“İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq”

04/02/2020 [17:19] - Gündəm (301)



Qüdrət Həsənquliyev: “Problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Zığ şossei 31ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.

Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb. BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik: “İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda. Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.
Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.

Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
07/08/2020 [15:36]:
Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb
07/08/2020 [14:22]:
Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır
07/08/2020 [13:20]:
Nazirlik: Son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi 238 mln. manat təşkil edib
07/08/2020 [12:55]:
SOCAR-ın zavodunda yanğın - Yaralılar var
07/08/2020 [12:50]:
Qazaxıstanda epidemioloji vəziyyət yaxşılaşır
07/08/2020 [12:37]:
98 yaşlı klub müflis olub dağıldı
07/08/2020 [12:17]:
Koronavirusdan sonra daha bir ölümcül virus yayılmağa başladı
07/08/2020 [11:48]:
Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib
07/08/2020 [11:15]:
Belarusu qarışdırmaq istəyən “vaqnerçilər” Ukraynaya verilə bilər
07/08/2020 [10:35]:
Sosial təminat növləri üzrə 2 milyon 300 min şəxsə ödəniş edilib
07/08/2020 [10:00]:
COVID-19-a yoluxanların sayı 19 milyonu keçib
06/08/2020 [23:58]:
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
06/08/2020 [21:31]:
ABŞ və Avropa ölkələrinin birgə təlimlərində Yaponiya da iştirak edəcək
06/08/2020 [20:52]:
Yarış zamanı qəzaya uğrayan idmançı komaya düşüb
06/08/2020 [20:10]:
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
06/08/2020 [18:26]:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər
06/08/2020 [17:53]:
Baş Nazirdən yumşalma anonsu
06/08/2020 [17:23]:
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 59,1 milyon dollar olub
06/08/2020 [17:02]:
Yoluxanların sayı 150-dən aşağı düşdü
06/08/2020 [16:43]:
"Roma” klubu 591 milyona satılıb
06/08/2020 [16:41]:
Prezident karantin rejiminin yumşaldılmasından danışdı
06/08/2020 [16:40]:
“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”- PREZİDENT
06/08/2020 [16:33]:
Prezident: "Karantin rejimi hamımızı yorur"
06/08/2020 [15:16]:
Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb
06/08/2020 [15:08]:
Yenilənən büdcə hazırki iqtisadi situasiyaya adekvatdır -Təhlil
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
“Yol əhvalatı”nın “Mustafa”sı: “90-cı illərdən filmlərə çəkilmirəm, parkda nəzarətçi işləyirəm”
"Moody's" beş Azərbaycan bankının reytinqinə yenidən baxıb
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
Yubilyar kino xadimləri təbrik edilib
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
Baş nazirdən sərt karantinlə bağlı əlavə tədbirlər barədə QƏRAR
2000 il əvvəl zeytun yağı haqda bunlar yazılıb - İNANILMAZ FAKTLAR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin