Latviyada İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş elmi konfrans təşkil olunub

15/03/2020 [16:34] - Mədəniyyət (277)



Latviya Dövlət Universitetinin Akademik Kitabxanasında UNESCO-nun təsis etdiyi Ümumdünya Poeziya Günü ərəfəsində görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Nəsiminin yaradıcılığını Latviya ictimaiyyətinə tanıtdırmaq məqsədi daşıyan konfrans Riqa Klassik Gimnaziyasının direktoru, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev tərəfindən təşkil edilib.

Konfransı Latviya Dövlət Universitetinin Akademik Kitabxanasının direktoru, filologiya elmləri doktoru Venta Kotsere açaraq tədbirin əhəmiyyətindən söz açıb. Dünya mədəniyyəti, elmi və ədəbiyyatının görkəmli şəxsiyyətlərinin tanıdılması yönündə reallaşdırılan layihələrdən danışan V.Kotsere, kitabxanada fəaliyyət göstərən informasiya mərkəzlərinin, o cümlədən Azərbaycan İnformasiya Mərkəzinin yerinə yetirdiyi vəzifələr haqda toplantı iştirakçılarına məlumat verib. O, mərkəzdə Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş Azərbaycan dili kurslarının işinin təqdirəlayiq və səmərəli olduğunu diqqətə çatdırıb.

Konfransın təşkilatçılarına təşəkkürünü bildirən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov mütəfəkkir şairin ədəbiyyatımızın təşəkkülü və inkişafında müstəsna xidmətlərindən danışıb. Diplomat şairin tanınmasında Azərbaycan dövlətinin gerçəkləşdirdiyi layihələrin rolunu da vurğulayıb.

Gimnaziyanın direktoru, Latviya Təhsil və Elm Nazirliyi nəzdində məsləhət şurasının sədri Roman Əliyev Nəsiminin fikir dünyası haqqında məlumat verib. O, bəzi Avropa filosofları ilə Nəsiminin konsepsiyalarında ümumi cəhətlərin mövcudluğuna diqqət çəkib. Həmçinin Nəsimi şeirlərinin tərcüməsi barədə danışaraq, şairin qəzəlini latış dilində söyləyib. Azərbaycan tarixi və mədəniyyətinə dair latış oxucularına dəyərli məlumat verən “Azərbaycan tarixinin labirintləri” kitabının müəllifi olan R.Əliyev, həmin kitabda Nəsimi haqqında da informativ materialın yer aldığını qeyd edib.

Filologiya elmləri doktoru Biruta Yegere “Nəsiminin farsdilli şeirləri” mövzusunda məruzə ilə çıxış edib, şairin bir neçə qəzəlini farsca səsləndirib. B.Yegere Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil aldığı illəri, öz azərbaycanlı müəllim və həmkarlarını böyük minnətdarlıq və sevgi ilə xatırlayıb. Latviyalı alim Bakıda qazandığı təcrübəni öz tələbələri ilə həvəslə bölüşdüyünü, Azərbaycan mədəniyyətinə məhəbbətini gənclərə aşılamağa çalışdığını söyləyib. B.Yegere konfransın Nəsiminin, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə çıxışında Nəsimi yaradıcılığının müxtəlif elm sahələrinin təmsilçiləri, o cümlədən sənətşünaslar üçün də maraq kəsb etdiyini bildirib. O, Nəsimi əsərlərindən əxz olunan biliklərin dövrün musiqi mənzərəsini təsəvvür etməyə yardım göstərdiyini vurğulayaraq muğam, musiqi və poeziyanın sıx bağlılığı, qədim milli musiqi alətlərinin müxtəlifliyi kimi məsələlərə toxunub. Məruzənin ikinci bölümünü alim “Nəsiminin obrazı və poeziyası müasir Azərbaycan musiqisində” mövzusuna həsr edib, Fikrət Əmirov, Firəngiz Əlizadə kimi bəstəkarlar, Alim Qasımov, Sevda Ələkbərzadə kimi ifaçıların çıxışı ilə əsas müddəalarını illüstrasiya edib.

Z.Dadaşzadə 2019-cu ildə ölkəmizdə elan edilən “Nəsimi ili” çərçivəsində Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ikinci dəfə keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat” festivalı barədə də konfrans iştirakçılarını məlumat verib.

Latviyalı tələbələr öz ana dilində Nəsiminin həyat və yaradıcılığına dair əsas faktları auditoriyaya çatdırıb, Azərbaycan, ingilis, alman, fransız, latış, rus dillərində şairin şeirlərini söyləyiblər. Nəsiminin “Haradasan” qəzəlinin Azərbaycan dilini Latviyada illər uzunu tədris edən Günay Əliyeva və tanınmış sənətkar, Mixail Çexov adına Riqa Rus Dram Teatrının aparıcı aktyoru Yakov Rafalsonla dialoqda Azərbaycan və rus dillərində həzin musiqinin sədaları altında duyğulu ifası konfransın bədii hissəsinə xüsusi rəng qatıb.

Sonda gimnaziyanın direktoru R.Əliyev konfrans iştirakçılara xatirə hədiyyələri və müəllifi olduğu “Azərbaycan tarixinin labirintləri” kitabını təqdim edib.

Qeyd edək ki, ötən ilin noyabrında Riqa Klassik Gimnaziyasında Nəsiminin yubileyinə həsr olunmuş elmi-bədii gecə keçirilib.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin