Ermənistan prezidenti İsraildə pərt edildi - fiasko olan səfər, havada qalan “soyqırım” xahişi

25/01/2020 [13:19] - Siyasət (1076)



İrəvan Təl-Əvivə “xod” axtarır, ancaq Azərbaycan əngəli var; Sərkisyanın səfərində məkrli hədəf; işğalçı ölkə saxta genosid iddiasının tanınması üçün yəhudilərin “saqqızı”nı oğurlaya bilməyəcək, çünki...

İkinci Dünya müharibəsi zamanı Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin 75-ci ildönümünü və Xolokostu qeyd eləmək üçün Rusiya, Fransa, Ukrayna prezidentləri, habelə ABŞ-ın vitse-prezidenti və bir sıra digər ölkələrin yüksək çinli rəsmiləri srağagün İsraildə olublar. “Başını başlara qoşanlar” arasında Ermənistan prezidenti Armen Sərkisyan da olub (Azərbaycanı bu tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və Parlamentlərarası Komitəsinin sədri Səməd Seyidov təmsil edib).

Ən absurdu da Sərkisyanın İsraildə peyda olmasıdır. Çünki işğalçı Ermənistan hazırda dövlət və cəmiyyət olaraq, Qaregin Njde kimi faşist və nasist əlaltılarına rəğbət bəsləyir. Onlara üstəlik, İrəvanda abidə ucaldılıb, adları meydan və metrostansiyaya verilib. Ancaq nə prezident Armen Sərkisyan, nə də baş nazir Nikol Paşinyan Njdenin hələ köhnə rejim dövründə - 4 il öncə (2016) qəhrəmanlaşdırılmasına və ona abidə qoyulmasına heç bir etiraz bildirməyib. Əksinə, Paşinyan onunla qürur duyduğunu bəyan edib. Armen Sərkisyan isə indi məhz faşist ideologiyasına rəsmi rəğbəti olan bir ölkənin başçısı kimi İsrailə yollanıb.

“Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, Sərkisyan səfər çərçivəsində İsrail Knessetində (parlament) də olub. Knessetin sədri Yoel Edelşteynlə görüşüb. Çıxışında o, erməni və yəhudi xalqlarının “oxşar taleyə” malik olduğunu iddia edərək, iki xalqı eyniləşdirməyə çalışıb və sonda Knessetdən saxta “erməni soyqırımı”nı tanımağı xahiş edib.

Ermənistan prezidenti deyib: “Tarixin bir çox səhifələri erməni və yəhudi xalqları üçün faciəvidir. Səyləri birləşdirmək lazımdır ki, belə humanitar fəlakətlər bir daha, heç vaxt təkrarlanmasın. Tarixin bu utancverici səhifəsi bugünkü siyasi maraqlar və reallıqlarla əsaslandırılmamalıdır. ”Erməni genosidi"nin tanınması (dırnaqlar bizimdir - red.) ilk növbədə mənəvi məsuliyyət və günahsız qurbanların xatirəsinə hörmətdir. Eyni zamanda, bu - bəşəriyyət əleyhinə cinayətlərin və soyqırımların önləməsinə yönəlik beynəlxalq səylərə mühüm töhfədir".

Sərkisyanın səfərində ən məkrli hədəf elə budur - yəhudiləri uydurma məsələyə inandırmaq, İsraillə Azərbaycanın və İsraillə Türkiyənin arasını birdəfəlik vurmaq. Lakin İsrail dövlətinin, ayıq və uzaqgörən yəhudilərin buna gedəcəyi istisnadır. Təkcə ona görə yox ki, İsrail və Azərbaycan arasında sıx əlaqələr mövcuddur və yəhudi dövləti ölkəmizin strateji tərəfdaşı, bizim əsas silah tədarükçülərimizdən biri, Azərbaycan neftinin (Bakı-Ceyhan) alıcılarındandır, həm də o səbəbə ki, İsraildə qondarma erməni soyqırımı iddiasını, sadəcə, qeyri-ciddi sayırlar. Ermənilərin dəridən-qabıqdan çıxmasına, az öncə İrəvanın Təl-Əvivdə səfirlik açmaq barədə verdiyi qərara rəğmən, bu yöndə hələ də heç bir işıq ucu görünmür. Türkiyə amili də öz yerində.

Bu xüsusda daha bir maraqlı fakt. 2015-ci ildə uydurma “genosid”in 100-cü ildönümü ilə bağlı Ermənistan paytaxtında düzənlənən şou-tədbirə İsrail dövlətindən heç bir yüksək çinli İsrail rəsmisi qatılmamışdı (İrəvandakı həmin tədbirə Rusiya prezidenti Vladimir Putin, Fransanın ovaxtkı lideri Fransua Olland da gəlmişdi). Bu da Ermənistan rəhbərliyində, bütövlükdə erməni toplumunda dərin məyusluq və qıcıq doğurmuşdu.

İsrail rəsmilərinin İrəvandaki bədnam yubiley toplantı-şousuna qatılmaqdan imtinasının əsas səbəbi isə az yuxarıda deyildi: rəsmi Təl-Əviv Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırım törədildiyinə inanmır, bunu siyasi iddia və oyun kimi qəbul edir. Amma Ermənistan prezidenti Xolokostla bağlı şəxsən İsrailə səfərə gedib. Bu da soyqırım qurbanlarını anmaqdan daha çox, öz məkrli iddialarını bir daha yəhudi xalqına sırımaq, onların “saqqızını” oğurlamaq niyyəti güdür.
Amma əbəs yerə. İsrail rəsmiləri Sərkisyana heç bir ümidverici söz deməyiblər. Bu harasıdır, Armen Sərkisyanın İsrail səfəri ərəfəsində İsrailin nüfuzlu nəşri olan “The Yerusalem Post” qəzetində Ermənistan əleyhinə, orada faşizmin baş qaldırması əleyhinə böyük bir məqalə dərc edib.

Srağagünkü sayımızda bu barədə geniş yazmışıq. Həmin məqalədən sitat: “2016-cı ildə İrəvanda nasist əlaltısı və hərbi cani, Vermaxtın erməni legionuna başçılıq eləmiş Qaregin Njdeyə abidə qoyulub. Onun dəstələri Krımda, Qafqazda, Fransanın cənubunda vuruşurdular - harada ki, nasistlər yəhudiləri və müqavimət hərəkatının döyüşçülərini tutaraq ölüm düşərgələrinə göndərirdilər. Ermənistanda Njde milli qəhrəman sayılır. Onun adı İrəvanda meydana və metrostansiyaya verilib. İrsi dövlət məktəblərində uşaqlara tədris edilir. Bu, nasistlərə qarşı vuruşanların hamısına, faşizm qurbanlarına təhqirdir”.

Yaxud məqalədən belə bir sitat: “Qaregin Njdenin şərəfləndirilməsi məsələsini yeganə hal saymaq olmaz. Çoxsaylı sübutlar var ki, erməni cəmiyyəti sistemli olaraq antisemitdir. Belə ki, 2014-cü ildə - hələ Njdeyə abidə qoyulmamışdan qabaq 100-dən çox ölkədə antisemitizmin tədqiqi üzrə aparılan son araşdırmalar göstərmişdi ki, Ermənistanda  antisemit baxışlara dəstək faizi (58%) Avropa üzrə üçüncü, postsovet ölkələri və Şərqi Avropa üzrə isə ən yüksək olub. ”Rew" araşdırma mərkəzinin sorğusuna görə isə, ermənilərin 32%-i yəhudiləri öz vətəndaşları kimi qəbul eləmir. 1991-ci ildə Ermənistan müstəqilik əldə edəndə respublikada 5 minlik erməni icması var idisə, bu gün onların sayı 100 nəfərdir".

Necə deyərlər, burada artıq nə əlavə şərhə, nə də İrəvanın İsrailə bağlı ümidlənməsinə yer qalır...

“Yeni Müsavat”ın analitik xidməti
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
29/09/2020 [12:39]:
Bundesliqa klubu baş məşqçisini qovdu
29/09/2020 [12:14]:
Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır
29/09/2020 [11:35]:
“Xiaomi” ilk 8K televizorunu avtomobil qiymətinə satacaq
29/09/2020 [11:10]:
Rumıniyada qəribə hadisə: ölü adamı şəhər meri seçdilər
29/09/2020 [10:32]:
ABŞ rus silahlarına qarşı ən müasir hərbi texnologiyaları sınaqdan keçirir
29/09/2020 [10:00]:
Almaniya millisi ciddi itki ilə üzləşdi
29/09/2020 [09:18]:
Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı
29/09/2020 [09:12]:
FÜZULİ ŞƏHƏRİ UĞRUNDA DÖYÜŞLƏR GEDİR! - Azərbaycan Ordusu hücum edir!
29/09/2020 [09:00]:
GECƏ BOYU GƏRGİN DÖYÜŞLƏR DAVAM EDİB - Düşmənin zirehli kolonu məhv edilib (VİDEO)
29/09/2020 [08:51]:
Daşkəsən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
29/09/2020 [01:10]:
Ərdoğan Consonla Qarabağdakı vəziyyəti müzakirə etdi
29/09/2020 [00:31]:
“Azərbaycanın qələbəsi regionda intibah yaradacaq” - Türkiyəli diplomat
28/09/2020 [23:58]:
Avropa İttifaqının gömrük birliyi yenilənəcək
28/09/2020 [21:24]:
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib
28/09/2020 [21:07]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:00]:
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib
28/09/2020 [20:49]:
Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin