Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər

17/02/2020 [10:48] - Siyasət (81)



Qarşıduran tərəflər hərbçilər arasında yaşanan toqquşmalara görə bir-birlərini suçlayırlar
Rusiya silahlı qüvvələrinin Suriydakı koordinaiya mərkəzinin rəisi, general-mayor Yakov Rezantsev bu ilin fevral ayının 12-də ABŞ əsgərləri ilə yerli əhali arasında çıxan insidentə görə qarşı tərəfi, yəni amerikalıları suçlayıb.

“Kommersant” qəzetinin verdiyi məlumata görə, rus general hadisənin Beynəlxalq antiterror koalisiyasının tərkibində xidmət göstərən hərbi qulluqçuların qeyri-qanuni hərəkətlərinin səbəb olduğunu bildirib.

Xatırladaq ki, bəhs olunan tarixdə Suriyanın şimalındakı Haseke əyalətində Amerika əsgərlərinin mülki əhaliyə atəş açdığı, nəticədə 1 azyaşlı uşağın həlak olduğu barədə xəbərlər çıxıb.

General Rezantsev amerikalı hərbçilərin planlaşdırılmış marşrutdan 3,5 kilometr uzaqlaşaraq mülki insanların yaşadığı məntəqənin içindən keçmək istədiklərini, bununla da yerli sakinlərdə qəzəb doğurduqlarını qeyd edib: “Maşınlardan biri yolda ilişib qalıb. Digəri isə sıradan çıxıb. Amerikalılara etiraz etmək üçün maşın karvanının ətrafına gəlmək istəyən əhaliyə isə atəş açılıb. Hələ onların bəxti gətirib ki, qəsəbənin dərinliklərinə doğru irəliləməyiblər”.

Onun sözlərinə görə, amerikalılar qurtulmaq üçün Rusiya əsgərlərindən yardım istəyiblər. Hadisə yerinə gələn rus hərbçiləri isə münaqişəni yatırıblar. Lakin ABŞ tərəfi Rusiya ordusunu bu cür hadisələrə şərait yaratmaqda günahlandırır.

“The New York Times” qəzetinin yazdığına görə, rus əsgərlər əldə olunan razılaşmalara əsasən müəyyən edilən ara məsafəni pozaraq bölgədə təhlükəsizliyi həyata keçirən ABŞ ordusuna məxsus avtomobillərlə tez-tez toqquşurlar. Rusiya helikopterləri isə amerikalı əsgərlərin mövqelərinə təhlükəli dərəcədə yaxınlaşırlar.

ABŞ generalı Rezantsevin əksinə, insident zamanı ABŞ əsgərlərinə hücum etmək istəyənlərin sadə vətəndaşlar deyil, Əsəd ordusunun hərbi qulluqçuları olduğunu bildirir.

“Biz onların təzyiq metodlarına əl atmaq istədiklərini bilirik. Rusiya bundan sonra da Suriyanın şimal-şərqində ABŞ və onun müttəfiqlərinin nəzarət etdiyi rayonlarda üstünlük qurmaq cəhdlərindən əl çəkməyəcək”, - deyə ABŞ ordusunun Xüsusi əməliyyat qüvvələrinin komandan müavini, vitse-admiral Tim Şimanski qəzetə söyləyib.
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin