ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib

22/02/2020 [11:54] - Dünya (124)



Ötən həftə ABŞ Konqresinin Nümayəndələr palatasında xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. Burada kəşfiyyat strukturlarının rəhbərləri Rusiyanın 2020-ci il prezident seçkilərində də “Donald Trampın seçilməsi üçün yenidən hərəkətə keçdiyini” bildiriblər. 

Musavat.com xarici agentltiklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti özünün özəl qaynaqlarına söykənərək məlumat yayıb. Qəzet Donald Trampın kəşfiyyatın bu xəbərdarlığından olduqca qəzəbli olduğunu və həmin arqumentdən Demokrat partiyasındakı rəqiblərinin istifadə edə biləcəyini söylədiyini yazıb.

NYT-nin informasiyasına əsasən, Donald Tramp hətta buna görə Milli kəşfiyyat idarəsinin direktoru Cozef Maquayrı söyüb. Dövlət başçısını ən çox brifinqdə Nümayəndələr palatasının Kəşfiyyat komitəsinin sədri, demokrat Adam Şiffin iştirak etməsi əsəbiləşdirib. Belə ki, Adam Şiff Donald Trampa qarşı irəli sürülən impiçment prosedurunu başladan adam olaraq bilinir. Buna görə Tramp dünən  Cozef Maquayrı vəzifəsindən qovaraq onun yerinə Riçard Qrenelli təyin edib.

NYT brifinqdə Rusiyanın bir daha ABŞ-ın iç siyasətinə aktiv müdaxilə hazırlığında olduğu barədə informasiyalar səsləndirildiyini qeyd edib. Özü də ruslar bu dəfə xüsusi xidmət orqanları tərəfindən izlənməsi çətin olan metodlara əl atacaqlar. 

Belə ki, rus hakerlər əvvəlki illərdən fərqli olaraq özlərini daha amerikalılar kimi qələmə verməyəcək. Tam əksinə ABŞ vətəndaşlarının özlərini onlara sərf edən informasiyanı sosial şəbəkələrdə yaymağa məcbur edəcəklər. Bunun üçün Rusiya kəşfiyyatının ABŞ ərazisində xüsusi serverlər yerləşdirdiyi də qeyd olunur.

Brifinq zamanı Donald Trampın tərəfdarları kəşfiyyat xidmətinin gətirdiyi dəlillərə sərt şəkildə etiraz ediblər. Onlar prezidentin Rusiyaya tətbiq etdiyi sanksiyaları yada salaraq Kremlin Donald Trampa kömək göstərməsi üçün heç bir əsasın olmadığını söyləyiblər. 

“Kimsə mənə heç olmasa, Vladimir Putinin Berni Sandersdənsə Donald Trampı Ağ Evdə görmək istəməsi barədə real arqument desin”, - deyə respublikaçı konqresmen Kris Stüart bildirib.

Lakin demokratlar məsələnin daha ciddi olduğunu söyləyirlər. Prezidentliyə namizədlər Elizabet Uorren və Co Bayden Las-Veqasda keçrilən son debatlarda təhlükənin fərqində olduqlarını dilə gətiriblər.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin