YAP-ın namizədinə sərt ittihamlar - açıq məktub

05/02/2020 [00:03] - Gündəm (630)



27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Əliabbas Salahzadəyə Bilgəhdə mülkü yerlə bir edilən Azərbyacan vətəndaşı Seymur Quliyev açıq məktub yazıb. Seymur Quliyev Əliabbas Salahzadəyə atası, eks-deputat Qalib Salahzadənin onun mülkiyyət hüququna qəsdini – Bilgəhdə 2 və 3 mərtəbəli evlərini qanunsuz olaraq dağıtmasını, viranə qoymasını, talamasını xatırladır, özünə və ailəsinə qarşı cinayətə bərəbər qanunsuzluqları haqda məlumat verməklə aradan qaldırılması üçün addımlar atmağa səsləyir. 
 
Istiqlal.az-a daxil olan məlumatda bildilir:

 “Hörmətli Əliabbas!

Möhtərəm prezident İlham Əliyev Azərbyacanda yeni bir parlamentin, qanunlara sadiq vətəndaşlardan ibarət bir məclisin formalaşması üçün təşəbbüs göstərib. Vətəndaş olaraq bunu alqışlayıram. Amma sənin namizəd olduğunu eşidəndə prezidentin yürütdüyü siyasətə yerlərdə başdansovdu yanaşmanın sərgiləndiyini düşünürəm. 

İşçisi olduğun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sizin atanızın mənə qarşı qanunsuzluqlarından xəbərdardır və faktiki olaraq həmin qanunsuzluqları aradan qaldırmaq üçün heç bir tədbir görmür. Adil Vəliyev atanız tərəfindən dağıdılmış, viranə qoyulmuş mülklərim olan torpağa gedən yolun açılması üçün heç nə etmədi. Baxmayaraq ki, bunun üçün hüquq mühafizə orqanlarının xüsusi göstərişi də vardı. 

Sizin Adil Vəliyevin işçisi olaraq bu işdə rolunuz haqda bilgisizəm. Amma bu gün Bilgəhdə və ətraf qəsəbələrdə sizə namizəd olaraq adminstrativ üsullarla dəstək verilməsi haqda xəbərlər dolaşır. Sizin parlamentə düşməyiniz üçün çalışırlar. 

Nəzərə alınmır ki, bundan əvvəlki parlamenin bu şəkildə buraxılmasında sizin atanız Qalib Salahzadə kimi deputatların rolu danılmazdır. 

Məsələn ötən bələdiyyə seçkilərinin ən qızğın çağında atanız “Onsuz da bilirik ki, kimlər bələdiyyəyə seçiləcək” deməsi ilə siyasi baxımdan səbatsızlığını ortaya qoymuş, ölkə gündəmində zəlzələ yaratmışdı. Nəzərə almırdı ki, bələdiyyə seçkili orqandır, seçkilərin də keçirilməsinə dövlət milyonlarla pul xərcləyir. Belə çıxışlarının sayını bilmirəm, amma  mənim başıma gətirdiyi müsibətlərin yanında bu cür fikirlər necə deyərlər “toya getməlidir”. 

Təkcə atanızın cibində deputat mandatı ola-ola əlinə daş alıb məni daşa basması parlamentdə kimlərin oturduğunu ortaya qoyurdu. 

Hörmətli Əliabbas!

Atan cibində mandat vətəndaşı daş-qalaq edirdi, sən deputat olsan, bu təkrar olunmayacaq ki?  
Bunu təsdiqləyən video da var. Maraqlanın, buna əmin olacaqsız. Atanız ölkənin 1 nömrəli salonunda kreslo tutan günlərdən video mətbuatda var. Görəcəksiniz ki, mən müstəqil Azərbaycan vətəndaşı feodolizim dövrünə aid üsulla özəl mülkümdən necə vəhşicəsinə çıxarılmışam! Buna edən isə sizin atanız, o günlərdə deputat olan Qalib Salahzadə olub! 

Hörmətli Əliabbas!

Bu gün cənab prezident iradəsini ortaya qoyub və yeni parlamentə seçkilər keçirilir. Ölkə başçısının çıxışlarından da aydın sezilir ki, ortada olan niyyət formalaşacaq parlamentə qanunlara sayğı ilə yanaşan, hər cür cinayətdən kənar, qanunsuzluğu özünə ar bilən, feodal təfəkkürdən uzaq insanların seçilməsidir. 

Bunları sizə öna görə yazıram ki, mənə qarşı atanızın deputat olduğu müddətdə yol verdiyi qanunsuz, heç bir əxlaqa sığmayan davranışı haqda ətraflı bilgili olasız.  Namizədliyinizin irəli sürüldüyünü eşidəndə Bilgəh qəsəbəsində atanızın mənim özəl mülkümə qəsdini xatırladım. Bütün məhkəmə instansiyalarında özəl mülkümün qanunsuz olaraq dağıdılmasını, bu günə qədər atanız tərəfindən mənə özəl torpağıma gedib-gəlməyimə əngəl törətməsi araşdırma predmeti olub. 

Vəkillərim bu işi gec-tez möhtərəm prezidentimizin yüksək diqqətinə də çatdıracaqlar. Sizin Elman dayı deyə çağırdığınız, mənim ölkə rəhbərliyinə haqq səsimin çatmasını əngəlləyən digər şəxslərin də cəzası gec-tez veriləcək. Bu işi qanuni tərəfidir.

Hörmərli Əliabbas!

Atan deputat olanda mən onun qəbuluna yazıldım.  Bəli, mülklərimin varvarcasına dağıdılması, özümün, ailə üzvlərimin, azyaşlı uşaqlarımın paltarlarının, oyuncaqlarının belə talanmasına görə ondan izahat istəyəcəkdim. 

Dedilər ki, Qalib Salahzadə heç kimi qəbul eləmir. Ona görə Zeynəb Xanlarovaya müraciət etdim. O da Arif Rəhimzadəyə yönləndirdi. Elə həmin gün mənə qarşı qanunsuzluğun miqyasının düşündüyümdən də geniş olduğunu anladım. Arif Rəhimzadə dedi ki, hər gün qəbuluna respublikanın hər tərəfindən 10-15 nəfər gəlir. Gələn şikayətçilərin də 4-5 nəfəri təkcə atanız Qalib Salahzadədən və onun vaxtilə rəhbəri olmuş Bilgəh Bələdiyyəsindən şikayətçidir. 
Hörmətli Əliabbas!

Bir məsələni də bilməyini vacib sayıram. Mənim üzərindəki 2 evimi atan dağıdandan sonra torpağıma  sənin həyat yoldaşın, bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qızının adına kupça alınmışdı. 

İndi namizəd olaraq durumunuzu təsəvvür edin: - bir tərədə atanızdır, hansı ki, mənim mülkiyyət hüququma qəsd edib, 2 mülkümü dağıdıb, yerlə bir edib, digər tərəfdə isə həyat yoldaşınızdır – Xatirə Allahşükür qızı, onun da adına mənim torpağım qanunsuz olaraq rəsmiləşdirilib. Siz isə deputatlığa namizədsiz. Belə yaxın qohumları olan biri parlamentdə vətəndaşların hüquqlarından danışa bilər? 

Ağzınızı açıb danışsanız, atanızın, həyat yoldaşınızın  mənim mülkiyyət hüququma qəsddə əsas şəxslər olaraq keçdiklərini sizə xatırladacaqlar. Əminəm ki, tutarlı faktlar qarşısında aciz qalıb susacaqsınız! 

Mənim kimi Bilgəhdə atanızın qanunsuzluğu ilə üzləşən vətəndaşların sayı itib!
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Səsvermə başa çatıb
Xəbər lenti
17/02/2020 [14:50]:
“Qəbələ”nin baş məşqçisi “Səbail”ə məğlubiyyətin səbəbini açıqladı
17/02/2020 [14:18]:
“Metamorfoza” maraqla qarşılanıb
17/02/2020 [13:42]:
Mövlud Çavuşoğlu: “İkili standartlara görə Qərbə etibar edənlər azalır”
17/02/2020 [13:15]:
“Toya bir gün qalmış” tamaşası nümayiş olunub
17/02/2020 [12:44]:
Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”
17/02/2020 [12:32]:
BƏƏ beş il ərzində Yəmənə 5.59 milyard dollar yardım edib
17/02/2020 [12:22]:
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
17/02/2020 [11:50]:
Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi
17/02/2020 [11:20]:
Cavad Zərif Avropaya çağırış edib
17/02/2020 [10:48]:
Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər
17/02/2020 [10:00]:
Almaniya müraciət edən uyğurların 96 faizinə sığınacaq verib
16/02/2020 [23:58]:
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi
16/02/2020 [22:14]:
Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb
16/02/2020 [21:53]:
Emmanuel Makron: "Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz"
16/02/2020 [20:45]:
"Messinin də istirahət vaxtı olacaq" - Setyen
16/02/2020 [19:37]:
İsmayıl Şıxlı xatirələrdə
16/02/2020 [18:48]:
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artır
16/02/2020 [17:50]:
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
16/02/2020 [16:38]:
Dərinizi qurudan amillərdən uzaq olun
16/02/2020 [15:48]:
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
16/02/2020 [15:28]:
Çin milli valyutanı da karantinə saldı
16/02/2020 [14:30]:
Suriyalıların ümid qapısı - yenə Türkiyə
16/02/2020 [13:51]:
Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib
16/02/2020 [13:13]:
"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
16/02/2020 [12:48]:
Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda bir beçə xəstəliyin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir
Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept
Rusiyada cinayət törədib Azərbaycanda gizlənən 5 nəfər tutuldu
Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
İlham Əliyev Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin