Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı

23/02/2020 [12:17] - Gündəm (134)



Bu günlərdə Avropada koronavirusdan bir neçə ölüm hadisəsi qeydə alınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İtaliyanın Veneto bölgəsinin Paduya şəhərində 78 yaşlı vətəndaş xəstəxanada vəfat edib.

Ölən şəxsin bu virusa necə yoluxduğu barədə dəqiq məlumat yoxdur. Hətta son günlərə qədər onun məhz koronavirus daşıdığına şübhə edilirdi. Lakin Venetonun qubernatoru Luka Zaya analizlərin müsbət nəticə verdiyini mətbuata etiraf edib. Daha sonra onun 67 yaşlı xanımında da eyni virus aşkarlanıb.

Qeyd etmək lazımdır ki, bundan öncə, Fransada Hubey vilayətindən gələn 80 yaşlı çinli turist eyni xəstəlikdən vəfat etmişdi.
Son məlumatlar virusun İtaliyanın digər bölgələrinə sıçradığını da göstərir. Polis Lombardiya əylətində 16 yoluxma hadisəsinin qeydə alındığını açıqlayıb. Onlardan 38 yaşlı bir italiyalının Çindən yeni gələn dostu ilə nahar etdiyi ortaya çıxsa da, həmin dostunda heç bir virusa rast gəlinməyib. Buna baxmayaraq, italiyalı vətəndaşın hamilə xanımı da yoluxanlar arasındadır.

Baş nazir Cüzeppe Konteni sözlərinə görə, ölkənin Səhiyyə nazirliyi həmin adamlarla kontaktda ola biləcək hər kəsin karantinə alınmasını əmr edib. Regional hökumətlərin bəyanına əsasən bunların sayı 250-dən çoxdur. Çünki xəstələnən adam bir neçə iş görüşməsində olub, hətta idman zallarına baş çəkib.

Lodi əyalətində isə, demək olar ki 50 min adam öz evlərində dustaq vəiyyətindədir. Əyalətin 10 şəhərində məktəblər, uşaq bağçaları, mağazalar və digər ictimai məkanlar bağlanıb. Bunlar Kazalpusterlenqo, Kodonyo, Kastilyone-d`Adda, Fombiyo, Maleo, Somalya, Bertoniko, Terranova-dey-Passerini, Kasteljerundo və San Fyorano şəhərləridir.

Bölgə daxilindəki bütün qatarların hərəkətləri dayandırılıb. Bundan başqa, Paduyada vəfat edən italiyalının yaşadığı Euqaneo şəhərində də eyni tədbirlər görülüb. Karantinin 14 gün sürməsi gözlənilir.

İtaliyanın baş naziri Cüzeppe Konte pandemiya ilə əlaqədar Şengen sazişinin dayandırılmasını istisna etməsə də, hələ ki buna ehtiyac olmadığını söyləyib.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin