Yaponiyanın “TEPSCO” şirkəti mükafatlandırılıb

30/01/2020 [15:51] - İqtisadiyyat (833)



“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın “TEPSCO” dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bakıda inşa edilən “Şimal-2” elektrik stansiyası layihəsinin meneceri Sato Mitsuyuki və “TEPSCO” şirkətinin biznesin inkişafı üzrə meneceri Yaşuşi Şinoqinin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Görüşdə “Azərenerji” ilə “TEPSCO” əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və B.Rzayev N.Taketaniyə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, Yaponiyanın aparıcı “TEPSCO” şirkətinin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki, Azərbaycanın müstəqillik əldə etməsindən bəri enerji infrastrukturunda qazandığı nailiyyətlərə görə Prezident İlham Əliyev tərəfindən ötən ilin sonlarında mükafatlandırılıb. Ölkə başçısının 18 oktyabr 2019-cu il tarixdə imzaladığı Sərəncamla Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə Sato Mitsuyuki "Tərəqqi" medalı ilə təltif edilib. Xatırladaq ki, 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Şimal-2” Elektrik Stansiyasının bu il sentyabrın 5-də açılış mərasimi keçirilib. Mərasimdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və digər şəxslər iştirak edib.

TEPSCO, dünyanın ən böyük kommunal şirkəti olan TEPCO (Tokyo Electric Power Co., Group) şirkətinin məsləhət firmasıdır. Yapon güc texnologiyası və Yapon dürüstlüyü ilə TEPSCO bu gün Azərbaycanın inkişafına əhəmiyyətli bir töhfə verib. 

TEPSCO dünyanın bir çox ölkəsində saysız-hesabsız enerji layihələrində iştirak edib. 1994-cü ildən etibarən Azərbaycan Respublikasında TEPSCO Şimal-1 İnşaat Layihəsi, Şimal-2 Tikinti Layihəsi, Azərbaycan İstilik Elektrik Stansiyasının Bərpası Layihəsi və Enerji Sektoru Tədqiqatı, Əli Byramlı elektrik stansiyasının texniki-iqtisadi əsaslandırılması kimi layihələr üzrə Azərbaycan Respublikasının enerji məsləhətçisi kimi çalışıb. TEPSCO gələcək YASHMA elektrik stansiyasının tədqiqi və Azərbaycanın bütün bölgələrində elektrik şəbəkəsinin araşdırılması da daxil olmaqla bir çox məsələlər üzrə məsləhətçidir. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin