Ali Komissar çağırış etdi

21/02/2020 [14:40] - Dünya (140)



Milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib. 

İstiqlal.az xəbər verir ki, hesablamalara görə, son aylarda İdlibdə 900 min nəfərdən artıq insan evlərini və ya sığınacaqlarını tərk edib. İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır. 

“İnsanların həyatlarının qorunması və təhlükəsiz yerlərə çıxış əldə edə bilməsi üçün döyüşlərə son qoyulmasına ehtiyac duyulur. BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb. Hər bir gün ötdükcə bu çağırışın aktuallığı artır. Minlərlə günahsız insan beynəlxalq birlikdəki parçalanmanın bədəlini ödəyə bilməz, beynəlxalq birliyin bu böhranın həllini tapa bilməməsi bizim kollektiv beynəlxalq vicdanımızda ciddi ləkəyə çevriləcəkdir. Əvvəllər olduğu kimi böhran məqamlarında mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər – hərçənd bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır. Artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün, hansı ki, onların 3,6 milyonu Türkiyədədir, beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır. İcazə verin açıq şəkildə bildirim, humanitar qurumlar olaraq biz insanların həyatlarını xilas etməyə çalışırıq, amma bu səylərimiz üçün məkan daralmaqdadır. Bu cür iztirabların qarşısında təkcə humanitar yardım çıxış yolu ola bilməz ” – Ali Komissar belə deyib.
  
Hesablamalara əsasən hazırda Suriyanın şimal-qərbində dörd milyondan artıq mülki əhali yaşayır. Onların yarısından çoxu məcburi köçkünlərdir. Onların çoxu illərlə didərginlik həyatı yaşayır və olduqları yerləri bir neçə dəfə tərk etməyə məcbur olublar. Yeni didərgin düşənlərin təxminən 80 faizi qadınlar və uşaqlardır. Bir çox ahıl insanlar da risk altındadırlar.
 
BMT və Suriyadakı və başqa yerlərdəki digər tərəfdaşlar İdlib zonasında didərgin insanlara yardımın təşkili üzərində həftələrlə işləyiblər. Didərginliyin intensivliyini və miqyasını nəzərə alsaq, sığınacaqlara ciddi ehtiyac var. Sərt qış havası (o cümlədən qar, daşqınlar, mənfi temperatur və yanacaq qiymətlərinin artması) çətinlikləri və iztirabları daha da artırır. 

Humanitar təşkilatlar mümkün olan bütün vasitələrlə, o cümlədən sığınacaq və təcili tibbi yardım dəstlərini Türkiyədən gətirməklə, yardımları insanlara çatdırmağa çalışırlar. Ərazilərdəki yerli tərəfdaşlar psixososial dəstəyin, hüquqi məsləhət və yardımın göstərilməsi və ən həssas vəziyyətdə olan insanların zəruri xidmətlərə çıxış əldə etməsi üçün çalışmaqda davam edirlər, amma onların özlərinin də çoxu qarışıqlıq şəraitində çalışırlar.  
Humanitar yardımların təhlükəsiz çatdırılması və humanitar işçilərin təhlükəsizliyi təmin edilməlidir. BMT QAK 275 minədək insana (55 min ailəyə) zəruri tələbat əşyaları ilə, İdlibdəki digər 84 min insana (14 min ailəyə) isə sığınacaqlarla yardım etməyə çalışır. O həmçinin 2,1 milyonadək insanın təcili tələbatlarını təmin etmək üçün regionda ehtiyat yardımlar, o cümlədən 400 min çadır yerləşdirib.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin