Səfir : "2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən 3,85 milyard dollar ayrılacaq"

18/02/2020 [18:42] - İqtisadiyyat (187)



"Dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır". 

İstiqlal.az xəbər verir ki, bunu Hindistan iqtisadiyyatını şərh edən bu ölkənin Azərbaycandakı səfiri B.Vanlalvavna deyib. Diplomat deyib ki, Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatlar,  cilovlanan infilyasiya və sürətli inkişafla güclü qalmağa davam edir.  2019-cu ilin sonuna olan məlumata görə, ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir. Səfir qeyd edib ki, Hindistanın  Maliyyə Nazirliyi "Yaşayış rahatlığı" ili elan edilən  2020-2021-ci büdcə ili üçün bir sıra təkliflər irəli sürüb. "Aqrar təsərrüfatda, suvarma və kəndlərin inkişafı sahəsində icra olunacaq 16 fəaliyyət üçün büdcədən 28,18 milyard, səhiyyə sektoruna ayrılan vəsait 9,72 milyard, təhsil sektoruna isə 13,99 milyard dollar ayrılıb" deyən səfirin sözlərinə görə, 2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən, sənaye və ticarətin inkişafı və təşviqi üçün 3,85 milyard dolların ayrılacaq. Beş yeni "Ağıllı şəhər" proqramının Dövlət Şəxsi Tərəfdaşlığı müstəvisində hökumətlə birlikdə hazırlanması təklif edilib. Növbəti beş il ərzində infrastruktur sahəsinə investisiyaların 1,4 trilyon dollara çatacağı gözlənilir və 2024-cü ilədək "Udaan" Sxemini dəstəkləmək üçün daha 100 hava limanının tikilməsi və yenidən qurulması gözlənilir. Bundan əlavə, dövlət büdcəsindən qida sənayesi ilə bağlı 5,01 milyard dollar, qadınlara məxsus proqramlar üçün isə 4,03 milyard dollar ayrılıb. Büdcə orta sinif vergi ödəyicilərinə əhəmiyyətli dərəcədə rahatlıq verib və bununla da alıcılıq qabiliyyətinin yüksələcəyi güman edilir.

İnvestisiyanı təşviq etmək üçün, büdcə ictimai sektora aid banklarda şəffaflıq və daha yüksək peşəkarlıq gətirilməsini təklif edir. Hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq olacaq. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində sxem hazırlanıb.
Hindistan iqtisadiyyatı güclü xarici sərmayələr və iş mühitinin daim yaxşılaşdırılması hesabına inkişaf edib. Xarici hökumətlərin Suveren Sərvət Fondu tərəfindən investisiyanı sabitləşdirmək üçün, ən az kilidləmə müddəti ilə 31 mart 2024-cü ilə qədər olan üç il ərzində infrastruktur və prioritet sektorlara qoyulan investisiyalardan faiz, gəlir və kapital gəlirlərinə 100 faiz vergi güzəştinin verilməsi qərara alınıb. Hökumət bütün maraqlı tərəflərlə məsləhətləşmədən sonra aviasiya, media və sığorta sektorlarında birbaşa xarici investisiya üçün yeni imkanların yaradılması nəzərdən keçirir. Sığorta vasitəçiləri üçün 100 faiz birbaşa xarici investisiyaya icazə veriləcək və pərakəndə satış sektorunda xarici mənbələrin normaları birbaşa xarici investisiya üçün asanlaşdırılacaq. Qlobal bazar iştirakçıları tərəfindən ticarət üçün əlavə seçim olaraq beynəlxalq külçə birjaları qurulacaq və müəyyən edilmiş dövlət qiymətli kağızları qeyri-rezident investorlar üçün tam açılacaq.  Korporativ istiqrazlar üçün  Portfel Xarici İnvestisiya (FPI) limiti 15 faiz artırılıb.

Hindistan dünyanın ən sürətli inkişaf edən böyük iqtisadiyyata sahib ölkələrindən biridir. ÜDM-nin 2020-21-ci illərdə 6-6,5 faiz artacağı gözlənilir. Dünya Bankının Doing Business reytinqində, Hindistan 2014-cü ildəki 142-ci yerdən 2019-cu ildə 79-cu pilləyə yüksəlib, iqtisadiyyat, xidmət və İKT sektorunda 2019-2020-ci illər ərzində xarici investisiya 15 faiz artaraq 26,1 milyard dollara çatıb. Xaricdə yaşayan Hindistan vətəndaşları tərəfindən ölkəyə 38,4 milyard dollar pul köçürmələri daxil olub. Bütün ölkə üzrə kənd yerlərində 12,1, şəhərlərdə isə 13,9 milyon yeni iş yerinin yaradılması gözlənilir. Sosial xidmətlərə çəkilən xərclər sayəsində ölkə İnsan İnkişafı İndeksi sıralamasında mövqeyini yaxşılaşacaq. Hindistan Paris Sazişini həyata keçirmək əzmindədir və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi yolunda da irəliləyir.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin