıb
21/09/2020 [18:26]:
Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
21/09/2020 [18:10]:
Dağlıq Qarabağ və Ermənistan münaqişəsi
21/09/2020 [17:54]:
Qara pullar - tanınmış iş adamı yazır
21/09/2020 [17:53]:
Əsrin müqaviləsinin xüsusi rolu
21/09/2020 [17:53]:
Koronavirusun beyinə dağıdıcı təsiri
21/09/2020 [17:42]:
Mehriban Əliyeva: “Qarabağın hər bir kəndində və rayonunda Azərbaycan bayrağı dalğalanacaq...”
21/09/2020 [17:31]:
Dağlıq Qarabağ bizim qədim torpağımızdır
21/09/2020 [17:16]:
Qarabağ Azərbaycanındır!
21/09/2020 [17:00]:
Azərbaycanın inkişafında neft və qazın rolu
21/09/2020 [17:00]:
Hindistanda COVID pandemiyası ilə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlanıb
21/09/2020 [16:54]:
Hər şey Qarabağ üçün!
21/09/2020 [16:53]:
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib
21/09/2020 [16:45]:
Biz kosmik dövlətə çevrildik
21/09/2020 [16:40]:
Türkiyə millisinin futbolçusu "Lester"ə keçib
21/09/2020 [16:31]:
“Abşeron” qaz yatağının Azərbaycanın gələcək həyatında rolu
21/09/2020 [16:15]:
Qarabağ münaqişəsinə aid tarixi faktlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
Amerikalı rəssam Leninin bədənini almaq istəyir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin