Neftin ucuzlaşması devalvasiya riski yaradırmı? - təhlil

12/03/2020 [09:16] - İqtisadiyyat (1463)



Martın ilk həftəsində OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin iclasında qəbul edilən qərar onsuz da qeyri-sabit olan neft bazarında növbəti sarsıdıcı zərbə vurdu. Səudiyyə Ərəbistanı ilə Rusiyanın məntiqsiz “qarşıdurmasından” sonra neft hasilatının azaldılması ilə bağlı təşəbbüslər puç oldu. Nəticədə neftin qiymətləti kəskin şəkildə ucuclaşma başladı və qara qızılın qiyməti 30 dollara qədər endi. 

Azərbaycan dünya ticarətinin bir parçası, xüsusilə də neft bazarı ailəsinin üzvü olduğundan ucuzlaşmanın ölkəmizə təsirləri də şəksizdir. Bu, özünü əsas etibarilə Dövlət Neft Fondunun gəlirlərində göstərə bilər. 

Dövlət büdcəsinin icrasında, yəni mövcud büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlərin olacağı gözlənilmir. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində neftin hər bareli 55 dollar hesablanıb. Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30%-dən çox olmamaqla müəyyənləşir. 

Beləliklə, yeni büdcə qaydaları fiskal dayanıqlılığı təmin edir. Digər tərəfdən büdcəyə, vergi və gömrük orqanlarının daxilolmaları hər ay artır. 2020-ci ilin yanvar-fevral ayları üzrə vergi və gömrük orqanları büdcəyə 250 milyon manat əlavə pul ödəyib. Büdcədə 400 milyon manatdan çox profisit yaranıb. Bütün bunlar büdcə qarşısında Neft Fondunun öhdəliklərini azaldır. Bunu ötən 2 ay ərzində də görmək olar. 

Rəsmi məlumatlara görə, Neft Fondu büdcəyə hər ay təxminən 750-800 milyon manat transfer etməli olduğu halda transferti 300 milyon manata qədər azaldıb. Çünki transferti tam həcmdə yerinə yetirməsinə zərurət yaranmayıb. Qeyd etdiyimiz kimi vergi-gömrük planı artıqlaması ilə yerinə yetirib, DNF-nin planını da ödəyib. Belə halda Dövlət Neft Fondunun illik 11,4 milyard manat transfertinin 1 milyard manat az icra olunacağı təqdirdə belə büdcənin ümumi icrasında problemlər olmayacaq. 

İndiki şəraitdə birmənalı şəkildə söyləmək lazımdır ki, əhali panikaya düşməməlidir. Ötən krizisdə neftin qiyməti mövcud vəziyyətdən 4 dəfə ucuzlaşmışdısa, bu dəfəki şok zamanı 33 faiz enib, bununda 10 faizə yaxını artıq bərpa olunub. Digər tərəfdən neft bazarında bundan əvvəlki böhrandan sonra ölkənin maliyyə mövqeyi daha da möhkəmlənib, məcmu ehtiyyatlar böhrandan sonra- 2016-cı ilin nəticələri ilə müqayisədə 30 faiz artıb. Xarici dövlət borcu həmin müddət ərzində azaldılıb, bank sisteminin sabitlləşdirilməsi istiqamətində irəliləyişlər əldə olunub.

Azərbaycan hökuməti  proseslərə uyğun addımlar atmağa fokuslayıb. Əsas ana hədəf neftin qiymətinin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, tədiyyə balansına təsirlərini minimallaşdırmaqdır. Azərbaycan höküməti ölkə iqtisadiyyatına hazırki şəraitdə olan xarici təzyiqlərin neytrallaşdırılması üçün resursları var. Hökumətin davranışından görünən odur ki, dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan sosial blokla bağlı bütün öhdəliklər 2020-ci ildə tam icra olunacaq. Yalnız  təsdiq olunmuş investisiya layihələrinin icrası da təxirə düşmə ehtimalı var. Adekvat addımlar atmaqla prosesdən minimum ziyanla çıxmaq mümkündür.
 
Hazırda ən çox diqqətəçarpan məqamlardan biri valyuta bazarı ilə bağlıdır. Əhalinin sanki təşvişə düşərək əllərində olan pulları dollara çevirməyə növbəyə düzülüb. Bankların qarşısında böyük izdiham var, dövlətin məcmu valyuta ehtiyatları mövcud pul kütləsinin tam idarə edilməsinə və hətta hazırki neft qiymətlərinə və dövlətin neft gəlirlərinin azaldılması şəraitində manatın mübadilə məzənnəsinin sabit saxlanılmasına tam imkan verir. 

Mərkəzi Bankın və Dövlət Neft Fondunun təşkil etdiyi son hərracda 323 milyon dollar satılıb, hərracda heç bir ajiotaj yoxdur. Son iki gündə valyuta hərracında ümumilikdə 700 milyon dollara yaxın vəsait (hər gün təxminən 330 milyon dollar) satılıb. Mərkəzi Bankın valyuta bazarına yenidən aktiv qoşulması hiss olunur. Yəni dövlət tərəfindən dollar satışında hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Banklar da kifayət qədər valyuta alışı ilə təmin olunur. Dollar alışında ajiotajı yaradanlar əsasən möhtəkirliklə, qara yollarla pul qazanmaq istəyənlərdir. Təbii ki, istənilən şəxs qanunla qazanılmış vəsaitini banklarda mübadiləsini apara bilər burada heç bir məhdudiyyət yoxdur. Bütün bu amillər devalvasiyaya ehtimalını azaldır. 

2008 və 2015-ci ildə neft bazarında ucuzlaşma meyyləri göstərdi ki, bu qiymətlərin enməsi müavəqqəti xarakter daşıyır və əsas məsələ aralıq dövründə prosesi nəzarət alıtına almaq lazımdır. Hökumət 2008-də bunu bacardı, 2015-də isə yox. Hər halda ümid edək ki, 2015-ci ilin dərslərindən nəticə çıxaran hökumət bu aralıq dövrdə səhv qərarlar qəbul etməyəcək. 

Azərbaycanın sərəncamında olan ehtiyatlar da dayanıqlı sabitlik üçün əsas mənbədir, xüsusilə məzənnə dəyişikliklərinə yol verməmək üçün təhlükəsizlik yastığı var. Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri öhdəlikləri dayanıqlıdır və bu da tədiyyə balansının cari vəziyyətini normallaşdırır. Bütün bunların fonunda demək mümkündür ki, insanların dollar almaq üçün saatlarla növbəyə düzülməsinə ciddi əsaslar yoxdur.
 
Onu da nəzərə almaq lazımdır ki, neft bazarı hər zaman enmə və qalxmalarla müşahidə edilir, neftin qiymətinin ucuzlaşması koronovirusla bağlı neftə olan tələbatın azalması müvəqqəti xarakter daşıyır.

Q.İBRAHİMLİ

Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin