Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”

22/02/2020 [13:51] - Siyasət (447)



Küveyt Dövlətinin milli bayramı - müstəqilliyinin 59-cu ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxışında deyib ki, əlamətdar gün ölkənin işğaldan azad olunmasının 29-cu, Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın hakimiyyətə gəlişinin 14-cü ildönümünə təsadüf edir.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat deyib ki, Küveyt-Azərbaycan əlaqələri son illər nəzərəçarpacaq dərəcədə inkişaf edib və bu, bir daha iki ölkənin siyasi rəhbərliyinin əlaqələri daha da inkişaf etdirmək, genişləndirmək əzmində olduğunun sübutudur. Ötən illər ərzində hər iki ölkə rəsmiləri tərəfindən bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladan səfir qeyd edib ki, ötən həftə Küveyt Dövlətinin Baş naziri Şeyx Sabah Xalid əl-Həmad Əl-Sabah Azərbaycana səfər çərçivəsind Prezident İlham Əliyevlə görüşüb. Görüşdə ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin, hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsi üçün ortaq səylərin artırılmasının əhəmiyyəti vurğulanıb. Hökumətlərarası birgə komissiyanın birinci və ikinci iclasları iki ölkə arasında mühüm sazişlərin imzalanması ilə yadda qalıb: “2016-cı ildə ölkələrimiz arasında imzalanan hava əlaqəsi haqqında hökumətlərarası saziş ötən illər ərzində Küveytdən Azərbaycana gələn turist sayının artmasına və ölkələrimiz arasında iqtisadi, ticari, sərmayə qoyuluşu və turizm sahələrində səmərəli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Hazırda hər iki ölkənin milli aviasiya şirkətləri həftədə 7 reys həyata keçirir. 2019-cu il ərzində Küveytdən Azərbaycana gələn turistlərin sayı 50 mindən çox olub”. 

Səfir deyib ki, Küveyt Dövləti 2018-ci ilin yanvarından 2019-cu ilin dekabrına kimi BMT TŞ-nin qeyri-daimi üzvü olub, bu müddət ərzində müxtəlif siyasi, regional qrupları layiqincə təmsil edib, bu qrupların beynəlxalq, regional müstəvidə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində iştirakının təmin olunmasında, xüsusən, humanitar məsələlər, vasitəçilik, münaqişələrin sülh yolu ilə həllində yaxından iştirak edib: “Küveyt Dövləti BMT TŞ-nın iclaslarında Suriyadakı humanitar böhran və Yəmənin suverenliyi və ərazi bütövlüyü məsələsində vahid və qətiyyətli mövqe sərgiləyib, Ərəb və İslam dünyasının başlıca problemi olan Fələstin məsələsini daim diqqət mərkəzində saxlayıb. Küveyt Dövləti məsələnin ədalətli və hərtərəfli həlli üçün beynəlrxalq birlik tərəfindən qəbul edilən müvafiq qərar və qətnamələrə əməl etməyin vacibliyini daim vurğulayıb. Bu qətnamələrin ən başlıcası 4 iyun 1967-ci ildəki sərhədlər daxilində paytaxt Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulması ilə bağlıdır”.  Diplomat əlavə edib ki, Küveyt dünyanın 105 ölkəsində ümumi dəyəri 20 milyard ABŞ dolları olan müxtəlif inkişaf proqramlarının həyata keçirilməsi məqsədi ilə kredit və ianələr ayırıb.

Azərbaycan hökuməti adından Küveyt xalqını bayram münasibəti ilə təbrik Xarici İşlər nazirinin müavini Ramiz Həsənov da son zamanlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələrun uğurla inkişaf etdiyini deyib. Nazir müavini bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir və hər iki ölkən  beynəlxalq təşkilatlarda  uğurla əməkdaşlıq edir. Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəklədiyini xatırladan RşHəsənov Küveytin bu addımının Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin