Yaponiya XİN: Rusiya ilə danışıqlar yeni mərhələyə qədəm qoyur

17/02/2020 [19:50] - Siyasət (60)



Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, T.Moteqi bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.

“Mən qarşı tərəfə danışıqların davam etdirilməsi ilə əlaqədar öz fikirlərimi daha konkret şəkildə çatdırdım. Danışıqlar yeni mərhələyə keçir”, - deyə T.Moteqi jurnalistlərə müsahibəsində qeyd edib.

Yapon nazir vurğulayıb ki, Moskva və Tokio əsas məsələlər üzrə müsbət mövqelərin müzakirəsinə başlayıblar.
T.Moteqi əlavə edib ki, o, S.Lavrovu yaxın zamanlarda Tokioya səfərə dəvət edib. Hazırda səfərin vaxtı dəqiqləşdirilir.

Bu ərəfədə Yaponiyanın Xarici İşlər naziri Yaponiya ilə Rusiya arasında məsləhətləşmələrin gedişində irəliləyişə nail olunduğunu da qeyd edib. O, ümid etdiyini bildirib ki, ikitərəfli problemlərlə, o cümlədən sülh müqaviləsi ilə bağlı danışıqlar daha şəffaf xarakter almaqdadır.

Yapon həmkarını dəstəklədiyini qeyd edən S.Lavrov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin davam etdiriləcəyinə inandığını bildirib.
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Xəbər lenti
30/03/2020 [20:40]:
Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatıb
30/03/2020 [18:36]:
Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"
30/03/2020 [17:43]:
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
30/03/2020 [17:02]:
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
30/03/2020 [16:45]:
Azərbaycanda 273 nəfər koronavirusa yoluxub
30/03/2020 [16:40]:
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
30/03/2020 [15:33]:
Arif Rəhimov: "Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək"
30/03/2020 [14:31]:
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03/2020 [13:42]:
"Cəsarətli davrandıq, vaxtında qərar verdik..." - Soylu
30/03/2020 [13:26]:
Rusiyalı həkim açıqladı: "2-3 aya koronavirusla bağlı vəziyyət normallaşacaq"
30/03/2020 [13:07]:
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb
30/03/2020 [12:38]:
“Chanel” qoruyucu maska istehsal edəcək
30/03/2020 [12:18]:
Milli Kitabxana Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
30/03/2020 [11:41]:
Bu günədək Latviyada koronavirusdan ölüm faktı qeydə alınmayıb
30/03/2020 [11:14]:
Hava limanlarında uçuşlar bərpa olunub
30/03/2020 [10:43]:
Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
30/03/2020 [10:00]:
Tramp: "ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq"
29/03/2020 [23:55]:
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
29/03/2020 [15:37]:
Rusiya dövlət sərhədlərini bağlayacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rumıniya mətbuatı Novruz bayramı barədə məqalə yayıb
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Məktəblilərin tətil müddəti yenidən uzadıldı
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Şəkidə əhali arasında maarifləndirmə işləri aparılır
Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz"
Teatr aktyorları işdən azad edilib
Şuşa Dövlət Musiqili Dram Teatrı da nəcib təşəbbüsə qoşulub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin