Aİ: Suriyada Rusiya və Türkiyə arasında qarşıdurma riski yaranıb

13/02/2020 [13:44] - Siyasət (165)



“Suriyada Rusiya və Türkiyə hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib.

“Suriyadakı müharibə artıq 9 ildir davam edir. Hazırda ölkənin şimal-qərbində ağır humanitar fəlakət və təhlükəsizlik böhranı hökm sürür. Suriyanın digər bölgələrində qeyri-sabitlik və dramatik insan əzablarına şahid oluruq. İdlibdə hərbi əməliyyatların intensivləşməsi yüzlərlə mülki şəxsin öldürülməsinə səbəb olub. Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə, tibb müəssisələrinə və yaşayış məntəqələrinə hücumlar davam edir. Bütün bunlar beynəlxalq humanitar hüququn açıq və ciddi şəkildə pozulmasıdır”, - deyə C. Borrell bildirib.

Suriya hakimiyyəti ilə Türkiyə qüvvələri arasında qarşıdurmalar baş verdiyini vurğulayan Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, Türkiyə və Rusiya hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb.

C. Borrell bu gərginliklərin daha geniş regional qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb. O əlavə edib ki, Ankara və Moskva arasında razılaşdırılmış atəşkəs tətbiq edilməlidir.

C. Borrell qeyd edib ki, Aİ-nin Suriyada və ətraf regionda maraqları var: “Daha artıq regional qeyri-sabitliyə və əlavə miqrant böhranına dözə bilmərik. İŞİD və digər terror təşkilatlarının Avropanın kandarında yenidən canlanmasının qarşısını almalıyıq. Avropa İttifaqının vəzifəsi BMT Təhlükəsizlik Şurasının legitimliyini də əhatə edən qaydalara əsaslanan beynəlxalq nizamı qorumaqdır. Suriya rejiminin son hərbi qazancları sabitlik gətirmir. Suriya rejimi hərbi məntiq və xalqının repressiyalarını davam etdirdikcə Suriyada sülh və sabitlik olmayacaq”.

O bildirib ki, Aİ BMT-nin Xüsusi Nümayəndəsi Geyr Pedersenin Cenevrədə Konstitusiya Komitəsinin fəaliyyəti istiqamətində səylərini dəstəkləməyə davam edəcək: “Suriya xalqını deyil, rejimlə əlaqəli və onun repressiv və qeyri-insani siyasətinə görə məsuliyyət daşıyan şəxsləri və qurumları hədəf alan Aİ sanksiyalarının tətbiqi davam edəcək. Suriyadakı münaqişə geosiyasi mübarizədir. Suriya xalqı naminə və öz maraqlarımızı qorumaq üçün məsuliyyət daşıyırıq. Çətin olsa da, digər beynəlxalq maraqlı tərəflərlə, Rusiya, ABŞ, Türkiyə və digərləri ilə ortaq maraqları müəyyənləşdirmək üçün səylərimizi daha da artırmalıyıq”.
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Səsvermə başa çatıb
Xəbər lenti
17/02/2020 [12:44]:
Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”
17/02/2020 [12:32]:
BƏƏ beş il ərzində Yəmənə 5.59 milyard dollar yardım edib
17/02/2020 [12:22]:
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
17/02/2020 [11:50]:
Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi
17/02/2020 [11:20]:
Cavad Zərif Avropaya çağırış edib
17/02/2020 [10:48]:
Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər
17/02/2020 [10:00]:
Almaniya müraciət edən uyğurların 96 faizinə sığınacaq verib
16/02/2020 [23:58]:
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi
16/02/2020 [22:14]:
Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb
16/02/2020 [21:53]:
Emmanuel Makron: "Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz"
16/02/2020 [20:45]:
"Messinin də istirahət vaxtı olacaq" - Setyen
16/02/2020 [19:37]:
İsmayıl Şıxlı xatirələrdə
16/02/2020 [18:48]:
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artır
16/02/2020 [17:50]:
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
16/02/2020 [16:38]:
Dərinizi qurudan amillərdən uzaq olun
16/02/2020 [15:48]:
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
16/02/2020 [15:28]:
Çin milli valyutanı da karantinə saldı
16/02/2020 [14:30]:
Suriyalıların ümid qapısı - yenə Türkiyə
16/02/2020 [13:51]:
Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib
16/02/2020 [13:13]:
"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
16/02/2020 [12:48]:
Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək
16/02/2020 [12:18]:
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
16/02/2020 [11:53]:
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil
16/02/2020 [11:15]:
Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək”
16/02/2020 [10:49]:
Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda bir beçə xəstəliyin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir
Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept
Rusiyada cinayət törədib Azərbaycanda gizlənən 5 nəfər tutuldu
Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
İlham Əliyev Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin