Nəsimi rayonunda Gənclər günü münasibəti ilə tədbir keçirilib

03/02/2020 [15:49] - Cəmiyyət (343)



Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi  qayğının bir təzahürüdür ki,  fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 

1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci  ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Şəhərimizin gözəl məkanlardan biri olan “Romance Palace”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun elm, mədəniyyət, təhsil, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin  imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir.

Nəsimi rayonunda  keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Asif Əsgərov bildirdi ki,  hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun  Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır.

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Bayram tədbirində gənclər “2 fevral- Gənclər günü” münasibətilə hazırlanmış  tortu kəsmiş, daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin  və incəsənət ustalarının  iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin