Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev

19/03/2020 [16:15] - Siyasət (190)



Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin Trend-ə müsahibəsi:

- Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, bu günlərdə Müdafiə Nazirliyinin rəhbər heyəti ilə birlikdə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə olmusunuz. Səfəriniz barədə mətbuatda ətraflı məlumat verilib. Bununla bağlı Sizin təəssüratlarınızı öyrənmək oxucular üçün maraqlı olardı. Təbii olaraq ictimaiyyəti, o cümlədən əsgər ailələrini ilk olaraq Ordumuzda mövcud olan sosial-məişət şəraiti maraqlandırır. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Əvvəla onu qeyd edim ki, “Ordumuzda görülən uğurlu işlər nəticəsində əldə olunan müsbət dəyişikliklər Müdafiə Nazirliyinin bütün strukturlarında öz əksini tapıb. Əldə olunan nəticə göz qabağındadır və bu hər bir ölkə vətəndaşında qürur hissi doğurur.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bütün bu müsbət dəyişikliklər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prioritet elan etdiyi Ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Ordumuzda mövcud sosial-məişət şəraitindən danışarkən, əgər paytaxt yaxınlığında və yaxud böyük şəhərlərdə dislokasiya olunan hərbi hissələrdən misal çəksəm, istər-istəməz hər kəsdə belə fikir yaranar ki, şəhər mühitində şəraiti yaratmaq mümkündür və bu asan məsələdir.

Lakin istənilən hava şəraitindən asılı olmayaraq Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçularımız üçün qoşunların təmas xəttində, düşmənlə üzbəüz mövqelərdə və 2016-cı ilin Aprel döyüşləri zamanı azad edilən Lələtəpə yüksəkliyində yaradılan şəraitin şahidi olmaq qəlbləri fərəh və qürur hissi ilə doldurur.

Dövlətimizin qayğısı nəticəsində hər yerdə olduğu kimi, döyüş bölgəsində yerləşən hərbi hissələrdə də sözün həqiqi mənasında maddi-texniki təminat məsələləri yüksək səviyyədə həll olunub. Hərbi qulluqçuların xidmət və yaşayışı üçün gözəl şərait yaradılıb. Biz bir daha bunun şahidi olduq və gördüklərimizdən məmnun qaldıq.

- Qoşunların təmas xəttində mövcud əməliyyat şəraiti və şəxsi heyətin xidməti barədə fikirlərinizi öyrənmək də yerinə düşərdi.

- Cəbhəboyu zonada əməliyyat şəraiti ordumuzun tam nəzarətindədir. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji durumu, bölmələrimizin döyüş hazırlığı yüksəkdir. Düşmənin bütün fəaliyyəti müşahidə altındadır və onun ehtimal olunan bütün təxribatlarının qarşısını almağa Ordumuz tam hazırdır.

Hərbi qulluqçular üzərlərinə düşən vəzifənin əhəmiyyətini, vacibliyini düzgün qiymətləndirməyi bacarırlar. Şəxsi heyət torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi müqəddəs vəzifəni uğurla yerinə yetirmək üçün daima döyüş hazırlıqlarını artırmaqda davam edir.

- Hərbi qulluqçularla görüşünüz, söhbətləriniz zamanı hansı mövzular Sizin diqqətinizi cəlb etdi.

- İlk olaraq onu qeyd edim ki, söhbətimizin leytmotivi əsasən hərbi vətənpərvərlikdən, yüksək döyüş ruhundan, şəxsi heyətin Ali Baş Komandana, Hərbi Anda, Vətənə sədaqətindən, dövlətimizin hərbi qulluqçuların xidməti-döyüş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətindən və şəxsi heyətin minnətdarlığından ibarət oldu.

Bilirsiniz, səngərdə gecə-gündüz Vətənə sinəsini sipər edən hərbi qulluqçular öz üzərində dövlətimizin diqqət və qayğısını hiss etdikcə, yaşam şəraitindən, ailəsindən, evindən, gələcəyindən nigaran qalmadıqca, onların öz peşəsinə, vəzifəsinə və qarşısında qoyulan tapşırıqların icrasına həvəsi, məsuliyyəti birə-on qat artır. Bu gün Ordumuzun şəxsi heyəti bu qayğını, arxayınlığı hiss edir və vicdanla, var gücü ilə Vətənə xidmətini davam etdirir.

Hamıya məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, döyüşlər zamanı yaralanmış hərbçilərimizə, hazırda xidmətdə olan hərbi qulluqçulara diqqət göstərir, hərtərəfli dəstək verir və onların qayğılarına həssaslıqla yanaşırlar. Bütün bunlar da təbii olaraq şəxsi heyətin məsuliyyətini, ruh yüksəkliyini artırır, ordumuzun döyüş əzmini daha da gücləndirir.

- Hamımız şahidi oluruq ki, dövlətimizin iqtisadi gücü yüksəldikcə, ölkəmizin hərbi qüdrətinin, Ordumuzun döyüş hazırlığının artırılması istiqamətində də tarixi addımlar atılır, ən müasir silah, sursat və hərbi texnika alınaraq hərbi hissələrimizin istifadəsinə verilir. Bununla bağlı hərbi hissələrimizdə gördükləriniz barədə danışmanızı xahiş edərdik.

- Tam düzgün vurğuladınız ki, dövlətimizin iqtisadi gücü yüksəldikcə Ordumuz üçün ən müasir silah, sursat və hərbi texnika alınır. Bu da təbii olaraq qoşunların döyüş qabiliyyətini qat-qat artırır və döyüş hazırlığının yüksəlməsinə öz müsbət təsirini göstərir. Cəbhə bölgəsində olarkən bütün bunların da canlı şahidi olduq.

Həqiqətən də hərbi hissələrimizdə ən müasir döyüş texnikası mövcuddur və şəxsi heyətin bunlardan bacarıqla istifadə edərək düşmən üzərində tam qələbəni təmin edəcəyinə əmin ola bilərsiniz.

- Belə bir deyim var ki, “kadrlar hər şeyi həll edir”. Eyni zamanda ideoloji iş, yüksək döyüş ruhu və hərbi kollektivlərin mənəvi-psixoloji durumu da qələbənin əldə edilmsində əsas amillərdən biridir. Zabitlərimizin, kiçik komandir heyətinin, əsgərlərimizin peşəkarlığı, döyüş ruhu və mənəvi-psixoloji durumu Sizdə hansı təəssüratlar yaratdı?

- Bildiyiniz kimi döyüş bölgəsində səfərdə olarkən bir sıra hərbi hissələrə və ön xətt mövqelərinə baş çəkdik. Zabitlərin xidmət, döyüş hazırlığı və əməliyyat şəraiti barədə məruzələrini dinlədik. Ən əsası bütün kateqoriyalardan olan hərbçilərin inamlı davranışı, yüksək döyüş ruhu, qələbə əzmi, mənəvi-psixoloji hazırlığı və peşəkarlığı diqqətimizi cəlb etdi.

Tarix göstərir ki, həqiqətən düşməni məğlub edərək qələbənin qazanılmasında əmri icra edən döyüşçülərin ideoloji hazırlığının, psixoloji durumunun vəziyyəti peşəkarlıqla eyni dərəcədə əhəmiyyət kəsb edir. Zabitlərlə söhbət edərkən bu qənaətə gəldik ki, Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların hazırlıq sistemində bəhs etdiyimiz məsələləri daim diqqətdə saxlayır.

Bu gün Azərbaycan Ordusunda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətdə yüksək əhval ruhiyyə və ruh yüksəkliyini təmin etməyə yönəldilən hərbi vətənpərvərlik tədbirlərinin bir məqsədi var. Bu da Vətənimizi düşməndən qorumaq, işğal edilmiş torpaqları azad edərək ərazi bütövlüyümüzü təmin etməkdir.

Hərbçilərimizin peşəkarlığından danışarkən deyə bilərəm ki, zabitlərimiz, kiçik komandir heyəti, əsgərlərimiz daima öz üzərində çalışır, qazanılan uğurlardan arxayınlaşmır, əksinə müntəzəm olaraq peşəkarlıqlarını artırmaqla məşğul olurlar.

Bildiyiniz kimi 2014-cü ildən başlayaraq Ali Baş Komandanımız cənab İlham Əliyevin göstərişinə əsasən döyüş təminatını müəyyən edən vəzifələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının intensiv qəbuluna başlanıldı. Bu addım peşəkar ordu quruculuğunun göstəricilərindən biridir. Ön xətt mövqelərində müxtəlif vəzifələrdə 5, hətta 10 ildən çox müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla ünsiyyətdə olduqca, onların peşəkarlığı, bacarığı və döyüş hazırlığının yüksəldilməsinə verdikləri töhfəni gördükcə ölkə prezidentinin bu addımının nə qədər uzaqgörən və vaxtında qəbul edilmiş qərar olduğunun şahidi olduq.

Mətbuatdan da izlədiyiniz kimi Müdafiə nazirinin əmri ilə şəxsi heyət döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması üzrə tapşırıqları icra etdi. Döyüş hazırlığının yüksək olması, zabitlərin və kiçik komandirlərin peşəkarlığı, düzgün qərarlar qəbul edərək əmrlərin dəqiq icrasına nail olmaq bacarığı kimi müsbət keyfiyyətlər də bu tapşırığın uğurla icra edilməsinə zəmin yaradan amil kimi diqqətimizi cəlb etdi.

Həyəcan siqnalı ilə qaldırılma prosesini izlədikdən sonra tam səmimiyyətlə demək olar ki, Ordumuz müxtəlif qoşun növlərinin qarşılıqlı əlaqədə, uzlaşdırılmış hərəkət edən, yüksək döyüş hazırlığına malik vahid hərbi kollektivdir.

Sonda səfər zamanı gördüklərimizi bir cümlə ilə ifadə etmək gərəkdirsə, deyə bilərəm ki, xalqımızın güvənc yeri olan Ordumuz Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır.

- Ənənəvi olaraq sonda hərbçilərimizə arzularınız.

- Fürsətdən istifadə edərək şəhid ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı, Müdafiə Nazirliyinin rəhbərliyi başda olmaqla bütün şəxsi heyəti, mülki əməkdaşları, onların ailə üzvlərini və ən nəhayət bu an səngərlərdə ayıq-sayıq dayanan əsgər balalrımızı xalqımızın qədim tarixə malik Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinlərində yeni uğurlar arzulayıram.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [11:16]:
“Toyota” Çində yeni şirkət yaradır
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin