Çingiz Qənizadənin xeyrinə namizədliyini geri götürdü - Qara piardan istifadə edənlərə CAVAB

30/01/2020 [10:55] - Gündəm (340)



80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən biri Quliyev Fəyyaz Əbdi oğlu dünən  doğulduğu İmişli rayon Sarıxanlı kəndində seçiciləri ilə  görüş zamanı sensasion bəyanatla çıxış edib. 

Modern.az xəbər verir ki, çox güclü namizədlərdən biri və arxasında sosial bazası və seçicisi olan nüfuzlu namizəd  Fəyyaz Quliyev namizədliyini geri götürüb. İxtisasca hüquşünas olan və uzun  illər hüquq-mühafizə orqanlarında çalışmış Fəyyaz Quliyev seçicilərinə  Çingiz Qənizadə ilə uzun illər hüquqşünas olaraq əlaqələrinin olmasından danışıb: 

“Müəyyən dostlar bizə müraciətlər edib. İkimizdən birimizin qalmasını və birimizin digərinə dəstək verməsini xahiş ediblər. Çox götür-qoy etdikdən və Çingiz Qənizadənin mənə müraciətindən sonra namizədliyimi geri götürmək qərarı verdim”.

Fəyyaz Quliyev  həmçinin  seçicilərini Çingiz Qənizadəyə səs verməyə çağırıb.

Məsələ ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxladıq. O, Fəyyaz Quliyevlə uzun illər hüquqşünas kimi dost münasibətlərinin olmasını təsdiqləyib:

Fəyyaz Quliyev bu el-obada  böyük nüfuz sahibidir. Hər ikimizin ortaq dostlarımız var. Həmin o ortaq dostlar bizi danlayırdı ki, seçki prosesində ikinizdən biriniz qalın. Mən də məsələ ilə bağlı Fəyyaz müəllimə müraciət etdim. O da böyüklük göstərərək namizədliyini mənim xeyrimə geri götürdü. Düzdü, Fəyyaz müəllimin bu qərarına etiraz edənlər də oldu. Lakin Fəyyaz müəllim təkrar söz alaraq onun qərarına hörmətlə yanaşmasını həm seçicilərindən, həm də həmkəndlilərindən xahiş etdi. Böyük ürək sahibi olduğuna görə, Fəyyaz müəllimə təşəkkür edirəm”.

Çingiz Qənizadə onu da qeyd edib ki, dairədə ən güclü namizəd olduğu üçün bəzi rəqibləri çirkin əməllərə əl atırlar:

Məsələn, dünən Dünyamalılar kəndində böyük izdihamlı görüşüm 20-dən artıq saytda getsə də, görüşdən əvvəl qeyd etdiyim kimi İxtiyar Şirinovun oğlu Hikmət Şirinovun öyrətdiyi 10 nəfərə yaxın adam görüşü pozmağa cəhd etdilər. Bu zaman kəndin nümayəndələri və seçiciləri ilə onlar arasında anlaşılmazlıq oldu. Sonra onları oradan uzaqlaşdırdılar. Bu görüntüləri də müəyyən adamlar qəsdən çəkirlər və sonra da You-Tube kanalı ilə əlaqəli olan  və bu dairədə marağı olan insanlara göndərərək görüşlərdə bu cür halların olması ilə bağlı fikirlər formalaşdırırlar.

Xüsusilə Tapdıq Abbasın bu dairədə özünün bibisi nəvəsinin namizəd olduğunu nəzərə alsaq Tapdıq Abbas qara piarın başında durur. Bu cür görüntülərdən istifadə edərək sosial şəbəkələrdə və You-Tube kanalında dairə və namizədlər haqqında ağlına gələn  təxribat xarakterli verilişlər hazırlayırlar. Təəssüf ki, qara piar verilişlərini verərkən azacıq hissədə təxribatçılarla camaat arasında olan mübahisəni göstərirlər. Halbuki Dünyamalılar kəndindəki görüş  zamanı ziyalılar, müəllimlər, ağsaqqallarla birlikdə cənab prezidentin həmin kənddə inşa elətdirdiyi 625 nəfərlik müasir məktəbə baxış keçirtmişik. Birlikdə olmuşuq. Hesab edirəm ki, təxribatlar əhəmiyyətsiz şeydir. Bu da ona köklənib ki ümidini yalnız sosial şəbəkələrə bağlayan  namizədlər bundan istifadə edə bilərlər. 

Fəyyaz müəllim kütlə qarşısında namizədliyini geri götürərkən onun yanında idim. Birlikdə müraciət etdik. Bu zaman həmin  kənddən olan  digər bir namizədin  adamları belə hesab etdiər ki Fəyyaz müəllimin  geri durması Çingiz Qənizadənin gücünü bir az da artırdı. Buna görə də bəziləri təxribat törətməyə və səs-küy salmağa çalışdılar. Həm Fəyyaz müəllimə, həm də hökumətə qarşı əks fikirlər yürütməyə cəhd etdilər. Araşdırmalarımız zamanı məlum oldu ki, Xalq Cəbhəsinin və Müsavat Partiyasının üzvü olan insanlardır. Onlar üçün kimin parlamentə düşəcəyi maraqlı deyil. Onlar  bunu etməklə yalnız hökumətin siyasi kampaniyasını kölgə altına almaq, insanları çaşdırmaq məqsədi daşıyırlar. Sosial şəbəkələrdə daha da aktivləşiblər. Əllərində telefon 2-3 dəqiqəlik mübahisələri narazılıqları çəkərək paylaşırlar. Təəssüf ki, bəzi namizədlər bütün gücünü digər rəqiblərinə  qarşı qara piarlar üzərində qururlar. Hesab edirəm ki, bunlar əhəmiyyətsizdir. Son sözü seçici deyəcək. 

Onu  da qeyd edim ki, dairəmdə 40 kənd və 49 məntəqə var. Artıq görüşlərim yekunlaşır. 40 kəndin 36-da  görüşlər keçirtmişəm. Bu cür  hallar 40 kəndin 2, ya da 3 kəndində baş verib. Bu da onu göstərir ki, seçicilərimin böyük əksəriyyəti seçki prosesinə dəyər və qiymət verir. Hesab edirəm ki, radikal müxalifətin hazırladığı şoular onların ürəyində qalacaq. Ayaq tutub yeriməyəcək”.

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin