"Taclı" virus Qarabağ danışıqlarına da təsir edir - yeni təklif

19/03/2020 [14:37] - Siyasət (193)



Sülh danışıqlarının internet üzərindən aparılması ideyası irəli sürüldü

Dünyanı ayağa qaldıran koronavirus təhlükəsi Qarabağ məsələsində danışıqlar prosesini də tormozlayacaq. Bu barədə politoloqlar “Yeni Müsavat”a açıqlamalarında bildiriblər.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, dünya miqyasında gediş-gəlişin minimuma enməsi, ölkələrin öz sərhədlərini bağlaması və fövqəladə rejimə keçməsi, sözsüz ki, Dağlıq Qarabağla bağlı diplomatik təmasların intensivliyinə də mənfi təsirsiz ötüşməyəcək. Münaqişə tərəfləri arasında növbəti, yüksək səviyyəli  görüşün nə vaxt olacağı hələlik məlum deyil. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında sonuncu görüş yanvar ayında Cenevrədə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutub. İki gün çəkən müzakirələr nəticəsiz yekunlaşıb. Koronvirus prosesin hərbi müstəviyə keçməsini tətikləyə bilər: “Ermənistanın müdafiə naziri David Tonoyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Andjey Kasprşiklə görüşüb. Həmin görüşdə erməni nazir az qala Kasprşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhədi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin. Tonoyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır.

Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb. Erməni nazirin sözlərinə görə, bölgədəki gərgin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidemioloji (koronovirusu nəzərdə tutur) əlavə etsək təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Toroyan demək istəyir ki, guya Azərbaycan Ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kasprşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimim artıracağını bildirib. 

Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir. Azərbaycan Ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan Ordusu əməliyyat keçirmək istəsə, Andjey Kasprşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək Kasprşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Kasprşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq".

Hazırkı yaranmış vəziyyətdə rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarına əks-hücumla cavab verilə bilməz. 2016-cı ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq".


Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, pandemiya elan olunan koronavirus insan həyatını əhatə edən bütün sahələrə ciddi mənfi təsir edir və edəcək. Koronavirus təkcə iqtisadi və insanların sağlamlığını hədəfə almır. Dövlətlərarası münasibətlərə, siyasi proseslərə və münaqişələrin həlli istiqamətində aparılan danışıqlara da mənfi təsir edir: “Çünki Avropa və digər areallarda yayılan virus səbəbindən ölkələr sərhədlərini bağlayıb. Ona görə də birbaşa danışıqlar və konfransların təxirə salınması zəruri hala çevrilib. Qarabağ danışıqlarının davam etdirilməsinə bu pandemiya mənfi təsir edəcək. ATƏT-in Minsk Qrupunun həmsdlərinin regiona səfərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təxirə salınacaq. Amma bu danışıqları müasir texnogiyalar vasitəsilə aparmaq olar. İnternet üzərindən telekonfranslarla danışıqlar prosesini aparmaq lazımdır. Azərbaycan bu istiqamətdə təşəbbüslə çıxış etməli və danışıqların dondurulmasına imkan verməməlidir. Qeyd edim ki, hazırkı durumda danışıqların intensivliyi yoxdur, faktiki olaraq dayanıb. Ermənistanın  dövlət sərhəd xəttində Azərbaycana qarşı provokasiyaları danışıqlar prosesinin aparılmasına zərbə vurub. Hesab edirəm ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyi, Paşinyanın Qarabağ klanı qarşısında acizliyi birbaşa münaqişənin həllində aparılacaq danışıqlara mənfi təsir etməkdədir. Regionda və dünyada vəziyyət yeni müstəviyə daxil olur. Cənubi Qafqaz da bu düzənin qurulmasında mühüm arealdır. Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həlli əsas başlıca amil olaraq qalır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
21/09/2020 [23:58]:
Evdə şampunu əvəz edən alternativlər
21/09/2020 [21:29]:
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
21/09/2020 [20:39]:
Koronavirusun üçüncü dalğasının başladığı elan edilib
21/09/2020 [19:35]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasda videoformatda çıxış edib
21/09/2020 [19:32]:
“Abşeron” yatağı–neft strategiyasının daha bir uğuru
21/09/2020 [19:00]:
İşğalçı Ermənistanın uğursuz təxribatları
21/09/2020 [18:45]:
Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid alır
21/09/2020 [18:38]:
AZƏRBAYCANDA NEFT SƏNAYESİ
21/09/2020 [18:33]:
11 min vətəndaşın pasport məlumatları oğurlanıb
21/09/2020 [18:26]:
Paşinyanın təxribatları: danışıqlar prosesini dalana aparır
21/09/2020 [18:10]:
Dağlıq Qarabağ və Ermənistan münaqişəsi
21/09/2020 [17:54]:
Qara pullar - tanınmış iş adamı yazır
21/09/2020 [17:53]:
Əsrin müqaviləsinin xüsusi rolu
21/09/2020 [17:53]:
Koronavirusun beyinə dağıdıcı təsiri
21/09/2020 [17:42]:
Mehriban Əliyeva: “Qarabağın hər bir kəndində və rayonunda Azərbaycan bayrağı dalğalanacaq...”
21/09/2020 [17:31]:
Dağlıq Qarabağ bizim qədim torpağımızdır
21/09/2020 [17:16]:
Qarabağ Azərbaycanındır!
21/09/2020 [17:00]:
Azərbaycanın inkişafında neft və qazın rolu
21/09/2020 [17:00]:
Hindistanda COVID pandemiyası ilə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlanıb
21/09/2020 [16:54]:
Hər şey Qarabağ üçün!
21/09/2020 [16:53]:
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib
21/09/2020 [16:45]:
Biz kosmik dövlətə çevrildik
21/09/2020 [16:40]:
Türkiyə millisinin futbolçusu "Lester"ə keçib
21/09/2020 [16:31]:
“Abşeron” qaz yatağının Azərbaycanın gələcək həyatında rolu
21/09/2020 [16:15]:
Qarabağ münaqişəsinə aid tarixi faktlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
Amerikalı rəssam Leninin bədənini almaq istəyir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin