Azərbaycan - Odlar yurdu... təbiət və gözəllik axtaranların gedəcəyi yer

17/03/2020 [13:42] - Mədəniyyət (272)



Səudiyyə Ərəbistanının “UKAZ” qəzetində müxbir İbrahim əl-Qurbinin “Azərbaycan - Odlar yurdu... təbiət və gözəllik axtaranların gedəcəyi yer” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

“Odlar yurdu, təbiət və gözəllik məkanı” – sakinlər və qonaqlar oranı belə vəsf edirlər. Azərbaycanın Cənubi Qafqaz regionunda yerləşən, Asiyanın qərbinə və Avropanın şərqinə uzanan hissəsi infrastrukturu, binalarının gözəl memarlıq üslubu, görməli yerləri, eləcə də gözəl təbiət mənzərələri ilə turistlərin və qonaqların marağını cəlb edir.

Azərbaycanda gördüklərin coğrafi xəritədən, hətta informasiya mənbələrindən bu ölkə haqqında əldə etdiyin məlumatlardan fərqlənir. Düzdür, onlar ölkənin ən qədim insan məskənlərindən olduğunu deyir. Amma şəkillərdə, videofilmlərdə görməklə, qədim həyatı, bəşəriyyət tarixinin 6000 il bundan qabaqkı vəziyyətini əks etdirən qayalara reallıqda toxunmaq arasında böyük fərq vardır. Təbiətin və tarixin bəxş etdiyi Azərbaycanda olduq. Dünyada indiyədək kəşf olunmuş palçıq vulkanlarının yarısı burada yerləşir. Bu vulkanlar yerin bətnindən xəbər verir. Səfərimiz yerin təkinin və tarixin dərinliyinin sirləri olan ölkəyə idi.

Mübahisəsiz demək olar ki, Azərbaycan hələ deyilməyən hekayətlərlə doludur və Şərq əsrarəngizliyi ilə Avropa gözəlliyi bu ölkəni fərqləndirən simadır. Məlumdur ki, Azərbaycan, həmçinin min illər boyunca mədəniyyət yollarının kəsişməsində yerləşdiyi üçün dünyanın müxtəlif məkanlarından gələn müsafirləri salamlayır.

O da məlumdur ki, Azərbaycan mədəniyyəti müsafirlərin hekayətlərindən toxunub. Coğrafi mövqeyinə görə, ölkənin tarixi dayanmadan yenilənir.

Paytaxt Bakıya bu səfər fevralın 24-də Azərbaycan Turizm Agentliyinin dəvəti ilə baş tutub. Beynəlxalq Kral Əbdüləziz Aeroportundan erkən çıxıb Əbu-Dabiyə, oradan da günorta saat 3-də Bakıya çatdıq. Səfər ərzində Ciddə, ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində olduq. Viza rəsmiləşdirilməsini bitirdikdən sonra aeroportdan otelə gedərkən gözəl mənzərələr və geniş küçələr yolboyu diqqətimi çəkdi. Gəlməmişdən qabaq buranı dar küçələri olan bir şəhər təsəvvür edirdim. Lakin indi görürəm ki, bura müasir və heyrətamiz şəhərdir, şəhərin gözəl irsi ilə səsləşən memarlıq üslubunda binaları var.

Paytaxt Bakıda Bulvara yaxın yerləşən otelimizə çatdıq. Səfərin birinci günü heç bir kənar fəaliyyət, gəzinti proqramı nəzərdə tutulmamışdı.

Qədim İçərişəhər

Səfərimizin ikinci gününü paytaxt Bakıda gəzinti ilə başladıq. Səhər tezdən geniş Qala qapısından keçib, Qədim şəhərə daxil olduq. Gəzinti nəticəsində oranın tarixi və qədimliyinə heyran qaldır. Şəhər Azərbaycan paytaxtının ən qədim hissəsidir və tarixi məkan kimi tanınır. İçərişəhər insanı maraqlı gəzinti ilə qədim tarixi tanışlığa, binaların unikal memarlıq elementlərinin, eləcə də fotoşəkillər çəkməyə həvəsləndirən mənzərələrin gözəlliyini hiss etməyə təşviq edir.

Azərbaycanda çay dəmləmək və içmək mərasimləri qədim ənənəvi köklərə malikdir və Azərbaycan mədəniyyətində çox mühüm yer tutur. Çay xoş ortam yaratmaqla bağlıdır. Ənənələrə görə, hər gələn qonağa, hətta səfər 5 dəqiqəlik olsa belə, çay verilməlidir. Eləcə də yerli və dünya mətbəxinin nümunələrinin təqdim edildiyi restoranlar vardır. Ölkədəki restoranların əksəriyyəti rəngarəng yemək növləri təqdim edirlər.

İçərişəhərdə olarkən dükanlara, restoranlara gedə bildik, oradakı küçələr boyu yerləşən dükanlardan xalça, xatirə hədiyyələri, əl işləri aldıq.

Alov qüllələri

İkinci gün və səfər proqramı çərçivəsində qəribə Alov qüllələrinin qarşısında dayandıq. Bu, Bakıda ən hündür göydələndir. Hündürlüyü 190 m-dir. Bu qüllələr vüqarla göyə ucalır. Alov şölələri şəklində tikilən bu bina şəhərin görməli yerlərindəndir. Həmçinin Alov qüllələri şəhərdə başqa memarlıq incisidir. 3 iri binanı şəhərin istənilən yerindən görmək olar.

Heydər Əliyev Mərkəzi

Bakıda müasir memarlıq incisi olan Heydər Əliyev Mərkəzinə səfər etdik. Zaha Hədidin layihəsi əsasında tikilmiş bu bina özünəməxsus üslubu ilə seçilir. Belə ki, binanın layihəsində düz xətlərdən istifadə olunmayıb. Mərkəzdə mədəni irs sərgisi də fəaliyyət göstərir, orada Azərbaycan tarixinin bütün dövrləri, qədim sənətkarlıq nümunələri, xüsusilə Azərbaycanın məşhur olduğu xalça nümunələri nümayiş olunur. Bundan əlavə, Mərkəzdə XIX əsrin sonları - XX əsrin 60-cı illəri ərzində istehsal edilmiş nadir retro avtomobillərin sərgisi vardır.

Yanardağ

Üçüncü gün paytaxtdan 30 kilometr uzaqda yerləşən sönməyən odlu dağ adlanan Yanardağ məntəqəsinə yollandıq. O, ölkənin odla nə qədər bağlı olduğunu göstərən yerdir. O, əsrlərdən bəri yanan və alovları 10 metr hündürlüyə qalxan ilk dağdır. Onunla yaxından tanış olduq, havanın soyuq olmasına baxmayaraq, alovun yaratdığı ilıq hava və geniş ərazi insana həzz verir. Əbədi olaraq sönməyən alovun sirlərindən danışan Yanardağda unudulmaz vaxt keçirdik.

Qəbələ-Şəki

Dördüncü gün şimala – gözəl və havası soyuq turizm regionlarından sayılan Qəbələ şəhərinə səfər etdik. Yolboyu əsrarəngiz təbiət mənzərələrinin, çöllərin şahidi olduq.

Yol kənarında bir yerdə ləziz təndir çörəyi bişirən yaşlı bir qadının yanında dayandıq. Digər kənd sakinləri də onun kimi özlərinin hazırladıqları çörək, qatıq, süd, qoz-fındıq, quru meyvə məhsullarını təklif edirlər. Lahıc qəsəbəsinə yola düşdük. O, çox sakit və soyuq yerdir, Qəbələyə təqribən bir saatlıq məsafədə yerləşir. Qəsəbə sakinlərindən biri bizi kəndin girişində qarşılayaraq qısa gəzintiyə apardı. Sonra isə onun evində nahar etdik.

Kənddən çıxıb səfərimizi davam edərək Qəbələyə çatdıq. Orada dağların zirvələrində istirahət məkanları, parklar, şəlalələr, eləcə də sürüşmək üçün yerlər və elektrik qatarı var idi.

Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış (2019-cu ilin iyulu) üçüncü Azərbaycan abidəsidir. Şəkinin tarixi mərkəzi və Şəki Xanlarının Sarayı özünəməxsus tarixi və mədəniyyəti ilə seçilir. Müsafirlər şəhərin tarixindən ilham alacaq, Böyük İpək Yolu üzərində mühüm yer olan Şəki onları heyrətləndirəcək, həmçinin sarayda əsrarəngiz sənətkarlıq nümunələrini görəcəklər.

Qobustan

Azərbaycanın mərkəzində yarımsəhra region olan Qobustan 40 mindən çox qayadan ibarət gözəl yerdir. Orada 6000 qayaüstü təsvir vardır. Onlar sübut edirlər ki, insan 25000 il bundan qabaq burada məskunlaşıb. Bundan başqa, Qobustan UNESCO-nun Dünya İrsi Sahəsi statusunu alıb. Burada Roma legionlarından birinin qeydi vardır. Bu yazı Şərqdə çox şöhrət tapıb. O, indiyədək legionların Şərqdə gəldikləri ən uzaq məsafə sayılır.

Azərbaycanın 3 abidəsi Ümumdünya İrs Siyahısına salınıb. Bunlardan biri Qobustan Milli Parkıdır.

Həmçinin Azərbaycanda dünyada mövcud olan palçıq vulkanlarının təxminən yarısına rast gəlmək olar. Onların sayı 400-ə yaxındır. Qobustan ərazisində onların bir neçəsinə səfər etmək olar.

Qeyd edək ki, məqalədə müəllif ölkəmizdə keçirilən və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdən, eləcə də ölkənin turizm sahəsində qazandığı uğurlardan geniş söhbət açıb.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin