MDB müşahidə missiyası seçkilərin monitorinqini davam etdirir

27/01/2020 [23:59] - Siyasət (211)



MDB müşahidə missiyası Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinqini davam etdirir.

İstiqlal.az Secki-2020.az saytına istinadən xəbər verir ki, MDB-dən olan müşahidəçilər Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Göygöl rayonları və Gəncə şəhərindəki dairə seçki komissiyalarında olublar. Onlar seçkilərə hazırlıq prosesi, eləcə də seçki komissiyaları üzvlərinin fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər davam edən təbliğat-təşviqat kampaniyasına da xüsusi diqqət yetiriblər. Dairə seçki komissiyalarının rəhbərləri müşahidəçilərə bütün namizədlər üçün qanunda nəzərdə tutulmuş təşviqat imkanı verildiyini diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, seçki qanunvericiliyinin pozulmasına dair hər hansı şikayət və iddia daxil olmayıb. MDB missiyasının nümayəndələri adıçəkilən rayonlardakı məntəqə seçki komissiyalarına da gedərək, onların fəaliyyəti ilə tanış olublar. Müşahidəçilər məntəqələrin seçki ilə bağlı qanunvericilik aktları, lazımi metodiki tövsiyələr, təlimatlar, məlumat materialları, eləcə də müvafiq avadanlıqlarla təmin olunduğunun şahidi olublar.

Hazırda MDB müşahidə missiyasının formalaşması davam edir. 200-dən çox MDB müşahidəçisinin akkreditə olunması üçün sənədlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərilib. Bu siyahıya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistandan olan nümayəndələr, həmçinin MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya Parlamentlər İttifaqının və MDB  İcraiyyə Komitəsinin nümayəndələri daxildirlər.
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Səsvermə başa çatıb
Xəbər lenti
17/02/2020 [12:44]:
Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”
17/02/2020 [12:32]:
BƏƏ beş il ərzində Yəmənə 5.59 milyard dollar yardım edib
17/02/2020 [12:22]:
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
17/02/2020 [11:50]:
Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi
17/02/2020 [11:20]:
Cavad Zərif Avropaya çağırış edib
17/02/2020 [10:48]:
Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər
17/02/2020 [10:00]:
Almaniya müraciət edən uyğurların 96 faizinə sığınacaq verib
16/02/2020 [23:58]:
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi
16/02/2020 [22:14]:
Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb
16/02/2020 [21:53]:
Emmanuel Makron: "Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz"
16/02/2020 [20:45]:
"Messinin də istirahət vaxtı olacaq" - Setyen
16/02/2020 [19:37]:
İsmayıl Şıxlı xatirələrdə
16/02/2020 [18:48]:
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artır
16/02/2020 [17:50]:
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
16/02/2020 [16:38]:
Dərinizi qurudan amillərdən uzaq olun
16/02/2020 [15:48]:
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
16/02/2020 [15:28]:
Çin milli valyutanı da karantinə saldı
16/02/2020 [14:30]:
Suriyalıların ümid qapısı - yenə Türkiyə
16/02/2020 [13:51]:
Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib
16/02/2020 [13:13]:
"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
16/02/2020 [12:48]:
Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək
16/02/2020 [12:18]:
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
16/02/2020 [11:53]:
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil
16/02/2020 [11:15]:
Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək”
16/02/2020 [10:49]:
Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda bir beçə xəstəliyin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir
Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept
Rusiyada cinayət törədib Azərbaycanda gizlənən 5 nəfər tutuldu
Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
İlham Əliyev Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin