Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb

15/02/2020 [00:54] - Gündəm (865)



Əməkdar jurnalist Prezidentə ünvanlandırdığı məktubu feysbuk sosial şəbəkəsindəki hesabında paylaşıb. Məktubda deyilir:

“Salam, cənab Prezident!

Sizə bu müraciəti 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman kimi edirəm. Amma cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi.

Cənab Prezident! İslahatlar Proqramı çərçivəsində Parlamentin də yeniləməsi zərurəti şəxsən məni bu seçkilərə qatılmağa ruhlandırdı. Üstəgəl doğulduğum bölgənin insanlarının belə bir təşəbbüslə çıxış etməsindən sonra qəti qərara gəldim ki, bəli mən də Parlament seçkilərinə qatılacam. Çünki, Oğuz və Qəbələnin bu dairəyə düşən kəndlərinin sözün əsl mənasında islahatçı, yenilikçi, işgüzar, sadə camaatın dilindən anlayan bir deputata ehtiyacı vardı. Və qatıldım da. Təşviqatın ilk günü rastlaşdığım mənzərə sadəcə belə idi: yenicə bələdiyyə seçkilərindən çıxan yorğun, ümidsiz, çarəsiz, inamsız, seçkini baykot etməyə hazır adamlar. Onlarla dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.

Cənab Prezident! Əgər camaatımın inamı, sevgisi olmasaydı,bu görüşləri keçirmək asan olmayacaqdı. Çünki, qarşı tərəf əlindəki inzibati rıçaqlardan istifadə etməklə hər vəchlə seçicilərlə görüşə mane olurdular. Mənim əsas rəqibim Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavinidir. Digər qardaşı Mahir Naxçıvanlı Oğuz rayon Təhsil Şöbəsində vəzifə tutur. Bu ailə ilə qohumluq münasibətində olan Səyyaf Abbasov Oğuz İH-nin ərazi idarəetmə şöbəsinin müdiri kimi bütün icra nümayəndələrinə tapşırıq vermişdi. Şəkillərim cırılırdı, camaat arasında bizə yox, qarşı tərəfə səs verməklə bağlı təbliğat aparılırdı, insanlara hədə, qorxu gəlirdilr. Çox təəssüf edirəm ki, bu zaman xüsusilə Aqiyə Naxçıvanlının həyat yoldaşı Hüseyn müəllimin Prezident Aparatında işlədiyini, qaynı oğlu Şahmar Mövsümovun isə Prezidentin köməkçisi olduğunu məqsədli şəkildə yayırdılar. Qanun pozuntuları ilə bağlı hələ təşviqat dövründə Oğuz 117 saylı dairəyə, sonra isə MSK-ya müraciət etdik. Bu pozuntular Aqiyə xanımın təşviqat dövründə bir tələbənin təhsil haqqını ödəməsi, İcra Hakimiyyətində vəzifə tutan Saleh müəllimin onun təbliğatında iştirakı, qardaşı Yusif Naxçıvanlının başçının müavini vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmaması, bununla da təsir mexanizmi gücünü özündə saxlaması və s bu qəbildən olan məsələlər idi. Təəsüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular.

Nəhayət seçki günü əsl rüsvayçılıq yaşandı. Axşam saatlarına qədər diqqətçəkən qanun pozuntuları olsa da bu kütləvi xarakter almamışdı. Amma saat 18.00 ərəfəsində məntəqələrdə millətin, dövlətin, Prezidentin yürütdüyü islahatların adına yaraşmayan biyabırçılıq hökm sürdü. Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə xanımı üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı. Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var. Deməli həm də 41 qanunsuzluq, 41 cinayət faktı.

Cənab Prezident! Biz konkret faktlarla Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Sizin Atanızın, bizim ümummilli liderimiz Heydər Əliyevin bir sözü var: Qoy Ədalət zəfər çalsın! İnanıram ki, Ədalət zəfər çalacaq! Çünki arxamızda Dövlətimiz, Prezidentimiz, xalqımız, başımızın üstündə Allahımız var!”
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
Azərbaycanda pensiyalar artacaq
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
Xəbər lenti
18/01/2021 [18:24]:
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
18/01/2021 [17:58]:
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
18/01/2021 [17:11]:
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
18/01/2021 [17:02]:
Azərbaycanda pensiyalar artacaq
18/01/2021 [16:22]:
"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var" - İlham Əliyev
18/01/2021 [15:23]:
“UEFA-nın qərarı əsl dəlilikdir” – Berti Foqt
18/01/2021 [14:36]:
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
18/01/2021 [13:45]:
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
18/01/2021 [12:59]:
Neft bazarında canlanma ehtimalı
18/01/2021 [12:04]:
Qarabağda Mədəniyyət Muzeyi yaradılacaq
18/01/2021 [11:13]:
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
18/01/2021 [10:37]:
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
18/01/2021 [09:34]:
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin