Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır

21/02/2020 [22:22] - Gündəm (125)



İranın Qum şəhərində koronovirusdan iki nəfərin ölməsinə, bir neçə nəfərdə yoluxma hallarının aşkarlanmasına baxmayaraq azərbaycanlılar ucuz ərzaq, həkim və dava-dərman dalınca bu ölkəyə axışmaqda davam edir.

Virtualaz.org xəbər verir ki, ötən gün fevralın 20-də Astara sərhəd-keçid məntəqəsinin önündə həmişəki qələbəlik yaşanıb.  Yerli sakinlər deyirlər ki, İrana gedənlərin arası kəsilmirdi. Oradan qayıdanların isə əllərində müxtəlif yüklər vardı. Sərhədyanı ticarətlə məşğul olanlar deyir ki, Astara keçid məntəqəsi sutkada 24 saat işləyir: «Gecə-gündüz yolda hərəkət müşahidə olunur. Hətta İrandan gələn koronavirus xəbərləri də gediş-gəlişə mane olmayıb. İrana bazarlığa, müalicəyə, ziyarətə gedənlər var».

İrandan qayıdan Vüqar adlı bir Azərbaycan vətəndaşı deyib ki, orada bazarlıq etmək sərfəlidir: «Amerika dolları, manatımız orda bahadır. Buna görə oradan nə alsaq, sərf edir. Eyni ölçüdə olan xalça burda 350 manatdır, İranda isə 150 manata satırlar. Sərf edir. İran tərəfi ərzaq məhsullarını buraxmır. Tutaq ki, 2 kiloqram düyü gətirirsən, ona dəymirlər...».

Həmin şəxsin sözlərinə görə, virusla bağlı həm İran, həm də Azərbaycan gömrüyündə yoxlamalar aparılır: «Qızdırmanı yoxlayırlar. Ciddi yoxlayırlar. Kimdən şübhələnirlər, aparırlar xüsusi otaqlara, təzədən orada yoxlayırlar. İran Astarasının «Rus bazarı»nda oldum. Oraya İranın bütün bölgələrindən adamlar gəlir. Virusla bağlı narahatlıq gördüm...».
Gömrük məntəqəsinin ətrafında müştəri gözləyən  taksi sürücüsü  isə deyib ki, son günlər Azərbaycana gələn iranlıların da sayı artıb:  «Elə olur ki, bir nəfər maşının pulunu ödəyir, deyir, sür Bakıya. Adambaşına 10-15 manat alırıq. Qarşıdan Novruz bayramı gəlir (20-21 mart), müsafirlərin də sayı artacaq. Öz ölkələrindən narazılıq edirlər. İmkanı olanlar Bakıda ev alırlar. Elə İrandan gəlib Astara rayonunda ev, torpaq alanlar var. Elə bil, ölkədən qaçırlar. Öz aralarında yeni xəstəlikdən, ölənlərdən danışırdılar. Narahat idilər...».

Rusiyaya məxsus TIR sürücüsünün bildirdiyinə görə, Çində yayılan koronovirus onların işini pozub, qazanclarını əlindən alıb. «Bu virus məsələsi işimizi pozub. Biz Monqolustandan ət, Çindən tərəvəz məhsulları daşıyırdıq. O tərəflərə getməkdən qorxuruq. İrana üz tutmuşuq. Burda bizə məlumat verdilər ki, İranda da həmin virusdan ölənlər var. Çaşıb qalmışıq. Düzdür, biz İrana keçəndə hər iki gömrükdə bizi yoxlayırlar. Hara gedək? Ailəmizi dolandırmaq məcburiyyətindəyik”,-sürücü deyir.
İran İslam Respublikasında artıq 13 nəfərin koronavirusa yoluxduğu qeyd edilir. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb. İranda son günlər həmin virusdan 4 nəfərin öldüyü vurğulanır. Koronavirusun insana yoluxandan sonra inkubasiya dövrü azı 14 günə qədər çəkə bilər. Ona görə də mütəxəssislər sərhədlərdən keçənlərin temperaturunun yoxlanılmasını effektiv üsul hesab etmirlər.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin