Xüsusi rabitə növlərindən istifadə qaydaları təsdiqlənib

29/01/2020 [10:48] - Gündəm (242)



 “Xüsusi rabitə növlərindən istifadə Qaydaları” təsdiq edilib.

Məlumata görə, bu barədə Nazirlər Kabinetinin qərarını Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Hökumət rabitəsindən istifadə Qaydaları”nın və “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 21 fevral qərarı isə ləğv edilib.

Yeni qaydalar “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hazırlanmışdır və hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən (bundan sonra – xüsusi rabitə) istifadə qaydalarını müəyyən edir.

Xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli şəxs (bundan sonra – vəzifəli şəxs) istifadə edə bilər.

Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra – Agentlik) mütəxəssisləri tərəfindən həyata keçirilir.

Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna (“DHR” düyməsini basmaqla) sifariş verilməlidir.

Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefon aparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır.

Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.

Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.

Bu Qaydaların 2.4-cü və 2.5-ci bəndlərinin tələblərini pozan vəzifəli şəxsin xüsusi rabitəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır).

Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur.

Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin