Ermənistan ağasını dəyişməyə hazırlaşır - xəyanət planı

08/02/2020 [13:39] - Siyasət (855)



Kreml danışmanının qəzəbli açıqlamasının arxasındakı motiv; işğalçı ölkədə anti-Rusiya ovqatı, faşizmə rəğbət  güclənir; rusiyalı politoloq: “İrəvan nə edirsə, Bakının xeyrinədir...”
Azərbaycanı-Rusiya əlaqələri Bakının balanslı xarici siyasət kursuna uyğun olaraq, dinamik inkişafını davam etdirir. Bu siyasətin effektliliyinin daha bir təzahürü Azərbaycan paytaxtının vaxtaşırı Rusiya və NATO Baş Qərargah rəislərinin görüşü üçün ev sahibliyi eləməsidir. Növbəti belə görüş srağagün Bakıda reallaşıb.

Bu, sözsüz ki, ən əvvəl Azərbaycanın müstəqil siyasət kursuna, bölgədəki yerinə və nüfuzuna verilən dəyərdir. Azərbaycan beləcə, istər sərhəd qonşusu Rusiya, istərsə də Qərb ölkələri və NATO ilə əlaqələrin normal məcrada getməsinə diqqət edir. Təbii ki, böyük və yaxın qonşumuz Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri həmişə məxsusi önəm kəsb edib. Həm də o səbəbə ki, bu ölkənin ərazisində yarım milyona yaxın azərbaycanlı yaşayır və Moskva Qarabağ məsələsində əsas vasitəçi dövlət, konfliktin həllində unikal rıçaqa malik olan fövqəlgücdür.

Azərbaycanda rus dili və mədəniyyətinin inkişafı da daim diqqətdədir. O dərəcədə ki, hətta Rusiyanın strateji müttəfiqi Ermənistan buna həsəd apara bilər - harada ki, əksinə, rus amili ilbəil daha güclü şəkildə sıxışdırılır. Moskvanın Ermənistanın əsas varlıq qarantı olmasına rəğmən, təcavüzkar ölkədə anti-Rusiya ovqatı xüsusən də iki öl öncəki “məxməri inqilab”dan sonra daha da güclənib. İş o yerə çatıb ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi ilə vaxtaşırı etiraz aksiyaları da keçirilir. Son olaraq Rusiya telekanallarının yayımının məhdudlaşdırılması yönündə müzakirələr aparılır.

Bütün bunları təbii ki, Moskvada həssaslıqla izləyir və istər-istəməz, komandasının yarıdan çoxu “qərbyönlü uşaqlar”dan ibarət olan Nikol Paşinyanın ayağına yazırlar. Baxmayaraq ki, Paşinyan dəridən-qabıqdan çıxır ki, Kreml onu özününkü kimi qəbul eləsin. Hələ ki, o, istəyinə nail ola bilməyib. Rəsmi Moskvanın Ermənistan hökumətinə inamsızlığı davam edir. Bu etimadsızlığın qayəsində indi  həm də Ermənistanda son illər yuxarıdan-aşağı faşizmə, onun Qaregin Njde kimi ideoloqlarına və əlaltılarına rəğbətin artması durur.

Azərbaycanın və onun rəhbərliyinin isə bənzər problemi yoxdur. Bakı-Moskva tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir və bir çox analitiklərə görə, hətta Moskva-İrəvan müttəfiqlik münasibətlərindən də dərindir. O ayrı məsələ ki, bu yaxınlıq hələ ki, Dağlıq Qarabağ konfliktinin həllində özünü pozitiv planda göstəməyib. Lakin artıq Kremldə də başa düşməmiş deyillər ki, Azərbaycanla əlaqələrin zirvəyə çatmasına məhz həll olunmamış Qarabağ problemi əngəl yaradır və onu nizama salmaq həm də Rusiyaya əlavə ciddi dividentlər gətirə bilər.

Aydındır ki, Azərbaycan xalqı Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə ciddi töhfə verən bir dövləti heç vaxt unutmayacaq və ona həmişə inam-etimad bəsləyəcək. Demək, o halda Azərbaycan sarıdan, onu xarici siyasət prioritetləri və siyasi oriyentasiyası baxımından  əmin-arxayın olmaq olar. Rusiyanın belə bir şansı qalır. Amma  zaman da az qalıb. Çünki günün birində başqa bir ədalətli vasitəçi, başqa bir supergüc tapıla və konflikti çözə bilər.

Məsələ də ondadır ki, əgər Rusiya həmsərhəd ölkələrlə möhkəm əlaqələr qurmaq onların etibarını qazanmaq istəyirsə, o zaman həmin ölkələrin ərazisindəki münaqişə ocaqlarını körükləməkdə yox, nizamlamaqda maraqlı olmalıdır. Yəni Kreml ənənəvi siyasətini dəyişmək zorundadır. O halda postsovet ölkələrin Qərbə doğru getməsi ilə bağlı Moskvanın narahatlığına da əsas qalmaz. Ancaq görəndə ki, bu münaqişələr on illərdir məhz Moskvanın tormozlayıcı rolu nəticəsində öz həllini tapmır, aydındır ki, nicat yolu başqa istiqamətlərdə axtarılacaq.

Söz düşmüşkən, bu günlərdə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri, Kremlin danışmanlarından sayılan Vladimir Jirinovski jurnalistlərə açıqlamasında belə bir fikir söyləyib ki, postsovet məkanındakı bütün Avropa ölkələrindən yalnız Azərbaycan Rusiyadan Qərbə üz çevirməyəcək.

Sitat: “Bütün qərb ərazisi - üç Baltikyanı dövlət, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru yönələcək və antirus plasdarmına çevriləcəklər. İstisna hal yalnız Azərbaycan olacaq. Azərbaycan duruş gətirə bilər. Çünki onun başçısı digər keçmiş sovet ölkələrinin başçılarından daha müdrikdir”.

Diqqət edildisə, işğalçı Ermənistanın da adı çəkilib. Maraqlıdır ki, bu arada Soros Fondu Ermənistan KİV-lərinə anti-Rusiya təbliğatı aparmaq üçün 1.5 milyon dollar yardım ayırması haqda xəbər yayılıb. Bildirilir ki, həmin vəsaiti alan Demokratiya Uğrunda Milli Fond və ardıcıl rusofoblardan və Paşinyanın tərəfdarlarından olan Daniel Ovanisyan öhdəlik götürüb ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən (“Rus NATO-su”) çıxması üçün təbliğatı davam etdirəcək. Hakimiyyət isə ona heç bir əngəl yaratmır.

Rusiyalı politoloq Yevgeni Mixaylova görə, bu fakt bir daha Ermənistanın siyasi elitasının böyük hissəsinin Rusiya ilə əlaqələri pisləşdirməyə meylli olduğunu təsdiqləyir. “Yeni Müsavat”ın məlumatına görə, mediaya açıqlamasında politoloq səbəbi belə izah edib: “Çünki sirr deyil ki, Nikol Paşinyan hökumətinin az qala, yarısı Sorosun əlaltılarıdır və onlardan anti-Rusiya ritorikasını gücləndirməkdən savayı nəsə gözləməyə dəyməz. İndi İrəvan nə edirsə, mövcud situasiyada yalnız Bakının xeyrinə edir. Çünki Moskva kimin onun üçün həqiqi tərəfdaş və müttəfiqi olmasına getdikcə daha çox əminlik hasil edir. Bu, açıq-aşkar indiki Ermənistan deyil”.

*****

Jirinovskinin və rusiyalı siyasi təhlilçinin Ermənistanla bağlı qəzəb və narahatlığı anlaşılandır. Tarix boyu olduğu kimi, yenə nankor ermənilər, onların yeni rəhbərliyi öz ağalarını dəyişmək üçün növbəti fürsət axtarırlar - özü də Qarabağı da özləri ilə götürüb “aparmaqla”.

Xəyanət planı alınacaqmı?.. 

“Yeni Müsavat”ın analitik xidməti

Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Azərbaycanda 43 ərzaq növü bahalaşıb - rəsmi
Xəbər lenti
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
29/03/2020 [15:37]:
Rusiya dövlət sərhədlərini bağlayacaq
29/03/2020 [14:44]:
“Standard & Poor's” ECB-nin kredit reytinqini təsdiqləyib
29/03/2020 [14:08]:
Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq
29/03/2020 [13:36]:
ABŞ-da 2 mindən çox insan koronavirusdan ölüb
29/03/2020 [13:14]:
"Real" oyunçuların maaşlarını azaltmayacaq
29/03/2020 [12:38]:
Tbilisi Azərbaycan teatrının işdən çıxarılan aktyorları bəyanat yaydı
29/03/2020 [12:11]:
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı
29/03/2020 [11:45]:
Yaponiyanın Müdafiə naziri: Pxenyan bununla beynəlxalq ictimaiyyəti təhdid edir
29/03/2020 [11:16]:
Pedro Enrike: "Sağlam mühit olmasa, oynamaq mümkün deyil”
29/03/2020 [10:38]:
Qatarlardan palatalar kimi istifadə ediləcək
29/03/2020 [10:00]:
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb
28/03/2020 [23:58]:
İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
28/03/2020 [22:29]:
Respublika Uşaq Kitabxanası kiçikyaşlı oxucuları online səsli nağılları dinləməyə dəvət edir
28/03/2020 [21:32]:
İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
28/03/2020 [21:01]:
İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"
28/03/2020 [20:45]:
Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub
28/03/2020 [20:27]:
Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"
28/03/2020 [18:44]:
Nazirlikdə vətəndaş qəbulu aprelin 20-dək dayandırılır
28/03/2020 [17:42]:
Nazir: “Koronavirusa görə BTQ-nin yük potensialı artırıla bilər”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinin 130 il həbsi istənildi
Tofiq Yaqublu həbs olundu
Rumıniya mətbuatı Novruz bayramı barədə məqalə yayıb
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Məktəblilərin tətil müddəti yenidən uzadıldı
Rusiya taxıl məhsullarının ixracına qadağa qoyub
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin