Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb

20/02/2020 [14:20] - İqtisadiyyat (404)



Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək. 
 Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən 

İstiqlal.az saytına daxil olan məlumatda bildirilir ki, “E-öyrənmə” platforması Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verməklə yanaşı, ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq. Burada Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. bu kimi məlumatlar yalnız yazı şəklində deyil, həmçinin audio və video formatda istifadəçilərə təqdim olunacaq. 
Kursun sonunda öyrənilən biliklərin yoxlanılması məqsədilə verilən suallara müəyyən vaxt limiti çərçivəsində uğurla cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar. Onlayn platformanın təqdimatı aprel ayının 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. 
Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir. 

Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək. 

Hazırda 150-dən çox yerli turizm şirkəti, hotellər, aktiv növ istirahət turizmi (atçılıq, qolf, xizəkçilik, “off-road” turları və s.) təşkilatçıları daxil olmaqla Azərbaycan turizm sənayesinin nümayəndələrinin qeydiyyatı təsdiqlənib. 
Tədbirdə öncədən təyin olunmuş görüş cədvəli çərçivəsində B2B (Biznesdən biznesə) görüşlər keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını etmək üçün imkan yaradılacaqdır.
Forumda iştirak etmək üçün qeydiyyat həm yerli, həm də xarici şirkətlər üçün onlayn şəkildə https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir. 

İlk dəfə keçirilən “Travel Businness Azerbaijan” eyni zamanda gələcəkdə ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin