Səfir: “Hindistan bu gün Azərbaycan ixracatı üçün dördüncü ən böyük bazardır”

24/01/2020 [11:43] - İqtisadiyyat (977)



Hindistanın milli bayramı - Respublika Gününün 71-ci ildönümü  münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir  Bavitlunq Vanlalvavn çıxış edərək bildirib ki, 70 il əvvəl Hindistan xalqı ədalət, azadlıq, bərabərlik və qardaşlığı təmin edən suveren sosialist demokratik dünyəvi respublikanın əsasını qoyan konstitusiyanı bərqərar edib: “Respublika və dünyanın ən böyük demokratiyası mövqeyinə malik Hindistanın uğurunu qeyd etmək həqiqətən qürurvericidir. Bu, eyni zamanda respublikamızın formalaşmasında həmyerlilərimizin verdiyi saysız-hesabsız qurbanları xatırlamaq üçün bir məqamdır. Verilən bu qurbanlar, respublikanın təməli olan Hindistanın demokratik institutlarının illər ərzində inkişaf edərək möhkəmlənməsinə səbəb olub”. 

Hindistanın  bu gün qlobal iqtisadiyyata əsas töhfə verən ölkə olduğunu deyən diplomat deyib ki, qlobal ticarət sistemini ətrafında artmaqda olan ticari gərginliyə və qeyri-müəyyənliyə baxmayaraq, Hindistan iqtisadiyyatı sabit və əsaslı şəkildə möhkəm olmağa  davam edir. Hindistan bu gün dünyanın 5-ci ən böyük iqtisadiyyatına malik ölkəsidir və 2024-cü ilə qədər 5 trilyon dollarlıq iqtisadiyyata çatmaq üçün sürətli inkişaf yolunu davam etdirmək niyyətindədir.

Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, ölkələrimiz dərin tarixi və mədəni əlaqələrə malikdir. Atəşgah məbədi ölkələrimiz arasında olan qədim tarixi və mədəni mübadilənin mövcud olmasının bariz nümünəsidir. Multikulturalizm və tolerantlığa olan hörmət və ortaq inancımız bizi bir-birimizə bağlayır. Diplomatik əlaqələrimiz qurulan vaxtdan etibarən illər ərzində əlaqələrimiz genişlənib və müxtəlif sahələrdə istiqamətlənib. İqtisadi və ticarət əlaqələrimiz inkişaf etməkdə davam edir və hər iki ölkənin  biznes icmaları arasında işgüzar əlaqələr və əməkdaşlıq müxtəlif sektorlar üzrə inkişaf edir. Hindistan bu gün Azərbaycan ixracatı üçün dördüncü ən böyük bazardır.  Eyni zamanda, Hindistan Azərbaycanın turizm sektoru üçün sürətlə inkişaf edən bazardır. 

Səfir deyib ki, regional səviyyədə iki ölkə və bölgədəki digər ölkələr arasında daha yaxşı nəqliyyat əlaqələrinin qurulmasını vəd edən Beynəlxalq Şimal Cənub Nəqliyyat Dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir. 

Azərbaycan hökuməti adından Hindistan xalqını bayram münasibəti ilə təbrik edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf edir, yüksək səviyyəli səfərlər keçirilir, müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Nazir müavini deyib ki, ikitərəfli Birgə Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, iki ölkə arasında ticarət dövriyyəsi artaraq 2019-cu ildə təxminən bir milyard yüz milyon (1,1093.3) ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 230-dan artıq Hindistan kapitallı şirkət fəaliyyət göstərir və onlar tərəfindən ölkə iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulub. Onun sözlərinə görə, hər iki ölkənin ortaq maraqları mövcuddur ki, bu da “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsidir və bu dəhliz vasitəsilə yüklərin Avropaya daha tez və ucuz daşınması əməkdaşlığın genişlənməsinə təkan verəcək. R.Həsənov deyib ki, enerji sahəsində də nailiyyətlər böyükdür. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə Hindistanın ONGC Videsh LTD şirkəti pay bölgüsünə malikdir. 

“Mədəniyyətlərarası dialoq xalqları və sivilizasiyaları biri-birinə yaxınlaşdırır” deyən R.Həsənov bildirib ki, bu mənada Hindistan azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi çərçivəsində Azərbaycan hökuməti tərəfindən onun irsinin təbliği ilə bağlı genişmiqyaslı layihələr həyata keçirilib. Ölkələrimiz arasında qarşılıqlı, faydalı əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti Hindistanda da təbliğ olunur və bunun üçün geniş imkanlar yaradılır. Keçən il Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi Hindistanda da qeyd olunub. 


“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Xəbər lenti
30/03/2020 [21:22]:
İran portalı Bakının tarixi və görməli yerlərindən yazıb
30/03/2020 [20:40]:
Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatıb
30/03/2020 [18:36]:
Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"
30/03/2020 [17:43]:
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
30/03/2020 [17:02]:
“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu
30/03/2020 [16:45]:
Azərbaycanda 273 nəfər koronavirusa yoluxub
30/03/2020 [16:40]:
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
30/03/2020 [15:33]:
Arif Rəhimov: "Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək"
30/03/2020 [14:31]:
UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03/2020 [13:42]:
"Cəsarətli davrandıq, vaxtında qərar verdik..." - Soylu
30/03/2020 [13:26]:
Rusiyalı həkim açıqladı: "2-3 aya koronavirusla bağlı vəziyyət normallaşacaq"
30/03/2020 [13:07]:
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi müraciət yayıb
30/03/2020 [12:38]:
“Chanel” qoruyucu maska istehsal edəcək
30/03/2020 [12:18]:
Milli Kitabxana Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
30/03/2020 [11:41]:
Bu günədək Latviyada koronavirusdan ölüm faktı qeydə alınmayıb
30/03/2020 [11:14]:
Hava limanlarında uçuşlar bərpa olunub
30/03/2020 [10:43]:
Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
30/03/2020 [10:00]:
Tramp: "ABŞ-ın COVID-19-dan sonra bərpası iyunun 1-də mümkün olacaq"
29/03/2020 [23:55]:
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
29/03/2020 [22:40]:
İngiltərə Premyer Liqası nə vaxt bərpa olunacaq?
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Şəkidə əhali arasında maarifləndirmə işləri aparılır
Nazirlik: "OPEC+" çərçivəsində neft hasilatının azaldılması optimal olmaz"
Teatr aktyorları işdən azad edilib
Şuşa Dövlət Musiqili Dram Teatrı da nəcib təşəbbüsə qoşulub
“Google” “COVID-19”la mübarizəyə 800 milyon ABŞ dolları ayıracaq
Merkel Trampla koronavirus təhlükəsini və Əfqanıstandakı vəziyyəti müzakirə edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin