Koronavirusla mübarizə - Azərbaycanda yeni qərarlar verildi

17/03/2020 [10:49] - Gündəm (1984)



Dünyada koronavirusun ocağı dəyişir, yoluxma halları ötən günlərlə müqayisədə aşağı düşüb...

Çində başlayıb dünyaya yayılan yeni koronavirus can almaqda davam edir. Belə ki,  Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 16-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. Həmin məlumata görə, dünya üzrə yoluxma sayı ümumilikdə 157 ölkə/ərazi üzrə 169 610 nəfərdir. Son yoluxma sayı 192 nəfərdir. Onların içərisində 15-i yeni olmaqla 6518 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 77 776 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.

Göründüyü kimi, son  məlumatda yeni sağalanların sayı yeni yoluxanların sayından 8 dəfə çoxdur. Bu isə onu deməyə əsas verir ki, artıq koronavirusla bağlı ölkələrin apardıqları mübarizə nəticə verməkdədir. Mübarizə dedikdə Azərbaycan da daxil olmaqla, xeyli sayda ölkə sərhədlərini bağlayıb, koronavirusla bağlı xüsusi rejimə keçiblər.

Bazar günü Azərbaycanda yeni koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Qərargahın məlumatında xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslərin “özlərini normal hiss etdiyi və səhhətlərinin stabil olduğu” deyilir.

“Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - rəsmi məlumatda qeyd olunub.

Qərargah bildirib ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
İndiyədək 6 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə gününə olan rəsmi məlumatına əsasən, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 19 nəfər olub, onlardan 6 nəfər sağalıb.

Şənbə günü yayılan məlumata görə, COVİD-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Ötən həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin “stabil ağır” vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür.
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən verilən məlumata görə, məsələnin ciddiliyi nəzərə alınaraq hər 10 gündən bir departamentin balansında olan 11 300 ədəd yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bildirilib ki, hər gün səhər saatlarında Departamentin işçiləri tərəfindən suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur: “Həmçinin paytaxtdakı kooperativ binaların və yaşayış komplekslərinin rəhbərlərinə də öz ərazilərində bu kimi profilaktiki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib".

Rəsmi məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 346 Məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya işləri başa çatdırılıb və həmin müəssisələrin işə başlaması ərəfəsində yenidən aparılacaq.
Koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər rəhbər şəxslərin qəbul günləri də təxirə salınıb. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbullarla bağlı yeni qaydalar işlənib hazırlanır:

“Rəhbər şəxslərin vətəndaş qəbulu xüsusi rejimdə həyata keçiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə bildirilib.

Onu da bildirək ki, koronavirus Çində başlasa da, virusun ocağı artıq Avropaya doğru dəyişməkdədir. Belə ki, Çin rəsmilərinin məlumatına görə, artıq onlar koronavirusu lokallaşdırmağı bacarıblar. Hətta Çin dünyaya virusa qarşı mübarizədə yardım əlini də uzadıb, kömək təklifini irəli sürüb. Hətta Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb.

Bununla bağlı rəqəmlər Çin hakimiyyətinin müxbirlər tərəfindən yığılmış rəsmi bəyanatları və 120-dən çox ölkədə ekspertlərin hesablamalarında qeyd edilib. Hazırda Çində koronavirusa 81 min 28 yoluxma hadisəsi qeydə alınıb, ölkədən kənarda isə 81 min 321 nəfər koronavirus xəstəsi var.

Lakin reallıq bundan ibarətdir ki, hələ ki koronavirusun vaksini tapılmayıb. Bəzi ekspertlər hesab edirlər ki, koronavirus bioloji silahdır və özü ilə birlikdə vaksini də hazırlanıb. Bu iddialar doğru olsa belə, həmin vaksin ortaya çıxarılmayıb və infeksiya artıq demək olar ki, bütün dünyanı çənginə alıb.

Koronavirusa yoluxanların daha çox yaşlı nəslin nümayəndələri olduğu bildirilir. Bu baxımdan dünya ölkələri yaşlılarla bağlı yeni qərarlar verməyə hazırlaşırlar. Britaniyanın səhiyyə naziri Matt Hancock-un bildirdiyinə görə, yaxın həftələrdə yaşı 70-dən yuxarı olan hər bir britaniyalıya koronavirusdan qorunmaq üçün uzun müddət ərzində evdən çıxmamaq barədə tövsiyə ediləcək.

O, BBC-yə bildirib ki, bu göstəriş hələ qüvvəyə minməyib, lakin qüvvəyə mindikdən sonra çox uzun müddət ərzində qüvvədə qalacaq.

Şənbə günü Britaniyada koronavirusdan ölənlərin sayı 21 nəfərə çatdıqdan sonra epidemiyaya qarşı tədbirlərin görülməsi istiqamətində səylərin artırılması tələbi ilə hökumətə təzyiqlər artıb.

Ölənlərin hamısı ya yaşı 60-dan yuxarı və ya patoloji xəstəlikləri olanlardır.

Yaşı 70-i keçənlərə və səhətində problemləri olan daha azyaşlılara evlərində qalmaq göstərişi veriləcək, həmin adamlara ərzaq və dərman isə evlərinə çatdırılacaq. Xüsusilə İtaliyada vəziyyət daha da acınacaqlıdır. Belə ki, İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli  qeyd edib ki, son bir gündə (16 mart) İtaliyada daha 2853 nəfərdə virus aşkarlanıb. Hazırda ölkədə koronavirusa yoluxanların sayı 20,6 mindən çoxdur.


“Yeni Müsavat”
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin