Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır

15/02/2020 [00:33] - Siyasət (177)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

İstiqlal.az Q.Həsənquliyevin həmin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Sizi parlament seçkilərindəki qələbə münasibətilə təbrik edirik. Seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Çox sağ olun. İlk növbədə seçkilərdə mənə dəstək olmuş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Seçicilərimi bir daha əmin etmək istəyirəm ki, onların etimadını doğrultmağa çalışacam və onlar heç vaxt məni seçdiklərinə görə peşimançılıq hissi keçirməyəcəklər.

Seçkinin nəticələrinə gəldikdə, BAXCP-nin parlamentdə yerlərinin sayını artıra bilməməsinə, ümumilikdə isə müxalifətin fraksiya yaratmaq imkanı əldə edə bilməməsinə təəssüflənirəm.

Amma təsəlliverici məqam ondan ibarətdir ki, partiyamız parlament təmsilçiliyini qoruyub saxladı. Eyni zamanda ümid edirəm ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.

- Seçkilərin keçirilməsi zamanı baş vermiş qanun pozuntuları barədə nə deyə bilərsiniz?

- Hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur. Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Buna baxmayaraq, Azərbaycan Prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq. Seçkilərin gedişində izlədiyimiz bəzi qanun pozuntuları mövcud mojaritar seçki sistemindən qaynaqlanır. Mojaritar seçki sistemi təsadüfi adamların həm namizəd olmasına, həm də parlamentə düşməsinə, regionçuluğa və etnik separatizmə yol açır. Həm də nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkə üzrə səslərin 49 faizini alsın, amma parlamentdə bir deputatla belə təmsil olunmasın. Bu isə ölkədə siyasi sabitliyə ciddi təhdid ola bilər. Biz bu seçkilərdə dövlətçiliyimiz üçün ciddi problemlər yarada biləcək belə meylləri müşahidə etdik. Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə “bazarlıq” etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı. Bütün bunları gördüyümüzdən biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq.

Proporsional seçki sistemində namizədlər öncə peşəkar siyasətlə məşğul olan partiyaların ali kollegial orqanları səviyyəsində seçilir. Bu halda təsadüfi adamların namizədlər siyahısına düşmə ehtimalı xeyli azalır.

- Qüdrət bəy, seçkilərin nəticələrindən narazı qalmış insanlardan istifadə edib ölkədə sabitliyin pozulmasına edilən cəhdlər barədə nə deyə bilərsiniz?

- Hər kəs qanunvericiliyə uyğun şəkildə etiraz edə bilər. Amma MSK rəhbərliyinin verdiyi açıqlamalardan sonra qanun pozuntularına etiraz edən sağlam düşüncəli insanlar müvafiq orqanların qərarlarını gözləyəcəklər. Təxribatçıların və bu seçkilərdə verdikləri ziddiyyətli açıqlamaları ilə öz qeyri-ciddiliklərini ortaya qoymuş adamların çağırışları ilə xalqımızın küçələrə çıxması mümkün deyil.
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Səsvermə başa çatıb
Xəbər lenti
17/02/2020 [13:15]:
“Toya bir gün qalmış” tamaşası nümayiş olunub
17/02/2020 [12:44]:
Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”
17/02/2020 [12:32]:
BƏƏ beş il ərzində Yəmənə 5.59 milyard dollar yardım edib
17/02/2020 [12:22]:
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
17/02/2020 [11:50]:
Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi
17/02/2020 [11:20]:
Cavad Zərif Avropaya çağırış edib
17/02/2020 [10:48]:
Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər
17/02/2020 [10:00]:
Almaniya müraciət edən uyğurların 96 faizinə sığınacaq verib
16/02/2020 [23:58]:
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi
16/02/2020 [22:14]:
Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb
16/02/2020 [21:53]:
Emmanuel Makron: "Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz"
16/02/2020 [20:45]:
"Messinin də istirahət vaxtı olacaq" - Setyen
16/02/2020 [19:37]:
İsmayıl Şıxlı xatirələrdə
16/02/2020 [18:48]:
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artır
16/02/2020 [17:50]:
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
16/02/2020 [16:38]:
Dərinizi qurudan amillərdən uzaq olun
16/02/2020 [15:48]:
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
16/02/2020 [15:28]:
Çin milli valyutanı da karantinə saldı
16/02/2020 [14:30]:
Suriyalıların ümid qapısı - yenə Türkiyə
16/02/2020 [13:51]:
Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib
16/02/2020 [13:13]:
"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
16/02/2020 [12:48]:
Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək
16/02/2020 [12:18]:
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
16/02/2020 [11:53]:
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil
16/02/2020 [11:15]:
Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda bir beçə xəstəliyin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir
Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept
Rusiyada cinayət törədib Azərbaycanda gizlənən 5 nəfər tutuldu
Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
İlham Əliyev Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin