BMT-nin İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə “Missiya 1.5” kampaniyasına başlayır

14/02/2020 [13:07] - Cəmiyyət (457)



“Missiya 1.5” kampaniyasının başlanması münasibətilə, məşhurlar və gənc fəallar BMT rəsmiləri, hökumətlər və vətəndaş cəmiyyəti ilə bir araya gəlib. 

İstiqlal.az xəbər verir ki, bu kampaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qoyulmuş yüksək hədəflərlə bağlı hökumətlərlə vətəndaşlar arasında olan kommunikasiya boşluğunu aradan qaldırmaq məqsədini daşıyır.

“Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməli olduğuna dair öz mövqelərini hökumət rəhbərlərinə bildirməsi üçün imkan yaradır. BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərlik etdiyi kampaniya dünyanın hər yerində vətəndaşlarla hökumətlər arasındakı kommunikasiya çatışmazlığının aradan qaldırılmasına yönəlib. Bu çatışmazlıq dünyanın müxtəlif yerlərində vətəndaşlar tərəfindən ictimai rəyin məktəb tətilləri, kütləvi etiraz kimi kəskin formalarda ifadə olunmasına gətirib çıxarıb.

Kampaniya, BMTİP və oyun hazırlanması, iqlimşünaslıq və ictimai sorğuların keçirilməsi üzrə ekspertlərlə birgə hazırlanmış internet və mobil əsaslı video oyun üzərində qurulub. Bu oyunda oyunçular iqlim siyasətləri üzrə məsul şəxslərin vəzifələrini icra edir və qlobal istiləşməni 1.5°C aşağı temperaturda saxlamaq məqsədilə qərarlar verirlər.
Oyundan sonra, oyunçulardan iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülməsini istədikləri əsas tədbirlərlə bağlı səs vermələri xahiş olunur. Bu məlumatlar təhlil edilir və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ictimai rəylə bağlı etibarlı məlumatlara çıxışı olmayan hökumətlərə təqdim edilir.
Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib və 2015-ci ildə Parisdə keçirilən iqlim dəyişikləri ilə bağlı danışıqlardan öncə həyata keçirilib.

“Mission 1.5” oyununa www.mission1point5.org saytından daxil olmaq və dünyanın istənilən nöqtəsindən oynamaq mümkündür.

BMTİP-in rəhbəri Akim Ştayner bildirib ki, bu kampaniya vasitəsilə özəl və dövlət sektorundan olan tərəfdaşlarla birlikdə, milyonlarla insanı öz hökumətləri ilə iqlim böhranının həlli yolları barədə ikitərəfli innovativ müzakirələrdə bir araya gətirmək və bu il Qlazqoda keçiriləcək “COP26” iqlim danışıqları ərəfəsində hədəfləri yüksəltmək imkanı əldə edilir. 

BMTİP, iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üzrə düşünülmüş siyasətlərin qəbulu, enerjidən səmərəli istifadənin təşviqi, CO2 tullantılarının azaldılması və iqlim dəyişikliyinin səbəb olduğu ekstremal meteoroloji hadisələrə hazırlıq istiqamətində Azərbaycan Hökuməti və milli tərəfdaşlarla 20 ildən artıqdır ki, yaxından əməkdaşlıq edir.

BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti deyib ki, Azərbaycanda BMTİP Hökumətin Paris Sazişinə uyğun olaraq, 2030-cu ilədək istixana effekti yaradan qazların tullantılarını 35 faiz azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək göstərir: "Buna nail olmaq üçün enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar kimi alternativ vasitələrə dəstəyin artırılması çox vacibdir, çünki bu alternativ vasitələr öz növbəsində minlərlə yeni “yaşıl” iş yerinin açılmasına imkan verərək, iqtisadiyyatın şaxələndirilməsinə kömək edə bilər".
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Xəbər lenti
30/03/2020 [21:22]:
İran portalı Bakının tarixi və görməli yerlərindən yazıb
30/03/2020 [20:40]:
Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatıb
30/03/2020 [18:36]:
Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"
30/03/2020 [17:43]:
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
30/03/2020 [17:02]:
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
30/03/2020 [16:45]:
Azərbaycanda 273 nəfər koronavirusa yoluxub
30/03/2020 [16:40]:
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
30/03/2020 [15:33]:
Arif Rəhimov: "Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək"
30/03/2020 [14:31]:
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03/2020 [13:42]:
"Cəsarətli davrandıq, vaxtında qərar verdik..." - Soylu
30/03/2020 [13:26]:
Rusiyalı həkim açıqladı: "2-3 aya koronavirusla bağlı vəziyyət normallaşacaq"
30/03/2020 [13:07]:
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb
30/03/2020 [12:38]:
“Chanel” qoruyucu maska istehsal edəcək
30/03/2020 [12:18]:
Milli Kitabxana Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
30/03/2020 [11:41]:
Bu günədək Latviyada koronavirusdan ölüm faktı qeydə alınmayıb
30/03/2020 [11:14]:
Hava limanlarında uçuşlar bərpa olunub
30/03/2020 [10:43]:
Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
30/03/2020 [10:00]:
Tramp: "ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq"
29/03/2020 [23:55]:
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Şəkidə əhali arasında maarifləndirmə işləri aparılır
Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz"
Teatr aktyorları işdən azad edilib
Şuşa Dövlət Musiqili Dram Teatrı da nəcib təşəbbüsə qoşulub
“Google” “COVID-19”la mübarizəyə 800 milyon ABŞ dolları ayıracaq
Merkel Trampla koronavirus təhlükəsini və Əfqanıstandakı vəziyyəti müzakirə edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin