Səfir: “İranla Azərbaycanın qardaşlığı və dostluğu əbədidir”

11/02/2020 [13:06] - Cəmiyyət (339)



İran İslam İnqilabının 41-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Cavad Cahangirzadə ölkənin inqilab tarixindən və inkişaf yolundan söz açıb: “Azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir. Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. Bizim qüdrətimiz öz daxilimizdən qaynaqlanıb və İran öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün yalnız böyük güclərin mənafeyini təmin edən heç bir hərbi və təhlükəsizlik blokuna qoşulmağa möhtac deyil. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir”. Onun sözlərinə görə, onilliklər ərzində ABŞ tərəfindən tətbiq edilən sanksiyalar İranı diz çökdürə bilməyib və bütün bu sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir. 
Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, İİR bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir, Azərbaycana gəldikdə isə mümkün olan ən yüksək əlaqələri arzu edirlər. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu əbədidir. Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. Diplomat deyib ki, Prezident Həsən Ruhaninin dəvəti ilə Prezident İlham Əliyev yaxın günlərdə Tehrana səfərə gedəcək. 
 
Azərbaycan hökuməti adından İran xalqını bayram münasibəti ilə təbrik edən Baş Nazirin müavini Şahin Mustafayev deyib ki, qarşılıqlı hörmətə və dostluğa, İslam irsinə əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Ş.Mustafayev bildirib ki, indiyədək 150-dən çox sənəd, o cümlədən iqtisadi sahədə bir sıra mühüm sənədlər imzalanıb: "2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin imzalanması ölkələrimiz arasında çoxtərəfli formatda da əməkdaşlığın genişləndiyini göstərir. Əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın və parlamentlərarası işçi qruplarının da mühüm rolu var". Ticari əlaqələrə toxunan Baş nazirin müavini deyib ki, 2018-ci illə müqayisədə 2019-cu il qarşılıqlı ticarət dövriyyəsi təxminən 11 faiz artaraq 500 milyon dollara çatıb. Əsas hədəf qarşılıqlı ticarət həcmini daha da artırmaqdır. O deyib ki, hər iki ölkədə iş adamlarının iştirakı ilə müntəzəm biznes forumlar, sərgilər və digər işgüzar tədbirlər keçirilir. İran sahibkarları tərəfindən ölkəmizə 3,5 milyard dollar investisiya yatırıldığını xatırladan Ş.Musayev bildirib ki, Azərbaycanda sənaye, tikinti, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1614 İran şirkəti fəaliyyət göstərir. 
Ş.Musayev sonda əlavəe dib ki,  İran İslam Respublikası Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını qınayan ilk ölkələrdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İranın nümayiş etdirdiyi ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin ruhuna tam uyğundur.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Xəbər lenti
30/03/2020 [21:22]:
İran portalı Bakının tarixi və görməli yerlərindən yazıb
30/03/2020 [20:40]:
Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatıb
30/03/2020 [18:36]:
Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"
30/03/2020 [17:43]:
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
30/03/2020 [17:02]:
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
30/03/2020 [16:45]:
Azərbaycanda 273 nəfər koronavirusa yoluxub
30/03/2020 [16:40]:
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
30/03/2020 [15:33]:
Arif Rəhimov: "Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək"
30/03/2020 [14:31]:
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03/2020 [13:42]:
"Cəsarətli davrandıq, vaxtında qərar verdik..." - Soylu
30/03/2020 [13:26]:
Rusiyalı həkim açıqladı: "2-3 aya koronavirusla bağlı vəziyyət normallaşacaq"
30/03/2020 [13:07]:
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb
30/03/2020 [12:38]:
“Chanel” qoruyucu maska istehsal edəcək
30/03/2020 [12:18]:
Milli Kitabxana Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
30/03/2020 [11:41]:
Bu günədək Latviyada koronavirusdan ölüm faktı qeydə alınmayıb
30/03/2020 [11:14]:
Hava limanlarında uçuşlar bərpa olunub
30/03/2020 [10:43]:
Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
30/03/2020 [10:00]:
Tramp: "ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq"
29/03/2020 [23:55]:
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Şəkidə əhali arasında maarifləndirmə işləri aparılır
Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz"
Teatr aktyorları işdən azad edilib
Şuşa Dövlət Musiqili Dram Teatrı da nəcib təşəbbüsə qoşulub
“Google” “COVID-19”la mübarizəyə 800 milyon ABŞ dolları ayıracaq
Merkel Trampla koronavirus təhlükəsini və Əfqanıstandakı vəziyyəti müzakirə edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin