İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı

22/02/2020 [10:00] - Gündəm (177)



İranın Qum şəhərində daha 3 nəfərdə koronavirus tapılıb. Bundan əvvəl də həmin şəhərdə iki nəfərin bu virusa yoluxduğu xəbər verilirdi.

Virtualaz.org xəbər verir ki, IRNA dövlət xəbər agentliyi Tehranın 140 kilometrliyində yerləşən Qumda bütün məktəblərin, o cümlədən, şiə seminariyaları da daxil bütün ali məktəblərin bağlandığını yazıb.

Virusun yayılmasından ehtiyat edən qonşu İraq sərhəd keçidlərini bağlayıb və İrana bütün uçuşları dayandırıb.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bununla  ölkədə COVID-19 virusuna yoluxanların sayı 5-ə çatıb. Fevralın 19-da bu virusdan ölmüş iki iranlı da sözü gedən 5 yoluxma halına daxildir. İran səhiyyə nazirinin müavini Məhəmməd Mehdi deyib ki, virusa yoluxanların heç birinin çinlilərlə birbaşa təmasının olduğu düşünülmür. Hakimiyyət orqanları hazırda virusun bu beş nəfərə hansı yolla yoluxduğunu müəyyənləşdirməyə çalışır. Versiyalardan biri də budur ki, virusu müqəddəs şəhəri ziyarət etmək üçün xaricdən gələn zəvvarlar gətirə bilərdilər.

Çindən evakuasiya edilmiş 60 iranlı tələbə 14 günlük karantindən sonra heç bir sağlamlıq problemi olmadan evlərinə buraxılıb.
Gün ərzində Azərbaycan-İran sərhədindən 8 000-ə yaxın insan keçir. Virusun Azərbaycana yayılma təhlükəsi varmı? Azərbaycanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər. Onun sözlərinə görə, ölkədə bu gün də vəziyyət nəzarət altındadır, lakin yenə də İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı yoxdur: “Ona görə də hələlik İrandan Azərbaycan üçün təhlükə olacağını gözləmirəm. Çünki xəstələnmiş insanların hamısı nəzarət altında saxlanılır və yoxlandıqdan sonra buraxılır”.

Mütəxəssis həmçinin qeyd edib ki, Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur: “Bütün sərhəd keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır. Koronavirusun yayıldığı ərazilərə gedərkən xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Əgər təmas məcburiyyəti olarsa belə qoruyucu maskalardan istifadə zəruridir. Müntəzəm şəkildə əllər yuyulmalı, yoxlanılmış qida məhsullarından istifadə edilməli və gedəcəkləri ərazi haqqında əvvəldən məlumatlı olmalıdırlar”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi ötən gün İranda koronavirusa yoluxma və ölüm halı aşkarlanması ilə əlaqədar Azərbaycanla İran arasındakı gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Komitənin müvafiq sərəncamlara əsasən, postlar tibbi ləvazimatlarla təmin olunub. Azərbaycan ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır. Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəkliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili-tibbi yardım xidmətinə məlumat verilir.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
14/07/2020 [13:09]:
Ordumuzun qələbə çalacağı gün uzaqda deyil
14/07/2020 [12:53]:
Pakistan Ermənistanın təxribatını pisləyib
14/07/2020 [12:49]:
Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
14/07/2020 [12:49]:
Koronavirus qızıl pasportları da dəyərsizləşdirib
14/07/2020 [12:15]:
Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib
14/07/2020 [11:46]:
"Mançester Yunayted" qələbəni son dəqiqədə əldən verib
14/07/2020 [11:12]:
Braziliyada bir sutkada 20,2 mindən çox insanda koronavirus aşkar olunub
14/07/2020 [10:40]:
"Türk Hava Yolları" beynəlxalq uçuşlarının sayını artırır
14/07/2020 [10:00]:
Kriştianu Ronaldo "Yuventus"da qalacaq
13/07/2020 [23:57]:
Ölkədə 76 obyektdə qayda pozuntuları aşkarlanıb
13/07/2020 [22:45]:
“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” – Ukrayna XİN-dən bəyanat
13/07/2020 [22:40]:
Azərbaycandan Ukraynaya 171 milyon dollarlıq neft ixrac edilib
13/07/2020 [21:39]:
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
13/07/2020 [21:23]:
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13/07/2020 [21:11]:
Qazaxstan Tovuzda baş vermiş təxribatla bağlı bəyanat verdi: “Yardım göstərməyə hazırıq”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin