Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi

16/02/2020 [00:02] - Siyasət (309)



Bir neçə gündür müxtəlif dairələr üzrə 9 fevral Milli Məclisə seçkilərin nəticəsindən etirazlar davam etməkdədir. Çoxsaylı saxtakarlıqğın və qanun pozuntusunun baş verdiyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi də bu sıradadır. 

Seçki dairəsinin nəticəsindən narazı qalan Zəngilan və Qubadlıdan olan məcburi köçkün xanımlar bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Biirnci xanım Mehriban Əliyevaya müraciət ediblər. Müraciəti olduğu kimi təqdim edirik: 

 “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  
  Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya

  Zəngilan və  Qubadlı rayonlarından məcburi köçkün xanımlar tərəfindən

                                                      MÜRACİƏT:

Hörmətli Mehriban xanım Əliyeva! 

Biz – Zəngilanlı və Qubadlı rayonundan olan xanımlar Sizin ədalət, humanizm, dürüstlük hissinizə inanaraq, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd (hazırki deputat) İsmayılov İmamverdi İbiş oğlunun dairə və komissiya üzvlərinin müxtəlif yollarla köməkliyi, saxtakarlıqla, ədalətsiz bir şəkildə qalib elan olunmasına etirazımızı bildirir və nəticənin ləğvini istəyirik. Bunun üçün sizdən kömək istəyirik.

Hörmətli Mehriban xanım Əliyeva! Siz hər zaman anaların, qadınların , uşaqların, bir sözlə hər bir Azərbaycan vətəndaşının, məcburi köçkünlərin ümid yerinə çevrilmisiniz, hər zaman ədalətin və haqqın carçısı olmusunuz. Biz də bir ana, Azərbaycan qadını kimi bu qədər saxtakarlıqla barışa, haqqımızın tapdanmasına susa bilmərik. Biz evimizdə övlad böyüdürük, şəxsiyyət yetişdiririk, onlara tərbiyə veririk, hüquqlarını qorumağı öyrədirik. Ancaq 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ətrafında yaşanan problemlərlə əlaqədar biz öz səsimizi qoruya bilmirik, haqsızlıqla barışır və  qanun pozuntuları ilə millət vəkili seçilməsini izlədiriksə, onlara necə nümunə ola bilərik?
   
Hörmətli Mehriban xanım Əliyeva! Biz cənab Prezident İlham Əliyevin və Sizin Azərbaycan, dövlətçilik naminə apardığınız işləri dəstəkləyirik.

Neçə vaxtdır seçkilərlə bağlı verilən açıqlamalara, ölkədəki müsbət dəyişikliyə inanıb ümidləndik, gedib səs verdik. İnandıq ki, nəhayət 25 ildir bizi bir vətəndaş, seçicisi kimi bizi saya almayan bu deputatdan (İmamverdi İsmayılov) xilas olacağıq, səsimizi eşitdirə biləcəyimiz bir millət vəkilimiz olacaq. Amma bütün ümidimiz suya düşdü. 

Seçki günü baş verən nə qədər saxtakarlıqdan, hətta əvvəlki deputatın yenidən seçilməsindən sonra son ümid olaraq toplaşıb bu müraciəti edirik. Bir ana, vətəndaş , məcburi köçkün həyatı yaşayan qadınlar kimi bunu özümüzə borc bilirik. Övladlarımızın gələcəyi naminə bu qanunsuzluğa yol verə bilmərik. Ümidimiz Sizə və cənab Prezident İlham Heydər oğlu Əliyevədir. İnanırıq ki, bizim Sizə olan müraciətimizə həssasiyyət göstərəcək və səsimizə səs verəcəksiniz. “Siz səs versəniz də, verməsəniz də seçiləcəyəm” deyən bir şəxsin bizim deputatımız olmasına imkan verməyəcəksiniz. Öncədən təşəkkürlər!”

Həmçinin, xanımlar bir araya gələrək Birinci xanıma fikirlərini videomüraciət vasitəsilə də çatdırıb və ədalətin bərpa olunacağına inandıqlarını bildiriblər. 
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir - Qüdrət Həsənquliyev
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/04/2020 [23:59]:
Rusiyada konstitusiya düzəlişlərinə dair referendum yaxın aylarda keçirilə bilər
06/04/2020 [22:47]:
Ötən il külək və günəş elektrik enerjisi istehsalı artıb
06/04/2020 [21:37]:
Respublika Uşaq Kitabxanasının saytına yeni uşaq mahnıları əlavə edilib
06/04/2020 [21:06]:
Qüdrət Həsənquliyev əfv sərəncamından danışdı
06/04/2020 [20:22]:
Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi
06/04/2020 [18:40]:
"Zenit"də futbolçuların maaşı 50 faiz azaldı
06/04/2020 [17:33]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
06/04/2020 [17:30]:
UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
06/04/2020 [16:48]:
Su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib
06/04/2020 [16:47]:
Akif Çovdarov əfv edildi
06/04/2020 [16:44]:
İlham Əliyev əfv sərəncamı imzaladı
06/04/2020 [16:02]:
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06/04/2020 [15:36]:
Qarabağ separatçısı “seçki”lərə qarşı çıxdı - koronavirusa görə
06/04/2020 [14:23]:
Neftin qiyməti yenidən ucuzlaşır
06/04/2020 [13:42]:
Musiqili Teatr beynəlxalq layihəyə imza atıb
06/04/2020 [13:20]:
UFC turniri baş tutacaq, Həbib Nurməhəmmədov qatılmayacaq
06/04/2020 [12:50]:
COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?
06/04/2020 [12:22]:
Çin martın əvvəlindən bəri 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
06/04/2020 [11:41]:
Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
06/04/2020 [11:12]:
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
06/04/2020 [10:23]:
UEFA prezidenti FIFA-nı tənqid etdi
06/04/2020 [10:00]:
Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır - film kimi həyat hekayəsi…
05/04/2020 [23:59]:
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12 faizdən çox artıb
05/04/2020 [22:11]:
UEFA lisenziyalaşdırma proseduru ilə bağlı yeni qərarlar qəbul etdi
05/04/2020 [21:32]:
Britaniyada bir gündə 600-dən çox insan COVID-19-dan öldü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Mehriban Əliyeva: Hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməliyik"
"Azərbaycan hökuməti Çinə müxtəlif yollarla güclü dəstək verdi"
Ölkə başçısı yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
Avropa İttifaqından Azərbaycana dəstək
Koronavirus Pandemiyası zamanı Azərbaycanda peşə tələbələri üçün onlayn tədris
Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi
Nəsimi rayonunda sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır
Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur
BMT-nin Baş katibi: "Üzləşdiyimiz misilsiz pandemiya ilə mübarizəyə qollarımızı çirmələyək"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin