Xalq artisti Rafael Dadaşov vəfat edib

16/03/2020 [16:36] - Mədəniyyət (280)



Xalq artisti Rafael Dadaşov vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, aktyor bu gün günorta saatlarında vəfat edib. 

Qeyd edək ki, R.Dadaşov bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aktyorun müalicə xərclərini öz üzərinə götürmüşdü.

Xatırladaq ki, R. Dadaşovun vəfat etməsi barədə xəbəri ilk olaraq “Lent.az” yayıb. 

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. R.Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A.Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və başqa maraqlı obrazlar yaradıb. R.Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur. Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib. R.Dadaşov 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin