Qarabağda müharibə başlasa ... - qüvvələr nisbəti nə deyir?

25/01/2020 [14:45] - Siyasət (1088)



“Global Firepower”in ilginc rəqəmlərindən doğan gerçək; Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə predmeti etməyəcək; rusiyalı politoloq: “Müqayisə etsək, seçim açıq şəkildə Ermənistanın xeyrinə olmayacaq...”

Xəbər verdiyimiz kimi, bu günlərdə “Global Firepower” beynəlxalq təhqiqat mərkəzi 2019-cu il üçün özünün yenilənmiş hesabatını yayıb. Hesabatdan göründüyü kimi, dünya ordularının reytinqinə görə, Azərbaycan Silahlı Qüvvələri 137 ölkənin orduları sırasında ötən il daha bir pillə yuxarı qalxaraq, 52-ci yeri tutub. İşğalçı Ermənistan isə iki pillə geriləyərək 96-cı yerdə, Çad və Tanzaniya arasında qərarlaşıb.

Qeyd edək ki, “Global Firepower” ölkələrin ordularını 55 göstərici üzrə qiymətləndirir. Bura silah-sursatın həcmi, hərbi texnikanın sayı, şəxsi heyətin sayı, nəqliyyat və infrastruktur, hərbi xərclər, neftə əl çatımlılıq və s. kimi amillər daxildir. “Yeni Müsavat”ın məlumatına görə, təşkilat ötən il Azərbaycanın öz müdafiə qabiliyyətini daha da gücləndirdiyi, Ermənistanın isə bu göstərici üzrə geri getdiyini qeyd edib.

“Global Firepower”ə görə, Azərbaycan Silahlı Qüvvələri 367 min nəfərlik şəxsi heyətə malikdir. Onlardan 67 mini hərbi xidmətdə, 300 mini isə ehtiyatdadır. Bütövlükdə əhalinin 3,7%-i hərbiyə cəlb olunub. Ermənistanda isə hərbçilər və hərbi mükəlləfiyyətli şəxslər 1.5 dəfə azdır - 245 min. Onun 45 mini hərbi xidmətdə, 200 mini isə ehtiyatdadır. Ordu əhali sayının 8%-ni təşkil edir ki, bu da Azərbaycanla müqayisədə Ermənistanın daha çox hərbiləşdiyini göstərir (Təbii ki, söhbət hərbi gücün üstünlüyündən getmir).

Hava qüvvələri üzrə Azərbaycan Ermənistanı 2 dəfədən çox üstələyir: 38 təyyarə və vertolyota qarşı 63. Özü də Ermənistanın bircə qırıcısı belə yoxdur, Azərbaycanda isə onların sayı 18-dir. Bombardmançıların sayına görə də (9 ədəd) Ermənistan Azərbaycandan (30) geri qalır. Ermənistanda həmçinin döyüş vertolyotları yoxdur, Azərbaycanın öhdəsində isə 17 belə hərbi texnika var. Azərbaycan 665 tanka, 1671 döyüş maşınına, 419 artilleriya qurğusuna, 182 raket kompleksinə (raket komplekslərinin sayına görə, ölkə reytinqdə 21-ci yeri tutub) malikdir. Ermənistanın isə cəmi 110 tankı, 500 döyüş maşını, 213 artilleriya qurğusu var. Hərbi dəniz qüvvələrinə gəlincə, hesabatda bildirilir ki, dənizə çıxışı olmadığı üçün Ermənistanın donanması yoxdur. Azərbaycanın isə “Global Firepower”ə görə, 4 sualtı qayıq da daxil olmaqla 31 döyüş gəmisi var.

Reytinqdə dövlətlərin hərbi büdcələri də nəzərə alınır. Azərbaycanda bu göstərici 1.6 milyard dollar, Ermənistanda isə 512 milyon dollardır.
Göründüyü kimi, iqtisadi cəhətcə Azərbaycanla ayaqlaşa bilməyən işğalçı ölkə bunun məntiqi sonucu olaraq, hərbi göstəricilər üzrə də bizdən xeyli geridir ki, bu da böyük hərbi üstünlüyümüzün mübahisə predmeti olmadığını növbəti dəfə təsdiqləyir. İnsan ehtiyatları arasında fərq də nəzərə alınarsa, müharibə variantında Ermənistanın hərbi məğlubiyyətinin qaçılmaz olduğu qənaəti yaranar. Yəni sabah müharibə başlasa, onun nə ilə bitəcəyini qüvvələr nisbəti açıq-aşkar deyir.

Təcavüzkar tərəfin yeganə ümidi əlbəttə ki, Rusiyayadır. Rusiya isə silahları boşuna vermir. Hər şeydən öncə işğalçı ölkəni öz siyasi və hərbi təsir zonasında saxlamaq üçün verir. Eyni zamanda, Ermənistandakı bir çox döyüş sistemlərindən, o cümlədən “İsgəndər” komplekslərindən istifadəyə nəzarəti Rusiya həyata keçirir. Yəni İrəvan rəsmilərinin özündənrazı bəyanatlarına rəğmən, Moskvanın izni olmadan onlardan döyüş əməliyyatları zamanı istifadə mümkün deyil.

Azərbaycan isə Ermənistana hücum etməyə hazırlaşmır. Bakının əsas hədəfi öz torpaqlarını işğalçı-terrorçu qüvvələrdən təmizləməkdir. Başqa yandan, Bakı-Moskva strateji tərəfdaşlıq münasibətləri dinamik inkişafdadır və bu gün hətta strateji İrəvan-Moskva münasibətlərindən də yüksək səviyyəyə qalxıb. Odur ki, İrəvan rəsmilərinin, özəlliklə baş nazir Nikol Paşinyanın Rusiyadan alınan silahlarla öyünməsi, Azərbaycanla Ermənistanın silahlı qüvvələrini müqayisə eləməsi yersiz görünür.

“Nikol Paşinyanın Ermənistanı Azərbaycanla müqayisə etməsi tamamilə yersiz və cəfəngdir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Trend-ə rusiyalı politoloq Qalina Niyazova deyib. Onun fikrincə, özünü kiminləsə müqayisə etmək əvvəlcədən məğlubiyyəti qəbul etmək deməkdir.
“Bugünkü Ermənistanı Nikol Paşinyan hakimiyyətə gələrkən təhvil aldığı böhranlı Ermənistanla müqayisə etmək daha məntiqli olardı. Amma hələlik hansısa müsbət dəyişiklikdən danışmaq üçün əsas yoxdur”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, özünün təbii, əmək, informasiya, iqtisadi ehtiyatları sayəsində dünya siyasi arenasında yüksək statusa yiyələnmiş Azərbaycan çox qabağa gedib və daha güclü qonşusu Rusiya hesabına mövcudluğunu davam etdirən Ermənistanı geridə qoyub. “Ermənistan Rusiyadan silahlar almaqda davam edir. Amma bunu bazar qiymətinə deyil, daxili Rusiya bazarına uyğun qiymətlərlə edir. Bu cür ”pay vermək" Ermənistanın öz hərbi təhlükəsizliyini təmin etməkdə açıq-aşkar gücsüzlüyünü göstərir. Dağılmaqda olan iqtisadiyyat əhalinin ölkədən gedişi ilə təsdiq olunur. Bu kontekstdə iki dövləti müqayisə etsək, seçim açıq şəkildə Ermənistanın xeyrinə olmayacaq" - politoloq əlavə edib.

*****

Ancaq Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən, hərbi balansı təmin etməyə gücü çatmayan, iqtisadi göstəriciləri getdikcə daha da ağırlaşan Ermənistan hələ ki, Qarabağa dair sülh danışıqlarında konstruktiv mövqe tutmağa tələsmir. Atəşkəs rejiminin uzanacağına və nə vaxtsa Bakının ədalətsiz sülh sənədinə razılaşacağına boşuna ümid bəsləyir. Eyni zamanda, öz kasıb əhalisinin boğazından kəsərək Rusiyadan silah almağa çalışır. Halbuki, Azərbaycanla anlaşma avtomatik şəkildə Ermənistanı bu hərbi xərclərdən qurtaracaq, sərhədlərin və kommunikasiyaların açılması, əlaqələrin bərpa olunması ilə Ermənistan Azərbaycan və Türkiyə sayəsində normal inkişaf yoluna çıxacaq.        

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dağıdıcıdır”. Bunu Azərbaycan prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində Euroactiv xəbər portalına müsahibəsində bildirib.

“Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, keçən il təəssüf ki, münaqişənin həllində itirilmiş bir il oldu. Danışıqlar prosesində irəliləyiş görmədik. Bundan əlavə, biz Ermənistanın dağıdıcı siyasətini görməyə davam edirik”, - deyə Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə görə, İrəvan çoxdan qurulmuş danışıqlar formatını dəyişdirməyə çalışır, Ermənistan rəhbərliyi danışıqlar prosesinə mənfi təsir göstərən açıqlamalar verir. Hacıyev əlavə edib ki, Bakı Avropa Birliyinin (AB) münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanan həlli ilə bağlı mövqeyini müsbət qiymətləndirir.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının bütün ölkələrinin ərazi bütövlüyünü tanıdığını bildirən Bakı rəsmisi Avropa İttifaqının təhlükəsizlik siyasətinə dair sənədin də Azərbaycandan ötrü vacib olduğunu söyləyib. “Bu, bizim üçün çox vacibdir və bu mövqeyə görə minnətdarıq. Hesab edirik ki, Helsinki Yekun Aktından və beynəlxalq hüquqdan irəli gələn fundamental prinsiplər bütün münaqişələrə istisnasız tətbiq edilməlidir. Bu siyasəti davam etdirəcəyimizə ümid edirik, çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacibdir”, - deyə prezidentin köməkçisi vurğulayıb.

Məsələ də ondadır ki, Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü danışıqlarda alver predmeti etməyəcək. Rəsmi Bakının mövqeyi aydın və birmənalıdır. Ən əsası, bu mövqe beynəlxalq hüquqa söykənir: konflikt ölkəmizin beynəlxalq birlik tərəfindən, o sırada BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, Qoşulmamaq Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınmış ərazi bütövlüyü daxilində nizamlanmalıdır, Dağlıq Qarabağın erməni əhalisi isə azərbaycanlı icma ilə birgə Azərbaycan Respublikası daxilində ən yüksək özünüidarə statusu ala bilər. Və nida işarəsi!      


“Yeni Müsavat”

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
21/02/2020 [13:47]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
21/02/2020 [13:22]:
Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"
21/02/2020 [12:44]:
Ukraynalılar koronaviruslu vətəndaşların ölkəyə gətirilməsinə etiraz etdilər
21/02/2020 [12:16]:
“Facebook”da bir status prezidentin rəsmi səfərini ləğv etdirdi
21/02/2020 [10:51]:
Əsgər anaları yenidən etiraza qalxdılar
21/02/2020 [10:00]:
"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi
20/02/2020 [23:55]:
"Neftçi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin