Hindistanın Ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousunun açılışı olub

06/03/2020 [18:10] - Cəmiyyət (495)



ANM Exhibitions Pvt. Ltd. şirkəti Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası və Hindistanın Bakıdakı Səfirliyinin dəstəyi ilə bu gün Hindistanın Ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousunun 7-ci buraxılışına start verib.

İstiqlal.az xəbər verir ki, xarici ölkələrdə keçirilən bu silsilə ticarət şou tədbirləri Hindistan sənayesinin müxtəlif sahələrə aid yüksək keyfiyyətli məhsullarını, xidmətlərini və texnologiyalarını davamlı surətdə bütün dünyaya təqdim edib. 

Hindistanın ən yaxşıları- Eksklüziv Hindistan məhsulları sərgisində yüksək keyfiyyətli məhsul və xidmətləri, o cümlədən düyü, çay, ədviyyat, hədiyyə, əl işləri, ev mebeli, tekstil, geyim, zinət əşyaları, kosmetika məhsullarını nümayiş etdirən 60-a yaxın Hindistan şirkəti iştirak edir.  
Tədbirdə əsas diqqət çəkən məqam isə Mahatma Qandinin anadan olmasının 150 illiyi ilə əlaqədar Hindistan Səfirliyi tərəfindən nümayiş olunan Xadi və kənd sənayesi məhsullarının sərgisidir. Muslin və ya mulmul olaraq da tanınan Xadi, hind sənətkarları tərəfindən əl ilə əyirilib toxunmaqla hazırlanan təbii lif parçadır. Pambıq, yun və ipək, eləcə də bu təbii liflərin birləşməsi olan Xadi Hindistan kəndlilərinin özünə inamının simvoludur.
 
Biznes və ticarətdən əlavə, tədbirdə Hindistanın zəngin mədəniyyət irsinin xalq rəqsləri vasitəsilə təmsil olunması Hindistanın ən yaxşıları təcrübəsinə əlavə dəyər qatır. 
Hindistanın ən yaxşıları şousunun rəsmi açılışı Hindistanın Azərbaycandakı səfiri B. Vanlalvavna və Millenial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti, Anil Triqunayat tərəfindən keçirilib. Açılışda həmçinin, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak edib.
 
Xatırladaq ki, tədbirdən əvvəl, ticarətin birgə təşviqi məqsədi ilə Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (MIICCIA) ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azerbaijan Respublikası TSP) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan Respublikası TSP-nın Bakıdakı ofisində səfiri  B. Vanlalvavnanın iştirakı ilə MIICCIA-nın prezidenti  Anil Triqunayat və Azərbaycan Respublikası TSP-nın prezidenti  Niyaz Əli-zadə tərəfindən  imzalanıb. 

Hindistan və Azərbaycan tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa söykənən sıx dostluq əlaqələinə malikdir. Hindistanla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 2019-cu ildə 1092 milyon ABŞ dollarına çatıb. Hindistan və Azərbaycan, azərbaycanlı peşəkar mütəxəssislər və tələbələr üçün tam ödənişli təlim proqramları təqdim edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində potensialın artırılması sahəsində də əməkdaşlığı davam etdirir. 


Hindistanın Ən yaxşıları- Ən böyük eksklüziv ticarət şousu 6-15 Mart 2020-ci il tarixlərdə saat 11:00-dən 19:00-dək Bakıda, M.Hüseynov küçəsi 26A (keçmiş Neftçilər prospekti) ünvanında yerləşən Bakı İdman Sarayında təşkil edilir. 
Sərgiyə giriş ödənişsizdir.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin