Fuad Nağıyev: " Ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq"

19/03/2020 [16:33] - İqtisadiyyat (315)



Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət ünvanlayıb.

İstiqlal.az xəbər verir ki, agentlik sədri müraciətində COVID-19 virusunun yayılmasıyla bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb olması və bunun bir çox ölkələrin iqtisadiyyatına zərbə vurduğu bildirilir. 

"Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu. Belə ki, bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır. Biz ümumi vəziyyətdən xabərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktarı ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır. Hələ ilin əvvəlində cənab Prezident İlham Əliyev turizm sahəsinin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi olduğunu vurğulayaraq uğurlarımızı qeyd etmişdi. Biz birgə səylərimizin nəticəsində ildən-ilə Azərbaycana daha çox turistin cəlb olunmasına, ölkədə daxili turizmin inkişafına, infrastrukturun genişlənməsinə və ən əsası yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmuşuq. 

Hazırki qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik. Hər kəsə məlumdur ki, turizm sahəsi cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub və olmaqda da davam edir. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik və inanırıq ki, yenə hiss edəcəyik". 
F.Nağıyev deyib ki, tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb. Ölkə başçısının tapşırıqları çərçivəsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən də digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib. 

"Hazırda hamımız üçün ən əsas amil  bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksək ixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik. 
Biz - dövlət sektorunun təmsilçiləri və siz - sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq. Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk eləyərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bir sıra sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər". 

Qeyd etməliyik ki, 21-ci əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar. 

Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərdən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq. 

Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
21/09/2020 [23:58]:
Evdə şampunu əvəz edən alternativlər
21/09/2020 [21:29]:
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
21/09/2020 [20:39]:
Koronavirusun üçüncü dalğasının başladığı elan edilib
21/09/2020 [19:35]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasda videoformatda çıxış edib
21/09/2020 [19:32]:
“Abşeron” yatağı–neft strategiyasının daha bir uğuru
21/09/2020 [19:00]:
İşğalçı Ermənistanın uğursuz təxribatları
21/09/2020 [18:45]:
Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır
21/09/2020 [18:38]:
AZƏRBAYCANDA NEFT SƏNAYESİ
21/09/2020 [18:33]:
11 min vətəndaşın pasport məlumatları oğurlanıb
21/09/2020 [18:26]:
Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
21/09/2020 [18:10]:
Dağlıq Qarabağ və Ermənistan münaqişəsi
21/09/2020 [17:54]:
Qara pullar - tanınmış iş adamı yazır
21/09/2020 [17:53]:
Əsrin müqaviləsinin xüsusi rolu
21/09/2020 [17:53]:
Koronavirusun beyinə dağıdıcı təsiri
21/09/2020 [17:42]:
Mehriban Əliyeva: “Qarabağın hər bir kəndində və rayonunda Azərbaycan bayrağı dalğalanacaq...”
21/09/2020 [17:31]:
Dağlıq Qarabağ bizim qədim torpağımızdır
21/09/2020 [17:16]:
Qarabağ Azərbaycanındır!
21/09/2020 [17:00]:
Azərbaycanın inkişafında neft və qazın rolu
21/09/2020 [17:00]:
Hindistanda COVID pandemiyası ilə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlanıb
21/09/2020 [16:54]:
Hər şey Qarabağ üçün!
21/09/2020 [16:53]:
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib
21/09/2020 [16:45]:
Biz kosmik dövlətə çevrildik
21/09/2020 [16:40]:
Türkiyə millisinin futbolçusu "Lester"ə keçib
21/09/2020 [16:31]:
“Abşeron” qaz yatağının Azərbaycanın gələcək həyatında rolu
21/09/2020 [16:15]:
Qarabağ münaqişəsinə aid tarixi faktlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
Amerikalı rəssam Leninin bədənini almaq istəyir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin