Mehriban Əliyeva: "Bütün qüvvələr hadisələrin inkişafının qarşısının alınmasına səfərbər olunub"

18/03/2020 [12:06] - Gündəm (238)



Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciət edib.

İstiqlal.az müraciəti təqdim edir:

“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bu günədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.

İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür. Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.

Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.

Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.

Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.

Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN”.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin