Nazirlik: "Tədbirlər görülməlidir"

15/02/2020 [11:45] - Gündəm (163)



Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin Aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən danışıb.

Ötən il yerli təhsili idarəetmə orqanlar rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə regional zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan C.Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər. Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır. Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. M.Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.

Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.

Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub.
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Xəbər lenti
30/03/2020 [18:36]:
Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"
30/03/2020 [17:43]:
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
30/03/2020 [17:02]:
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
30/03/2020 [16:45]:
Azərbaycanda 273 nəfər koronavirusa yoluxub
30/03/2020 [16:40]:
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
30/03/2020 [15:33]:
Arif Rəhimov: "Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək"
30/03/2020 [14:31]:
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03/2020 [13:42]:
"Cəsarətli davrandıq, vaxtında qərar verdik..." - Soylu
30/03/2020 [13:26]:
Rusiyalı həkim açıqladı: "2-3 aya koronavirusla bağlı vəziyyət normallaşacaq"
30/03/2020 [13:07]:
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb
30/03/2020 [12:38]:
“Chanel” qoruyucu maska istehsal edəcək
30/03/2020 [12:18]:
Milli Kitabxana Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
30/03/2020 [11:41]:
Bu günədək Latviyada koronavirusdan ölüm faktı qeydə alınmayıb
30/03/2020 [11:14]:
Hava limanlarında uçuşlar bərpa olunub
30/03/2020 [10:43]:
Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
30/03/2020 [10:00]:
Tramp: "ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq"
29/03/2020 [23:55]:
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
29/03/2020 [15:37]:
Rusiya dövlət sərhədlərini bağlayacaq
29/03/2020 [14:44]:
“Standard & Poor's” ECB-nin kredit reytinqini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rumıniya mətbuatı Novruz bayramı barədə məqalə yayıb
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Məktəblilərin tətil müddəti yenidən uzadıldı
Rusiya taxıl məhsullarının ixracına qadağa qoyub
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Şəkidə əhali arasında maarifləndirmə işləri aparılır
Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz"
Teatr aktyorları işdən azad edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin